Paleotetis - Wikipedia
Paleotetis, V.Y.Xain, 2001 — ordovikin əvvələrində Qərb və Mərkəzi Avropa epikodom platformasının destruksiyası nəticəsində meydana gəlmiş okean hövzəsi. Ordovikin sonunda bu hövzə Avalinin və Armorikanın Qondvanadan aralanması nəticəsində xeyli genişlənmişdir. Paleotetis hüdudlarında dəniz hövzələrinin tam qapanması və Lavraziya ilə Qondvananın kolliziyası yalnız Vyana və Tunis meridianından qərbdə baş vermiş, şərqdə isə vəziyyət təmamilə başqa cür və daha mürəkkəb olmuşdur. Dağlıq Krımdan başlayaraq Böyük Qafqazın cənub yamacları, Türkmənstan və Şimal İranın kənarı, Mərkəzi Əfqanıstan, Şimal Pamirin və Malaziyanın cənub zonalarında hersin deformasiyası təzahür etmiş, gec paleozoyun dərin dəniz su şəraiti triasda da davam etmiş və dövrün axırlarında Qondvanadan ayrılan mikrokontinentlərin (Cənub Qafqaz, Mərkəzi İran, Mərkəzi Əfqanıstan, Şimal Tibet və b.) kolliziyası, habelə Sinbirma və Hindostanın toqquşması paleotetis qalıq hövzələrinin qapanmasına səbəb olmuşdur.
Mənbə
redaktə- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.