Polad Adam Film 2013 - Wikipedia
Polad adam (ing. Man of Steel) — 2013-cü ildə Warner Bros. studiyasının rəhbərliyi ilə Legendary Pictures və Syncopy Films studiyalarının birgə layihəsi əsasında rejissor Zak Snayder tərəfində Supermen obrazı haqqında çəkilmiş fantastika filmidir.[8]
Polad adam | |
---|---|
ing. Man of Steel | |
| |
Janr |
Fantaziya Dram |
Əsas mövzu | jurnalistika, yadplanetlilərin hücumu[d][6] |
Rejissor | Zak Snayder |
Prodüserlər |
Çarles Roven Kristofer Nolan Emma Tomas Debora Snayder |
Əsərin müəllifi | DC Entertainment-in fantastik kitablarındakı obrazlar əsasında |
Ssenari müəllifi | Devid Qoyer |
Baş rollarda |
Henri Kavill Emi Adams Maykl Şanon Kevin Kostner Diana Leyn Laurens Fişburn Antce Trau Ayelet Zurer Kristofer Meloni Rassel Krou[1] |
Bəstəkar | Hans Zimmer |
Montajçı | Devid Brenner[d] |
İstehsalçılar |
Legendary Pictures Syncopy Films DC Entertainment |
Distribütor | InterCom[d][7], Warner Bros., Netflix |
İlk baxış tarixi |
10 iyun, 2013 (Elis Tulli Holl) 14 iyun, 2013 (Böyük Britaniya) 14 iyun, 2013 (Şimali Amerika) |
Filmin növü | Bədii film |
Müddət | 143 dəqiqə[2] |
Büdcə | 226 milyon dollar[3] |
Gəlir | 668 milyon dollar[4] |
Ölkələr |
ABŞ Böyük Britaniya[5] |
Dil | İngiliscə |
İl | 2013 |
Sonrakı film | Betmen Supermenə Qarşı: Ədalətin Şəfəqi |
Rəng | rəngli |
Çəkiliş yeri | Kaliforniya, Çikaqo, Vankuver |
IMDb | ID0770828 |
Vikianbarda əlaqəli mediafayllar |
Film üçün hazırlıq işləri 2008-ci ildə başlamışdır. Warner Bros. DC Comics-in yazıçılarından filmi çəkmək üçün hüquqları almışdır. 2009-cu ildə Supermen obrazının yaradıcısı olan Cerri Siqelin ailəsi məhkəmə yolu ilə bu hüquqları geri aldılar. Məhkəmənin çıxartdığı yekun qərara əsasən Warner Bros. studiyasının ailəyə əvvəlki filmlərə görə heç bir borcunun olmadığını təsdiqləmişdir. Filmin prodüseri Kristofer Nohan bu qalmaqalın bitməsindən sonra Qara Cəngavərin Yüksəlişi filminin çəkilişlərini tamamlayaraq Snayderi bu filmin rejissoru təyin etdi. Filmin çəkilişlərinə 2011-ci ilin avqust ayında başlanıldı. Film ictimayyətə 14 iyun 2013-cü ildə nümayiş etdirildi. Nümayiş etdirilməyə başladığı gündən böyük marağa səbəb olan film dünya üzrə 668 milyon dollardan çox gəlir qazanaraq uğura imza atdı. Filmin ikinci hissəsi olan Betmen Supermenə Qarşı: Ədalətin Şəfəqi filminin 25 mart 2016-cı ildə nümayiş etdiriləcəyi açıqlandı.
Məzmun
redaktəKripton planeti təbii resurslarının tükənməsi nəticəsində qaçılmaz məhv ilə üzləşir. Planetin hərbi komandiri General Zod hakim şuranı devirmək üçün zərbə endirməyə hazırlaşır.
Alim Cor-El və həyat yoldaşı Lara əsrlərdən sonra ilk dəfə Kriptonda təbii üsulla doğulmuş oğulları Kal-Elin doğumunu qeyd edirlər. Sivilizasiyanın məhv olmaq təhlükəsi ilə əlaqədər olaraq Cor-El kodeksi oğurlayaraq onu oğlunun bədəninə yeridir və onu gəmiyə qoyaraq Yer kürəsinə göndərir. Zod Cor-Eli öldürməyə nail olsa da, kodeksi ələ keçirməkdə uğursuz olur. O və onu ardıcılları hakim şura tərəfindən "Fantom Zona"-ya sürgün edilir. Kripton darmadağın olur, Kal-El isə sağ qalan yeganə Kriptonludur.
