Pakistanin Dovlet Qurulusu - Wikipedia
Pakistanın dövlət quruluşu - 1973-cü ildə qəbul edilmiş Konstitusiyasına əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sisitemi.
Pakistan | |||||
---|---|---|---|---|---|
اسلامی جمہوریۂ پاکستان Islamic Republic of Pakistan | |||||
| |||||
Ittehad, Tanzim, Yaqeen-e-Muhkam (urdu) "Birlik, İntizam ve İnam" |
|||||
Himn: Qaumi Tarana |
|||||
Tarixi | |||||
• Müstəqilliyin elanı | 14 avqust 1947 | ||||
• İslam respublikasının elanı | 23 mart 1956 | ||||
• Şərqi Pakistanın ayrılması | 26 mart 1971 | ||||
Paytaxt | İslamabad | ||||
İdarəetmə forması | Prezident respublikası | ||||
Prezident | Məmnun Hüseyn | ||||
Baş nazir | Nəvaz Şərif | ||||
Sahəsi | Dünyada 36-cı | ||||
• Ümumi | 796096 km² | ||||
• Su sahəsi (%) | 3,1 | ||||
Əhalisi | |||||
• Əhali | 181 435 603 nəfər (6-cı) | ||||
• Siyahıyaalma (1998) | 132 352 279 nəf. | ||||
• Sıxlıq | 206 nəf./km² (55-ci) | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | $439 558 milyon dollar | ||||
• Adambaşına | $2 738 dollar | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2008) | $167 640 milyon dollar (47-ci) | ||||
• Adambaşına | $1 044 dollar | ||||
İİİ (2008) | 0.562 (artış; 139-cu) | ||||
Demonim | Pakistani | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Dövlət quruluşu
redaktəPakistan parlament formasında idarəetmə üsuluna malik federativ respublikadır. 1947-ci il 14 avqustda Pakistanın müstəqilliyi elan edilmişdir. 1956-cı il 23 martda Pakistan İslam Respublikası elan edilmişdir. Ölkə Konstitusiyası 1973-cü ildən qüvvədədir.
İnzibati bölgüsü
redaktəPakistan İslam Respublikası 4 əyalətdən ibarətdir: Pəncab, Sind, Bəlucistan və Şimal-Qərbi Sərhəd əyalətləri; federal paytaxt vilayəti İslamabad və mərkəzi Hökumət tərəfindən idarə olunan qəbilə zonaları Pakistan İslam Respublikasının ərazisini təşkil edir.
Dövlət başçısı
redaktəÖlkədə siyasi hakimiyyət Prezidentin və Hökumətin əlindədir. Ölkə Prezidenti Seçicilər Kollegiyası (tərkibinə Parlamentin hər iki palatasının üzvləri, habelə Pəncab, Sind, Bəlucistan və Şimal-Qərbi Sərhəd əyalətləri parlamentlərinin deputatları daxildir) tərəfindən, iki dəfədən çox olmamaqla 5 il müddətinə seçilir. Seçildikdən sonra Prezident Parlamentin təşəbbüsü və 2/3 səs çoxluğu ilə yalnız impiçment prosedurası qaydasında vəzifəsindən azad edilə bilər.
Pakistanda Prezident postu ənənəvi olaraq nominal vəzifə sayıldığından ölkədə real hakimiyyət Baş nazirin əlində cəmlənmişdir. Mövcud Konstitusiyaya görə, Pakistan Prezidenti Milli Assambleyanı buraxmaq, yeni seçkiləri təyin etmək, əfv fərmanı imzalamaq, Baş naziri (bu məsələdə Ali Məhkəmənin veto hüququ vardır). Hökumət üzvlərini, əyalət qubernatorlarını, Ali Məhkəmənin hakimlərini, Seçki Komissiyasının üzvlərini, ali hərbi rəhbər heyətini təyin etmək və istefaya göndərmək səlahiyyətlərinə malikdir. O, həmçinin Milli Təhlükəsizlik Şurasının rəhbəri və Silahlı Qüvvələrin Ali Baş Komandanıdır.
Qanunverici hakimiyyət
redaktəİkipalatalı Parlament - Milli Assambleya (əhali tərəfindən 4 il müddətinə seçilmiş, 60-ı qadın, 10-u dini azlıqların nümayəndələri olmaqla 342 deputat) və Senat (əyalətlərin qanunverici məclisləri tərəfindən ümumi səsvermə yolu ilə 6 il müddətinə seçilmiş 100 deputat) məhdud qanunverici səlahiyyətə malikdir.
Əsas qanunvericilik funksiyaları ilə yanaşı, Parlament Hökumətə etimadsızlıq göstərmək və onu istefaya göndərmək səlahiyyətlərinə malikdir.
İcraedici hakimiyyət
redaktəBaş nazir Hökumətin başçısıdır və Parlamentin tərkibindən Prezident tərəfindən təyin edilir. Baş nazir mütləq müsəlman olmalı və Parlamentdə çoxluq təşkil edən partiyanın təmsilçisi olmalıdır. Hökumət üzvləri Baş nazirin təqdimatı ilə Prezident tərəfindən formalaşır.
Mövcud Konstitusiyaya görə, Hökumətin əsas funksiyası dövlət idarəçiliyinin həyata keçirməsində Prezidentə məsləhət verməkdən və köməklik göstərməkdən ibarətdir.
Məhkəmə hakimiyyəti
redaktəHakimləri Prezident tərəfindən təyin olunan Ali Məhkəmə və ölkə qanunlarının İslam dininin tələblərinə uyğunluğunu nəzarətdə saxlayan İslam Federal Şəriət Məhkəməsidir.
Əyalətlərdə fəaliyyət göstərən yüksək məhkəmə orqanlarının üzvləri də Prezident tərəfindən təyin edilir.
Mənbə
redaktə- Белокреницкий В. Я., Москаленко В. Н. История Пакистана. ХХ век. — Москва : Крафт+, 2008. — ISBN 978-5-93675-137-0.
- Белокреницкий В. Я. Пакистан. Особенности и проблемы урбанизации. — М. — 1982
- Ганковский Ю. В. Народы Пакистана (основные этапы этнической истории). — М. — 1964
- Густерин П. Тайны семейства Бхутто // Азия и Африка сегодня. 2008, № 5.
- Каменев С. Н. Пакистан. Государственные финансы и экономическое развитие. — М. — 1982
- Плешов О. В. Ислам и политическая культура в Пакистане. М. — 2005
Xarici keçid
redaktəIstinadlar
redaktə- ↑ Central Intelligence Agency - CİA - The World Factbook :Country comparison: Population Arxivləşdirilib 2012-10-23 at the Wayback Machine