Paris Metropoliteni - Wikipedia
Paris Metrosu — Fransanın paytaxtı Parisdə yerləşən dünyanın ən köhnə və böyük metrolarından biridir. İlk dəfə 1900-cü ildə inşa edilən Paris metrosunda 16 xətt mövcuddur və cəmi 214 km uzunluğa malikdir. Paris şəhərinin simvolu olaraq göstərilən Paris metrosunun arxitektura şəkli Art Nouveau-dan təsirlənmişdir. Paris metropoliteni 14 nömrələnmiş "böyük" xəttə və 2 qısa keçid (3-cü və 7-ci) xəttinə malikdir. Yolların uzunluğu 214 km olan metroda 301 (həmçinin 62 transplantasiya) stansiya var. Bir halda ki, transplantasiya stansiyaları birdən çox xəttə aiddir və metronun bütün xətlərində dayanacaqların ümumi miqdarı 384 ədəd təşkil edir. Stansiyalar arasındakı orta məsafə 620 m olan metroda yeraltı və yerüstü xətlərin sayı 21-dir.
Paris metrosu | |
---|---|
Təsvir | |
Ölkə | Fransa |
Yerləşməsi | Paris |
Açılış tarixi | 1900-cu il, 19 noyabr |
Gündəlik sərnişindaşıma | 4,5 mil. |
İllik sərnişindaşıma | 1,479 milyard (2009) |
Saytı | www.ratp.fr |
Marşrut şəbəkəsi | |
Xətlərin sayı | 16 |
Stansiyaların sayı | 301 |
Şəbəkənin uzunluğu |
|
Vikianbarda əlaqəli mediafayllar |
Paris metrosunun biletləri
redaktəParis metrosuna minmək üçün xüsusi kartonu xatırladan gündəlik, aylıq və illik biletlərdən istifadə edilir. Hətta bir həftəlik biletlər də mövcuddur. Bir biletin qiyməti 1,50 avrodur. Əgər birdən birə 20 bilet alınarsa hər biletin qiyməti bir qədər ucuzlaşacaqdır. Metro biletlərindən avtobuslarda da istifadə etmək olur. Aylıq və illik biletlərin üzərində sərnişinin şəkli mütləq olmalıdır. Əks halda nəzarətçilər sərnişini cərimə edə bilər. Son zamanlar həm avtobuslar, həm də metro üçün elektron biletlərdən istifadə edilməyə başlanmışdır.
Paris metro xətti
redaktəXətt | Açılış tarixi |
Son yeniləmə |
Dayanacaq sayı |
Uzunluq | Dayanacaqlar arası məsafə |
Sərnişindaşıma (illik) |
Son dayanacaq |
---|---|---|---|---|---|---|---|
1-ci xətt | 1900 | 1992 | 25 | 16.6 km | 692 m | 165,921,408 | La Défense ↔ Château de Vincennes |
2-ci xətt | 1900 | 1903 | 25 | 12.3 km | 513 m | 95,945,503 | Porte Dauphine ↔ Nation |
3-cü xətt | 1904 | 1971 | 25 | 11.7 km | 488 m | 91,655,659 | Pont de Levallois ↔ Gallieni |
3 keç. xətti | 1971 | 1971 | 4 | 1.3 km | 433 m | Porte des Lilas ↔ Gambetta | |
4-cü xətt | 1908 | 1910 | 26 | 10.6 km | 424 m | 155,348,608 | Porte de Clignancourt ↔ Porte d'Orléans |
5-ci xətt | 1906 | 1985 | 22 | 14.6 km | 695 m | 92,778,870 | Bobigny ↔ Place d'Italie |
6-cı xətt | 1909 | 1942 | 28 | 13.6 km | 504 m | 104,102,370 | Charles de Gaulle ↔ Nation |
7-ci xətt | 1910 | 1987 | 38 | 22.4 km | 605 m | 121,341,833 | La Courneuve ↔ Villejuif / Mairie d'Ivry |
7 keç. xətti | 1967 | 1967 | 8 | 3.1 km | 443 m | Louis Blanc ↔ Pré Saint-Gervais | |
8-ci xətt | 1913 | 1974 | 37 | 22.1 km | 614 m | 92,041,135 | Balard ↔ Créteil |
9-cu xətt | 1922 | 1937 | 37 | 19.6 km | 544 m | 119,885,878 | Pont de Sèvres ↔ Mairie de Montreuil |
10-cu xətt | 1923 | 1981 | 23 | 11.7 km | 532 m | 40,411,341 | Boulogne ↔ Gare d'Austerlitz |
11-ci xətt | 1935 | 1937 | 13 | 6.3 km | 525 m | 46,854,797 | Châtelet ↔ Mairie des Lilas |
12-ci xətt | 1910 | 1934 | 28 | 13.9 km | 515 m | 81,409,421 | Porte de la Chapelle ↔ Mairie d'Issy |
13-cü xətt | 1911 | 2008 | 32 | 24.3 km | 776 m | 114,821,166 | Châtillon — Montrouge ↔ Saint-Denis / Les Courtilles |
14-cü xətt | 1998 | 2007 | 9 | 9 km | 1,129 m | 62,469,502 | Saint-Lazare ↔ Olympiades |
Texniki məlumatlar
redaktə- Qatarların hərəkətinin orta sürəti 35 km/saat.
- Qatarın uzunluğu 3–6 vaqon arasıdır.
- Relslərdə yolun standart eni 1435 mm-dir.
- 14-cü xətt — ən müasir, "sürücüsüz qatarlar" sistemi ilə avtomatik idarə olunur.
- 28 noyabr 2011-ci ildən etibarən xətlərdəki bütün qatarlar (14-cü xətdə olduğu kimi) avtomatik idarə sisteminə köçürülmüşdür.
- Metronun ən uzun xətti 8-ci xəttdir.
- Paytaxtın 18-ci rayonunda yerləşən "Abess" stansiyası ilk metro stansiyası hesab edilir və ilk xətt bu stansiyada istifadəyə verilmişdir.
- Metro stansiyaları elə qurulubdur ki, hər bir xətt şəhərin bir qurtaracağına çıxır.