Kal-El Kanzas ştatının kiçik Smalliv şəhərində balıqçılıqla məşğul olur. O Conatan və Marta Kent tərəfindən övladlığa götürülüb və Klerk Kent adı verilib. Klerkin Kripton fiziologiyası ona Yer kürəsində, bu mühitə uyğunlaşmasında çətinliklər yaradır. O sahib olduğu qüvvələri, insanlara kömək etməklə istifadə edir. Conatan onu öz qüvvələrindən istifadə edərək aşkar olunacağı ilə xəbərdarlıq edərək bir daha bunları etməməsini məsləhət görür. İllər sonra böyük bir tornadoda Conatan ölür. Bu vaxt Klerk də orada olsa da, amma o, xilas olunmaq istəmir. Conatanın ölümündən sonra, Klerk öz bacarıqlarını gizlədir, fərqli işlərdə işləyir və analığı Marta ilə birgə sadə həyat yaşayır.
Klerk Kanada Arktik arxipelaqında ABŞ kosmik istintaq qrupunun taptığı Kripton kosmik gəmisini tapır. Gəmiyə daxil olarkən o, Cor-Elin onun ünsiyyət üçün şüurunda saxladığı holoqramlı "nəzarət düyməsi"-ndən istifadə edir. Bunu etdiyi vaxt Cor-EL peydə olur və onun bu dünyaya buranı xilas etmək üçün göndərildiyini deyir. Daily Planet şirkətində çalışan jurnalist Lois Len bura yeni kəşf ilə bağlı məqalə hazırlamaq üçün göndərilib. O gəmiyə gizlicə daxil olmaq istədiyi vaxt gəminin təhlükəsizlik sistemi tərəfindən hücuma məruz qalır. Orada olan Klerk səs eşidərək gəlir və robotu zərərsizləşdirir. Yaralanmış Loisə gözündən çıxan lazer vasitəsilə kömək edir və yara sağalır. Loisin redaktoru "super insan" hekayəsinə inanmır. Lois onun hekayəsini öyrəndikdən sonra bu sirri saxlamağı qərara alır.
Zod və ekipajı Kriptonun müstəmləkələri olan başqa dünyalar axtarırlar. Onlar heç kimin sağ qalmadığını və lazımlı avadanlıqların tükəndiyini aşkar edirlər. Daha sonra onlar Klerkin Yer kürəsində tapdığı gəmidən siqnal alırlar. Kodeksin Klerkdə olduğunu bilən Zod Yerə çatdıqdan sonra bir qrup insanı əsir götürərək Klerkin təslim olmasını tələb edir. Klerk bunu qəbul edir və ABŞ hərbisi Lois ilə birgə onu təslim edir. Zod kodeks ilə Yer kürəsini yeni Kriptona çevirməyi planlaşdırır. Lakin bu insanların məhvinə gətirib çıxarda bilər. Klerk və Lois Cor-Elin köməyi ilə onların gəmisindən xilas olurlar.
Zod "dünya mühərriki" sistemini qurur və onu Metropolisdə quraşdırır. O Hind okeanında başladaraq atmosferi dəyişdirəcək. Artıq Supermen adı verilən Klerk Zod ilə apardığı mübarizədə mühərriki dağıdır. Bu vaxt isə ABŞ ordusu Zodu və onun ekipajını geri Fantom Zonasına göndərmək ilə bağlı işlər görürlər. Zod xilas olur və qisas olaraq Yerdə hər bir insanı öldürəcəyini əhd edir. Supermenin bu işə qarışması Metropolisdə bir döyüşün başlamasına səbəb olur. Zod bu işindən əl çəkməyəcəyini dedikdən sonra Klerk onu öldürməli olur. Klerk sonuncu Kriptonlunu öldürdüyü üçün dərin əzabla qışqırır.
ABŞ hökuməti yadelli Supermen ilə işləməkdə könülsüzdür. O Loisin çalışdığı Daily Planet şirkətində təhlükəli xəbərlər araşdıran muxbir olaraq çalışmağa başlayır.
