Portagal - Wikipedia
Portağal (lat. Citrus sinensis) – Sədokimilər fəsiləsinə aid bitki növü.
Portağal | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: ???: Portağal |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Təbii yayılması
redaktəDünyanın subtropik rayonlarının əksəriyyətində geniş sahələrdə becərilir. Vətəni Yeni Çin və Hind - Çindir.
Botaniki təsviri
redaktəHəmişəyaşıl, 7-12 m hündürlüyündə enli-piramidal çətirli ağacdır. Qabığı bozdur, cavan budaqları tikanlıdır. Yarpaqları uzunsov-yumurtavarı, uca doğru ensizləşən, kənarları hamar və ya az dişlidir; saplaqları zəif qanadlıdır. Çiçəkləri xırda, ağrəngli, ətirli olub, tək-tək və ya qoltuqlarda dəstə ilə yerləşmişdir. Kasayarpağı dəyirmi, bəzən kənarı kirpikciklidir, ləçəkləri ağdır. Erkəkciklər 20-25-i dəstə ilə birləşir, bəzi sortlarda erkəkciklər sterildir. May-iyun aylarında çiçəkləyir, noyabr-dekabrda meyvəsi yetişir. Meyvələrinin diametri 5-10 sm, qabığı hamar, yumru və ya başından basıq, sarı və ya qırmızımtıldır. Əsas məhsul yaz çiçəklərindən əmələ gəlir. Meyvəsi turşməzə olub, acılığı yoхdur.
Ekologiyası
redaktəPortağal isti, işıqsevən və yüksək hərarətə davamlı bitkidir. Portağalın əsas sortlarının meyvəsi -1,7-2,50C, yarpaqları və payız zoğları -5,5 -7,50C, 2-3 illik budaqları -7,5,-90C temperaturda şaxtadan donur. -9 -100C temperaturda ağacların bütöv hissəsi donur. Peyvənd vasitəsi ilə çoxaldılır.
Azərbaycanda yayılması
redaktəBöyük Qafqaz və Talışda mədəni halda rast gəlinir.
İstifadəsi
redaktəAstara rayonunda toxumdan alınan yerli portağal sortunun meyvəsi orta irilikdə olub, soyuğa olduqca davamlıdır. Meyvələri başaqa sortlara nisbətən tez yetişir və yüksək keyfiyyətlidir. Lənkəran və Astara rayonlarında becərilən portağal kolları -9,50C şaхtaya davamlıdır. Uzun əsrlərdən bəri becərilən portağal bitkisinin bir-birindən fərqlənən yüzlərlə sortu yaradılmışdır. Bu sortlar 3 qrupa bölünür: adi portağal, qırmızı ətli toxumsuz portağal və göbələkli portağal.
Əfsanəsi
redaktəQədim məhsuldarlıq simvoludur və bu mənada uzun müddət sevgi və nikahla bağlanırdı. Əfsanələrdə, məsələn, nikah mərasimində Yunonan sevgi və sədaqət rəmzi kimi məhz onu - yəni "qızıl almanı" Yupiterə vermişdi. Qədim Çində o, əbədilik və uğur simvoludur. Portağal ağacının gülləri gəlinlərin tacında istifadə olunan bolluq rəmzidir. Çində xoşbəxtlik və sevinc arzulayan şəxslərin portağal hədiyyə etməsi ənənədir. Portağalın istifadəsi isə sevinc və şənlik gətirməli idi.
Portağal şirəsi
redaktəPortağal şirəsi çoxlu həcmdə C vitamininə malik olmasına görə soyuqlama və avitaminoz xəstəliklərinin profilaktikası və müalicəsi üçün ilin soyuq vaxtlarında sadəcə əvəzolunmazdır. O, tonusu qaldırır, yorğunluğu aradan götürür və qan damarlarını möhkəmləndirir, bakteriyaları öldürür, immuniteti yüksəldir, orqanizmdən xolesterinin çıxmasına kömək edir, bağırsaqların işini normallaşdırır, uşaqlarda anadangəlmə qüsurların yaranması riskini azaldır, bir çox xərçəng formalarından müdafiə edir. Həkimlər ateroskleroz və hipertoniya zamanı, həmçinin qaraciyər xəstəlikləri zamanı portağal şirəsi içməyi məsləhət görür.
Şirədə kifayət qədər C vitamini, biotin və başqa xeyirli maddələr var.
Xeyirli xassələri: damarları möhkəmləndirir, immuniteti artırır, beyinin işini fəallaşdırır, hüceyrələrin mübadiləsini stimullaşdırır, piyləri əridir.
Nəyə kömək edir: soyuqdəymənin profilaktikası, piylənmə, yorulma, stres, diqqətin azalması.
Məhdudiyyətlər: mədə yarası və qastrit.
İstinadlar
redaktə- “Azərbaycan dendroflorasi” V cild, Baki, “Elm”, 2019, 370 səh.