On Doqquzuncu Sulale Misir - Wikipedia
XIX sülalə - Qədim Misirdə yeni padşahlıq dövründə hakimiyyətdə olmuş sülalə.
Ümumi məlumat
redaktəSülalənin əsasının qoyulması və I Setinin işğalçı yürüşləri
redaktəXIX sülalənin banisi XVIII sülalənin son hökmdarı Horemhebin dövründə ordu komandiri olmuş Parames idi. Horemheb övladı olmadığına görə Paramesi öz vəliəhdi elan etdi. Onun ölümündən sonra Parames I Ramzes adı ilə taxta çıxdı[1]. Bununla da yeni xanədanlığın əsası qoyuldu. Nil sahilində tapılmış artefaktlar I Ramzesin hakimiyyətinin ikinci ilində Nubiyaya yürüş təşkil etdiyini sübut edir.
I Ramzesin ölümündən sonra taxta onun oğlu I Seti çıxdı[2]. I Seti sülalənin ən görkəmli nümayəndələrindəndir. Fironun qarşısında duran ilkin məqsəd Misirin Asiya torpaqlarındakı hegemonluğunu geri qaytarmaq idi. Beləki əvvəlki sülalənin hökmdarlığının sonuna yaxın Ərəbistan yarımadasında yaşayan xalqlar Misir əsarətinin zəifləməsindən istifadə edərək Nil deltasına doğru irəliləmişdilər. Bu tayfalardan ən güclüsü şasilər idi. I Seti Sinay yarımadasının şimal sahilləri boyunca yolları ələ keçirdikdən sonra Levanta doğru hərəkətə keçdi. Fələstin ərazisində I Setinin qoşunu ilə şasilər arasında böyük döyüş baş verdi. Misir ordusu qələbə qazanaraq şasilərin torpaqlarını ələ keçirdilər.
I Seti sonrakı illərdə də yürüşlərini davam etdirdi. Tədqiqatlar fironun öz hakimiyyəyini İsreel vadisi, Finikiyad, İordan çayının şərq sahili, Nubiya və Liviyada yaydığını göstərir. I Seti ən mühüm qələbələrindən biri Asi çayı (Oront) sahilindəki Kadeş şəhərinin tabe edilməsi idi. Bununla yanaşı Het çarlığı ilə müharibə də uğurlu bitib.
Bütün bu yürüşlərlə bağlı məlumatların əksəriyyətinin mənbəyi Karnakda Amon məbədindəki Hipostil zalının şimal divarlarını bəzəyən relyefdən əldə edilib. I Setinin ölümündən sonra hakimiyyətə oğlu II Ramzes gəldi.
II Ramzesin hakimiyyəti
redaktəAltmış ildən çox hökmdarlıq edən II Ramzes Qədim Misir tarixinin ən qüdrətli və məşhur fironlarından biridir[3]. Dövrümüzə qədər II Ramzesin ucaltdığı çox sayda abidələr qorunub saxlandığından onun hakimiyyət illərini xarakterizə etmək üçün məlumat yetərincədir.
II Ramzes hakimiyyətinin ilk aylarında Nubiya və Liviyada mərkəzi hakimiyyətə qarşı üsyan baş qaldırdı[4][5]. Əsasən də nubiyalıların qiyamı böyük miqyası əhatə etdi və yatırılması da daha çətin alındı. Bundan sonra "dəniz xalqları" adlanan və adalarda yaşayan şerdanlar məğlub edildi[6].Həmçinin II Ramzes atası kimi Fələstin, Finikiya, Suriya və Kiçik Asiya torpaqlarına yürüşlər təşkil edib. Müxtəlif məbədlərin divarlarındakı təsvirlərdə fironun bu hücumlarda böyük uğur əldə etdiyi göstərilib.
Hetlərə qarşı müharibə daha böyük miqyasa malik idi. Bu dövrdə Het çarlığı Kiçik Asiyada güclü bir dövlətə çevrilmişdi. Misir və Het qoşunu arasında həll edici görüş Kadeş şəhəri yaxınlığında oldu[7]. Bu savaşda heç bir tərəf üstünlük əldə edə bilmədi və iki ölkə arasında sülh bağlandı. Bu döyüş Abidos, Karnak və Luksor məbədlərindəki illüstrasiyalarda təsvir edilmişdir.
II Ramzesin hakimiyyəti dövründə Asiya ölkələri ilə əlaqələr genişləndi. Bu isə Misirin iqtisadi yüksəlişinə səbəb olur. Çiçəklənmə dövrü özü ilə birlikdə geniş inşaat prosesini başlatdı. II Ramzes Qədim Misir tarixinin ən çox tikən fironu hesab olundu[8]. Əvvəlcə firon paytaxtı yeni tikilmiş Per-Ramzes (Ramzesin evi) şəhərinə köçürtdü[9]. II Ramzes Larnak, Abidos, Tebes, Herakleopol və Memfisdə əzəmətli məbədlər tikdirdi, özünün nəhəng heykəllərini ucaldırdı. Bütün tikililər arasında Nubiyadakı Əbu-Simbel məbədi seçilirdi. Dağda oyulmuş bu görkəmli abidə qədim dövr memarlığının ən möhtəşəm nümunələrindəndir. Ancaq məlumdur ki, II Ramzes öz məbəd və heykəlləri üçün çatışmayan materialı özündən əvvəlki fironlardan qalan məbədlərdən, sərdabələrdən alırdı.
