Pencere - Wikipedia
Pəncərə (ing. Window) - Tikililərdə aydınlatma və havalandırma məqsədilə açılan oyuqlar. Pəncərələrin üzərin çərçivələrlə bərkidilmiş şüşələrlə örtülür. Daxilə və ya xaricə açılan pəncərələr qanad olaraq adlandırılır. Pəncərələrin qapalı saxlanılması xaricdən gələcək küləyin və səsin qarşısını almaq üçün nəzərdə tutulmuşdur. İki bərabər hissədən ibarət olan və yaxud tək hissədən ibarət olan pəncərələr vardır. İki bərabər hissədən ibarət pəncərələr əsasən şəhərdə və ya kənd ərazilərində istifadə edilməkdədir.
Pəncərələr bir çox mədəniyyətdə mühüm yer tutur. Müxtəlif dinlərdə də pəncərələrin önəminə müraciət edilmişdir. Xüsusi ilə Xristianlıq dinində pəncərə və qapılara önəm verilmişdir. Vitraj olaraq adlandırılan şəffaf materialdan hazırlanmış ornamentli və ya süjetli kompozisiya pəncərə və qapı şəbəkələrinin bəzədilməsində istifadə edilən əsas vasitələrdəndir. Qotik memarlığın ayrılmaz tərkib hissələrindən olan vitraj sənəti özünü daha çox kilsələrdə və dini ibadətgahlarda göstərmişdir.