Rollarda
redaktə- Henri Kavill — Klerk Kent / Polad adam
- Emi Adams — Lois Leyn
- Maykl Şanon — General Zod
- Kevin Kostner və Diana Leyn — Conatan və Marta Kent
- Laurens Fişburn — Perri Vayt
- Rassel Krou — Cor-El
- Antce Trau = Faora
- Ayelet Zurer — Lara Lor-Van
- Kristofer Meloni — Natan Hardi/Kolonel
- Henri Lenniks — Suanvik
- Riçard Skiff — Emil Hamilton
Dünya üzrə gəliri
redaktəPolad Adam filmi Şimali Amerikada 291 milyon dollar, digər ölkələrdə 377 milyon dollar ümumilikdə isə 668 milyon dollardan çox gəlir qazandı.[4] Qazanmış olduğu gəlirə görə yalnız İnanılmaz Hörümçək Adam filmindən geri qalır.[9]
Filmin mahnıları
redaktəFilmin mahnıları bəstəkar Hans Zimmer tərəfindən hazırlanıb.[10][11]
Mükafatlar
redaktə
Mükafat və nominasiyalar | |||||
---|---|---|---|---|---|
Assosiasiya | Tarix | Kateqoriya | Namizəd | Nəticə | Ref. |
Enni Mükafatı | 1 fevral 2014 | Filmində Ən Yaxşı Canlı Təsvir Olunmuş Effektlər | Polad Adam | Namizəd | [12] |
Film və Televiziya Sənətləri Üzrə Britaniya Film Akademiyası | BAFTA Kids' Vote – 2013-cü ilin keyfiyyətli filmi | Polad Adam | Namizəd | [13] | |
Kritiksin Seçimi Film Mükafatı | 16 yanvar 2014 | Döyüş Filmində Ən Yaxşı Aktyor | Henri Kavill | Namizəd | [14] |
2013 Denver Fim Mükafatı | 13 yanvar 2014 | Ən Yaxşı Original Bal | Hans Zimmer (həmçinin 12 İl Qul filminə görə) |
Namizəd | |
Ən Yaxşı Elmi Fantastika və Qorxu Filmi | Polad Adam | Namizəd | |||
Qızıl Treyler Mükafatı | 17 iyun 2013 | 2013-cü ilin Ən Yaxşı Film Posteri | Polad Adam | Qazandı | [15] |
Houston Film Kritiks Cəmiyyəti | 15 dekabr 2013 | Ən Yaxşı Xal | Hans Zimmer | Namizəd | [16] |
NewNowNext Mükafatı | 17 iyun 2013 | Çünki Sən Cazibədarsan | Henri Kavill | Namizəd | [17] |
Yenidən İzlənilməli Film | Polad Adam | Qazandı | [18] | ||
MTV Film Mükafatı | 13 aprel 2013 | Ən Yaxşı Qəhrəman | Henri Kavill | Qazandı | [19] [20] |
Xalqın Seçimi Mükafatı | 8 yanvar 2014 | Sevimli Drama Aktrisası | Emi Adams | Namizəd | |
40-cı Saturn Mükafatı | iyun 2014 | Ən Yaxşı Comic-to-Film Bədii Filmi | Polad Adam | Namizəd | |
Ən Yaxşı Gənc Aktyor Performansı | Daylan Spreyberri | Namizəd | |||
Ən Yaxşı Xüsusi Effektlər | Coe Letteri, John "DJ" Descardin və Den Lemmon | Namizəd | |||
2013 Gənclərin Seçimi Mükafatı | 13 avqust 2013 | Yayın Seçilmış Döyüş Filmi | Polad Adam | Namizəd | [21] |
Yayın Seçilmiş Kişi Film Ulduzu | Henri Kavill | Namizəd | |||
Yayın Seçilmiş Qadın Film Ulduzu | Emi Adams | Namizəd | |||
Liplok Seçimi | Henri Kavill və Emi Adams | Namizəd | |||
Vizual Effektlər | 12 fevral 2014 | Filmdə Ən Yaxşı Vizual Effektlər | Daniel Paulsson, Edmund Kolloen, Coel Praqer, Devid Stripinis | Namizəd | |
Filmdə Ən Yaxşı FX və Simulation Animation | Brayn Qudvin, Qrey Horsfild, Mathiu Çardonnet, Adrien Toupet | Namizəd |
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2022-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-14.
- ↑ "Arxivlənmiş surət". 2013-10-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-14.
- ↑ "Arxivlənmiş surət". 2016-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-14.
- ↑ 1 2 "Arxivlənmiş surət". 2013-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-14.
- ↑ "Arxivlənmiş surət". 2015-09-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-14.
- ↑ Aleph (ivr.).
- ↑ http://nmhh.hu/dokumentum/198182/terjesztett_filmalkotasok_art_filmek_nyilvantartasa.xlsx.
- ↑ "Arxivlənmiş surət". 2017-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-14.
- ↑ "Arxivlənmiş surət". 2015-11-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-17.
- ↑ "Arxivlənmiş surət". 2012-03-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-10.
- ↑ "Arxivlənmiş surət". 2013-06-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-10.
- ↑ "Arxivlənmiş surət". 2014-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-03.
- ↑ "Arxivlənmiş surət". 2013-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-03.
- ↑ "Arxivlənmiş surət". 2013-01-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-03.
- ↑ "Arxivlənmiş surət". 2017-11-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-03.
- ↑ "Arxivlənmiş surət". 2014-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-03.
- ↑ "Arxivlənmiş surət". 2013-05-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-03.
- ↑ http://www.newnownext.com/awar/2013/next-must-see-movie/[ölü keçid]
- ↑ "Arxivlənmiş surət". 2014-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-03.
- ↑ "Arxivlənmiş surət". 2014-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-03.
- ↑ "Arxivlənmiş surət". 2013-08-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-03.
Xarici keçidlər
redaktə- Filmin rəsmi saytı (ing.)
- Filmi izlə Arxivləşdirilib 2013-09-09 at the Wayback Machine (az.)
- Polad Adam — Internet Movie Database saytında
Həmçinin bax
redaktə