Bu cür geniş inşaat prosesi böyük maliyə hesabına gerçəkləşirdi. Nəticədə siravi əhali kasıblaşır, din xadimləri, böyük torpaq sahibləri isə varlanırdı. İşçi çatışmazlığına görə muzdlular tikinti işlərinə cəlb olunurdu. Bu isə dövlətin hərbi gücünü zəiflədirdi.
II Ramzesdən sonra hakimiyyətə 60 yaşlı oğlu Merneptax çıxdı[10]. II Ramzesin kultu və təsiri uzun müddət Misir torpaqlarında hiss edildi.
II Ramzesdən sonrakı dövr və sülalənin süqutu
redaktəAtasının uzunmüddətli hakimiyyətindən sonra taxta çıxan Merneptax artıq yaşlı idi[11]. Məlumdur ki, o Fələstində başlayan üsyanı yatırmış və "dəniz xalqları" ilə müharibə aparmışdı. Merneptaxdan sonra firon titulunu oğlu II Seti götürdü. Ancaq misirşünaslar II Setinin hakimiyyətini bütün Misirdə yaya bilmədiyini qeyd edirlər. Beləki bu illərdə Amenmes Yuxarı Misiri ələ keçirərək II Setiyə qarşı təkbaşına hökmdarlıq etməyə başlamışdır[12]. Amenmesin şəxsiyyəti haqqında fikir ayrılığı mövcuddur. Onun ya özündən əvvəlki fironlarla qohumluq əlaqəsinin olduğu və ya ümumiyyətlə çar nəslində olmadığı qeyd olunur. İki hökmdar arasında 3 il davam edən mübarizə II Setinin qələbəsi ilə bitdi.
II Setinin ölümündən sonra ölkənin yeni fironu Siptah oldu. Onun atası II Seti və ya Amenmes olduğu qeyd edilir[13]. Siptah taxta çıxarkən uşaq idi. Buna görə II Setinin həyat yoldaşı Tausert onun regenti təyin edildi[14]. Siptah təxminən 5-8 il hökmdarlıq etmiş və 16 yaşında ölmüşdür.
Siptahı əvəzləyən Tausert sülalənin axrıncı firon oldu. Tausert həm də Amenmesin qardaşı idi. Manefona görə o 7 il hakimiyyətdə olmuşdur. Tausertin ölümü ilə XIX xanədanlığın hakimiyyəti sonu çatdı. Yeni firon Setnaxt XX sülalənin (Ramzeslər sülaləsi) əsasını qoydu.
Fironlar
redaktəAd | Şəkil | Taxt adı | Hakimiyyət illəri | Sərdabə | Həyat yoldaş(lar)ı |
(1298-1296) |
|||||
(1296—1279) |
|||||
I İsitnofret Maatxornefrura Meritamon Bent-Anat Nebettaui Henutmira | |||||
Tahat | |||||
(qəsbkar) |
|||||
On doqquzuncu sülalə fironlarının zaman xətti
redaktəXIX sülalənin nəsl ağacı
redaktə
İstinadlar
redaktə- ↑ Beckerath, Jürgen von; Zabern, Verlag Philipp von. Chronologie des pharaonischen Ägypten : die Zeitbestimmung der ägyptischen Geschichte von der Vorzeit bis 332 v. Chr. Mainz am Rhein. 1997. səh. 190. ISBN 3805323107. OCLC 932193922.
- ↑ "Seti I". 2022-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-06.
- ↑ Or 1276–1210 BC, according to http://www.9news.com.au/world/2017/10/31/12/35/bible-eclipse-egypt-study-cambridge Arxiv surəti 31 oktyabr 2017 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 31 oktyabr 2017 at the Wayback Machine
- ↑ "Beit el-Wali". University of Chicago. 6 September 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 April 2008.
- ↑ Geoff Edwards. "Zawiyet Umm el-Rakham". 13 September 2005 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 April 2008.
- ↑ "The Naue Type II Sword". 2008-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-05-30. (#redundant_parameters); (#redundant_parameters)
- ↑ Near the modern village of Al-Houz in Syria's Al-Qusayr District. see Kitchen, K. A., "Ramesside Inscriptions", volume 2, Blackwell Publishing Limited, 1996, pp. 16–17.
- ↑ Wolfhart Westendorf, Das alte Ägypten, 1969
- ↑ Dearman, John Andrew; Graham, Matt Patrick; Miller, James Maxwell, redaktorlar The Land that I Will Show You: Essays on the History and Archaeology of the Ancient Near East in Honour of J. Maxwell Miller. Sheffield Academic Press. 2001. "The Geography of the Exodus", by John Van Seters, p. 265. ISBN 978-1-84127-257-3. 31 March 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 February 2015.
- ↑ Gae Callender, The Eye Of Horus: A History of Ancient Egypt, Longman Cheshire (1993), p.263
- ↑ Merrill, J. Marc. 1: Building Bridges of Time, Places and People: Volume I: Tombs, Temples & Cities of Egypt, Israel, Greece & Italy. AuthorHouse. 2012-05-02. səh. 213. ISBN 978-1468573695. 2021-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-06.
- ↑ K. A. Kitchen, "The Titularies of the Ramesside Kings as Expression of Their Ideal Kingship," ASAE 71 (1987): 134-35.
- ↑ Cyril Aldred, The parentage of King Siptah, JEA 49 (1963), pp.41-48
- ↑ Erik Hornung, Rolf Krauss & David Warburton (editors), Handbook of Ancient Egyptian Chronology, Brill: 2006, p.214