Osmanli Macaristani - Wikipedia
Osmanlı Macarıstanı və ya Osmanlı işğalı altında Macarıstan — 1541–1699-cu illərdə Osmanlı İmperiyası tərəfindən idarə olunan cənubi və mərkəzi orta əsr Macarıstan ərazisi Qədim Macarıstan krallığının cənub əyalətləri, "Böyük Macarıstan" və Cənubi Transdanubiya əraziləri tamamilə Osmanlı imperiyası tərəfindən zəbt olunmuşdu.
Macarıstanın Osmanlı imperiyasının tərkibinə qatılması
redaktəMacarıstan Krallığı Osmanlı tərəfindən zəbt edilmədən əvvəlki sərhədləri günümüzdəki Macarıstanı, Xorvatiyanı, Slovakiyanı, Banat və Transilvaniya ərazilərini əhatə edirdi. Osmanlı imperiyası ilə Habsburqlar arasında Macarıstan krallığının işğalı uğrunda mübarizə 4 dövrü əhatə edir:
- Birinci dövrə; Qanuni Sultan Süleymanın zəfərləri (1520–1566)
- İkinci dövrə; "Uzun hərb illəri" adı verilən müharibələr (1593–1606)
- Üçüncü dövrə; Osmanlı dövlətindəki daxili üsyanlar, inqilablar, səltənət dəyişiklikləri və şərqdə İran ilə aparılan müharibələrin da təsirli olduğu yarım əsrdən artıq davam edən sülh dövrü və Transilvaniya məsələsindən qaynaqlanan müharibələr (1658 −1664)
- Nəhayət dördüncü dövrə də; İkinci Vyana mühasirəsi ilə başlayan, Türk tarixşünalığında "Fəlakət illəri" adlandırılan, Habsburq dövrü macar tarixşünaslığında isə "Qurtuluş savaşları" adlandırılan və Karlovitsa sülhü ilə bitən müharibələr (1683–1699) daxildir.
20 iyun 1541-ci ildə Qanuni Sultan Süleyman tarixşünaslıqda "Budin yürüşü"a dlanan səfərini həyata keçirdi. Nəticədə Şərqi Macarıstan və Transilvaniyada Osmanlıdan asılı bir dövlət olan "Transilvaniya şəhzadəliyi" yaradıldı. Beləliklə Macarıstanın mərkəz və cənub bölgələri birbaşa Osmanlı torpaqlarına qatıldı və illik vergi ödəmək qarşılığında Ferdinandın qərbdəki hakimiyyəti tanındı. Mərkəzi Budin olan yeni əyalətin ilk bəylərbəyi isə Ramazanoğlu Uzun Süleyman Paşa olmuşdur.[1]
İnzibati quruluş
redaktəOsmanlılar tərəfindən 1541-ci ildə yaradılan Budin əyaləti və 1552-ci ildə yaradılan Timeşvar əyaləti uzun illər boyunca mövcud olmuşdur. Avstriya hersoqluğu ilə Osmanlı imperiyası arasında 4 iyul 1593-ci ildə başlayan, 11 Noyabr 1606 tarixində Zitvatorok Müqaviləsi ilə sona çatan "Uzun hərbi münaqişələr" dövrünün sonunda; "Yanıq" (1594), "Papa" (1594), "Ziqetvar" (1595), "Əyri" (1596), "Kanija" (1600) bəylərbəylikləri yaradıldı. Lakin 1687-ci ildə Əyri və 1690-cı ildə isə Kanija əyalətləri ləğv edildi.[2] 10 avqust 1664-cü ildə "Vasvar müqaviləsi" ilə bugünkü Slovakiya torpaqlarında "Uyvar" əyaləti yaradılmışdı. İkinci Vyana mühasirəsi ərəfəsində Macarıstan torpaqlarında Osmanlı inzibati təşkilatı aşağıdakılardan ibarət idi:
- Budin
- Timeşvar
- Yanova
- Əyri
- Kanija
- Varad
- Uyvar bəylərbəylikləri
- Transilvaniya knyazlığı
1 aprel 1683-cü ildə başlayan və Osmanlı dövrü tarixşünaslığında "fəlakət illəri" adlandırılan dövrdə Avstriya- Osmanlı müharibələri Osmanlının bir sıra məğlubiyyətləri ilə nəticələndi. 26 yanvar 1699-cu ildə bağlanan "Karlovitsa sülhü" ilə Osmanlı Timeşvar istisna olmaqla digər əyalətlərini itirdi.[3] Timeşvar əyaləti də 21 iyul 1718-ci ildə "Pasarovitz müqaviləsi" ilə Habsburq imperiyasına qatıldı.
İstinadlar
redaktə- ↑ "Венгрия в середине XVI в. Христианский бастион". 2009-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-05.
- ↑ Bilge Müfti, Sadık. "Macaristan'da Osmanlı Hakimiyetinin ve İdari Teşkilatının Kuruluşu ve Gelişmesi". Osmanlı Tarihi Araştırma ve Uygulama Merkezi Dergisi (OTAM). 11: 33–81.
- ↑ Ottoman Warfare 1500–1700, Rhoads Murphey, 1999, p.227