Oqtay Haciyev - Wikipedia
Oqtay Hacıyev (1951, Zəyəm Cırdaxan – 22 aprel 2022, Bakı) — Azərbaycan Televiziyasının Xalq Çalğı Alətləri Orkestrinin solisti, Xan Şuşinskinin sonuncu tələbəsi,[1] Azərbaycan Dövlət Televiziyası və Radiosunun C. Cahangirov adına xorunun ali dərəcəli tenor ifaçısı, solist və konsermeyster.
Oqtay Hacıyev | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 1951 |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar |
Janr | muğam |
Səs tembri | tenor |
Həyatı
redaktəUşaq yaşlarından musiqiyə həvəsi olan Oqtay Hacıyevin pərəstiş etdiyi xanəndə Xan Şuşinski idi. Bir gün tar çalmaq həvəsinə düşən Oqtay üçün xalası oğlu Bakıdan tar alıb gətirir. Əlinə ilk dəfə musiqi aləti alan Oqtay, ailədə xoş qarşılanmasına baxmayaraq musiqiçi olmaq qərarını qəti olaraq bildirir. Lakin atası bu işdə ona ilk dəstəkçi olur. İlk tar müəllimi atasının xalası oğlu olur və ona cəmi 3 not və bu 3 notdan ibarət Rəşid Behbudovun ifa etdiyi Telman Hacıyevin “Lalələr” mahnısını öyrədir.[2]
22 aprel 2022-ci ildə Bakıda vəfat edib.[3]
İstinadlar
redaktə- ↑ Cavanşirov, İsfəndiyar Aslan oğlu. Tahirov, K. (redaktor). Xan Şuşinski (PDF) (az.). Bakı: Azərbaycan Milli Kitabxanası, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 2021. səh. 15. 2023-08-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-04-06.
- ↑ "Xan Şuşinski - Sonuncu tələbəsi". Yenixəbər.org (az.). 23 yanvar 2020. 2020-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 aprel 2022.
- ↑ "Xanəndə Oqtay Hacıyev vəfat edib" (az.). 22 aprel 2022. 2022-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2022.