Onegin Haciqasimov - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Onegin Yusif oğlu Hacıqasımov (monax adı Siluan, sxima adı Simon; 4 iyun 1937, Bakı – 30 iyun 2002) — Azərbaycan-sovet şairi, Sovet ittifaqında məşhur olan bir çox mahnı sözlərinin müəllifi.
Onegin Hacıqasımov | |
---|---|
Doğum tarixi | 4 iyun 1937 |
Doğum yeri | |
Vəfat tarixi | 30 iyun 2002 (65 yaşında) |
Vəfat səbəbi | onkologiya |
Dəfn yeri |
|
Vətəndaşlığı |
SSRİ Rusiya |
Milliyyəti | Azərbaycanlı |
Uşağı | oğlu: Yusif |
Atası | Yusif Hacıqasımov |
Anası | Mehtəban Hacıqasımova |
Təhsili | |
Fəaliyyəti | şair, rahib, söz yazıçısı[d], tərcüməçi |
Əsərlərinin dili | Rus |
Janrlar | lirika, estrada[d] |
Həyatı
redaktəAtası Yusif Hacıqasımov (1892-1960) Moskva Universitetində hüquq fakültəsini bitirmiş, 1940-cı illərədək NKVD-də işləmişdi. Anası Mehtəban Hacıqasımova (1905-1980) isə rus dili və ədəbiyyatını çox sevdiyi üçün 1937-ci ildə, böyük rus şairi Aleksandr Puşkinin vəfatının 100-cü ildönümündə dünyaya gələn oğlunu Puşkinin ən məşhur əsərlərindən birinin baş qəhrəmanı olan Yevgeni Oneginin şərəfinə adlandırır. Onun 1942-ci ildə dünyaya gələn kiçik qardaşını isə Nizami Gəncəvinin 800 illiyinin şərəfinə Nizami adlandırmışdılar.[1]
1954-cü ildə Onegin Moskvada Qorki adına Ədəbiyyat İnstitutuna qəbul olur. Növbəti il hərbi xidmətə yollanır və 3 il hərbi dəniz qüvvələrində xidmət keçdikdən sonra yenidən təhsilini davam etdirərək institutu bitirir.
Yazdığı mahnılar sayəsində 1960-1980-ci illərdə SSRİ-də ən populyar nəğməkar-şairlərdən birinə çevrilir. Onun sözlərinə məşhur bəstəkarlar mahnı bəstələyir və populyar müğənnilər tərəfindən ifa olunurdu. Onegin Hacıqasımov həm də bir sıra xarici mahnılara rus dilində mətnlər yazması ilə məşhurdur.
Onun söz müəllifi olduğu mahnıları ifa edənlər arasında Müslüm Maqomayev, Rəşid Behbudov, Polad Bülbüloğlu, "Qaya" Vokal Kvarteti, Valeri Obodzinski, Yuri Antonov, Aida Vedişşeva, "Vesyolıye rebyata" qrupu və bir çox başqaları olmuşlar.
1985-ci ildə o, pravoslavlığı qəbul edir və 1988-ci ildə Moskva vilayətindəki Optina pustın monastırında ierosximonax Simon adını qəbul edir.[2]
30 iyun 2002-ci ildə onkoloji xəstəlikdən vəfat edir. Moskva vilayətinin Domodedovo rayonunun Lyamtsino kəndinin qəbirstanlığında dəfn olunmuşdur.
Filmoqrafiya
redaktəİstinadlar
redaktə- ↑ "Onun haqqında oxuyanda kahin olmaq istədim - UNUDULMUŞ AZƏRBAYCANLI ONEGİN - FOTOLAR/VİDEOLAR". publika.az (az.). publika.az. 2 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03 may 2021.
- ↑ "Mahnıları ilə bütün SSRİ-ni titrədən azərbaycanlı bəstəkarın taleyi – Onegin Hacıqasımov necə xristian keşişi olub? (FOTO)". azpost.info (az.). azpost.info. 2 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03 may 2021.