Pinsqau - Wikipedia
Pinsqau (alm. Pinzgauer) — ətlik-südlük istiqamətli iribuynuzlu heyvan cinsi. Alp dağlarında XVII əsrdə Pinsqau adlı ərazidə yetişdirilmiş cins. Heyvan bir qayda olaraq qırmızı rəngdə olur. Üstəlik bel və qarın nahiyyələrində xətli iri ləkələr vardır. Düz bədən quruluşuna, möhkəm sümüklərə və qalın elastik dəriyə sahibdirlər. Kəllərinin diri çəkisi 750-1000 kq, dişilərindən isə 450—500 kq bəzənsə 650 kq təşkil edir. Erməklər və dişiləri artıq doqquz aylığında və bir ilində çütləşməyə aparılır. Pinsqau dişiləri il ərzində 2000—3000 kq süd verir ki, onunda yağlığ 3,7—3,8 % təşkil edir. Ancaq aralarında yağlığı 3,9—4,2 %, 5000—5800 kq süd verən fərdlərə belə rast gəlinir. Olduqca yaxşı çəki verə bilirlər. Xalis çəkisi ümumi çəkinin 55-57 % təşkil edir.
Pinsqau | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Pinsqau Avstriya, Almaniya, İtaliya, Rumıniya[1] (burada həm də «transilvaniya pinsqausu» adlı cins belə vardır) və Ukrayna ərazisində belə yetişdirilir.
Tarixi
redaktəGenetik və mafoloji araşdırmalar bu cinsin şimali alman dünənliklərində yayılmış iribuynuzlu kəllərdən törəməsi müəyyən edilmişdir. Pinsqau ilk dəfə bu adı 1846-cı ildə almışdır. Onlar ilk əvvəllər «Pinsqauer Fazeli» və ya «Pinsqauer Şlaqı» adlanırdı. XIX əsrlərdə ferma şəraitində bəslənilirdi. Özünün məşhurluq dövründə əsasən Avstriya-Macarıstan imperiyası və Şərqi Avropa ərazilərində yayılmışdı. 1896-cı ildə Bavariya assosasiyası pinsqaunun yetişdirməni təşkil etmişlər. Təkcə Bavariyada 1890-cu ilin dekabrında 101 880 pinsqau vardı. Ancaq Birinci Dünya müharibəsindən sonra industralizm sayəsində sayın və yayılma arelında düşüş müşahidə edilmişdir. 1930-cu ildə Bavariyada 85 000 pinsqau vardı. 2001-ci il məlumatına görə Almaniyada 36 000 pinsqau olduğu halda dünyada onların ümumi sayı 1,3 milyona çatır.
İtaliyada bu cinsə aid heyvanlar əsasən Bolsano vilayətində yetişdirilir. Onların sayı 1980 və 1990-ci illərdə saylarında kəskin azalma müşahidə edilmişdir. 1983-cü ildə sayları 8500 olduğu halda 2000-ci ildə sayları cəmi min baş olmuşdur. Hökumət və yerli fermerlər cinsin populyasiyasınl bərpa etmək üçün tədbirlər görmüşlər.
1969-ci ildən Avstriyada, Qolştin cinsi ilə qarış heyvanlar yetişdirilmişdir. Hədəf süd istehsalını artırmaq olmuşdur. Hazırda dünyada 50 başdan az buynuzsuz pinsqau vardır (alm. Jochberger Hummel). Bu səbəbdən onların nəslinin kəsilmə ehtimalı vardır. 1988-ci ildə təkcə Zalsburqda iki heyvan vardı.
Pinsqau «möhkəm, kənd» cinsi hesab edilir. Onlar asanlıqla sərt iqlimə uyğunlaşa bilirlər. Bu isə onların şimal regionlarında yetişdirilməsini mümkün edir. Onlar hətta yay ayları tam çöl şəraitində yaşaya bilirlər.
İstinadlar
redaktə- ↑ Breed data sheet: Pinzgau de transilvania/Romania. Domestic Animal Diversity Information System of the Food and Agriculture Organization of the United Nations. Accessed May 2014.