Petra - Wikipedia
Petra (ərəb. البتراء) — Nəbatilər dövlətinin paytaxtı.
Petra | |
---|---|
30°19′44″ şm. e. 35°26′25″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşir | Məan mühafəzəsi[d] |
Tikilmə tarixi | e.ə. 800 |
Sahəsi |
|
Rəsmi sayt | visitpetra.jo |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəNəbatilər dövlətinin paytaxtı Petra olmuşdur. Yunan mənşəli olan bu sözün mənası "daş" deməkdir. Nəbatilər öz evlərini dağın qoynunu oyaraq düzəltdiklərinə görə ora belə adlandırılmışdır. Deyilənə görə ərəbcə o məhəllənin adı "hisni səl’", yəni "qaya divar (sıldırm qala)" olmuşdur. Onların evlərinin qalıqları hələ də Musa vadisində Harun dağının yüksəkliklərində (İordaniya ərazisindədir) qalmaqdadır.
Nəbatilərin hakimiyyəti miladi tarixinin ikinci yüz illiyinə qədər davam etmişdir. 106-cı ildə Roma imperiyası bu ərazini işğal edərək öz torpaqlarına qatmışdır.
Petra nəbatilər hakimiyyətinin qüdrətli dövründə mühüm ticarət mövqeyinə malik idi. O Fars körfəzi ilə Aralıq dənizini ticarət baxımından bir-birinə birləşdirən bir nöqtə idi.
Petra mədəniyyətdə
redaktəİordaniyanın Lut gölü ilə Akabe körfəzi arasındakı şəhər, e.ə 400 ilə eramızın 106-cı illəri arasında Bitkisilərin paytaxtı.
Roma imperatorluğunun işğalının ardından eramızın. 400-cü illərində itən şəhər, əsrlər sonrasında 1812-ci ildə İsveçrəli bir səyyah olan Johann Burkhardt tərəfindən tapıldı. Petra UNESCO tərəfindən Dünya Mədəniyyət Mirasına daxil edilmişdir.
Qardaşlaşmış şəhərlər
redaktəHəmçinin bax
redaktəXarici keçidlər
redaktə- Vikianbarda Petra ilə əlaqəli mediafayllar var.
- Фоторепортаж из Петры
- Фото древнего города Петра (2011 г.)
- Виртуальный тур по Петре