Paris Sulh Muqavilesi 1783 - Wikipedia
Paris sülh müqaviləsi və ya Versal müqaviləsi.Bu müqavilələr bir çox sənədlər toplusunu özündə birləşdirirdi. Müqavilələr Fransa kralı XVI Lüdovikin vasitəciliyi ilə imzalanır. ABŞ İstiqlal müharibəsindən sonra Britaniya və ABŞ, Fransa, Niderland və İspaniya arasında imzalanmışdır.
- 30 noyabr 1782-ci ildə Böyük Britaniya və ABŞ arasında.
- 20 yanvar 1782-ci ildə Böyük Britaniya və Fransa arasında.
- 2 sentyabr Niderland və Böyük Britaniya arasında(son müdüalar 1784-ci ilin 20 mayında imzalanır).
- 3 sentyabr (Üç böyük anlaşma) ABŞ və Britaniya, Fransa və Britaniya, İspaniya və Britaniya arasında imzalanmışdır.
ABŞ və Böyük Britaniya arasındakı müqavilənin mətni
redaktəABŞ və Britaniya arasında müqavilə 1783-ci ilin 3 sentyabrında <<Hotel d'York>>da(indiki 56Rue Jarob) imzalanır. Amerika tərəfini Bencamin Franklin və Con Adams təmsil edirdi.Britaniyanı isə III Qeorqun adından Devid Qartli təmsil edirdi. Sənəd kongres tərəfindən 14 yanvar 1784-ci ildə ratifikasiyasi edir. Britaniya tərəfdən isə 9 aprel 1784-ci ildə ratifikasiya edilir. İmzalanmış sənədlərin dəyişdirilməsi 12 may 1784-ci ildə Parisdə baş tutur Müqavilə 10 bəndən ibarətdir.
- Böyük Britaniya 13 koloniyanın müstəqilliyini tanıyır. Onlara öz müstəmləkəsi kimi baxmaqdan imtina edir.
- ABŞ və Britaniyaya məxsus Şimali Amerika torpaqları arasında sərhəd müəyyənləşir.
- ABŞ Nyufandlend hövzəsində və Müqəddəs Lavrentiya körfəzində sərbəst balıqçılıqla məşğul olma hüququ əldə edir.
- Hər iki tərəf kreditlərin ödənilməsini öz üzərinə götürür.
- Konfederasiya kongresi loyalıstlərə dəyən zərəri ödəmək üçün ştat hökümətlərinə məlumat vernəyi öz üzərinə götürür.
- ABŞ loyalistlərin əmlaklarının müsadirəsinə son qoyacağına razı olur.
- Hərbi əsirlər dərhal qaytarılmalı,əmlaklar öz sahiblərinə qaytarılmalıdır.ABŞ vətandaşlarının əmlakı (qara dərili qullar) ştatdan kənara cıxarıla bilməzdilər.
- Hər iki tərəf Missisipi çayında əbədi üzmək hüququ əldə edir.
- Sülh müqaviləsi imzalandıqdan sonra(30 noyabr 1783) ələ keçirilən torpaqlar əvəzsiz geri qaytarılmalıdır.
- Müqavilənin imzalandıqdan 6 ay sonra qüvvəyə minir.
Bu müqavilənin bir çox müddüaları həyata keçməmiş olaraq qalır. Belə ki Britaniyalılar şimalda yerləşən limanları əlində qalırdı. Loyalistlərə dəyən zərərə gözə ödənç verilmədi. İngilislər geri çəkilərkən qara qullarıda özləri ilə aparırdılar. 2007-ci ilin 1 noyabrda bu müqavilənin yalnız 1-ci bəndi qüvvədədir.
Bənzər müqavilələr
redaktəBritaniya Seneqal və Tabaqonu Fransaya, indiki Nikaraqua (Maskitlər sahili) və Floridanın sahil ərazilərini İspaniyaya verməli olur. Niderland isə Neqapatanı və Malakka boğazından keçmə hüququ Britaniyaya edilir
İstinadlar
redaktə- http://avalon.low.yale.edu/18th[ölü keçid] century/paris.asp.The Paris Peace Treaty of september30,1783