Palitra - Wikipedia
Palitra (ing. palette) – 1. Rəsm proqramlarında və ya qrafik redaktorlarda: mümkün rənglər toplusu. Palitranın rənglər toplusu kompüterin aparat təminatının imkanları ilə müəyyən olunur (o, ilk növbədə monitorun və videoadapterin xarakteristikalarından asılı olur). Bəzi rənglər “hazır” verilir, qalanlarını isə özünüz ala bilərsiniz. Bəzi proqramlarda palitrada obyektlərin içərisini doldurmaq üçün naxışlar, müxtəlif növ çərçivələr (qıraqlar), çeşidli rəsm alətləri də olur.
2. Rənglər cədvəlinin konkret anda ekranda əks etdirilə bilən rəngləri müəyyən edən altçoxluğu. Palitradakı rənglərin miqdarı bir pikseli göstərmək üçün istifadə olunan bitlərin miqdarı ilə müyyən olunur. Məsələn, 4 bitlə göstərilən piksel 16 rəngdən biri ola bilər. Deməli, pikseli göstərmək üçün istifadə olunan bitlərin sayı palitranın rənglər diapazonunu müəyyənləşdirir. Həmin misala qayıtsaq, 4-bitli pikselin 16-rəngli palitrası ola bilər.
Ədəbiyyat
redaktə- İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 628 s.