Oleq Basilasvili - Wikipedia
Oleq Valerianoviç Basilaşvili (gür. ოლეგ ბასილაშვილი) — Sovet və Gürcüstan aktyoru, SSRİ xalq artisti (1984).
Oleq Basilaşvili | |
---|---|
gür. ოლეგ ბასილაშვილი | |
Doğum tarixi | |
Doğum yeri | Moskva, SSRİ |
Vətəndaşlığı | Rusiya |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1956-bu günə qədər |
Təhsili |
|
Mükafatları | |
IMDb | ID0059847 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəOleq Basilaşvili 26 sentyabr 1934-cü ildə Valerian Noşrevanoviç Basilaşvili (1900–1975) və İrina Sergeyevna İlyinskayanın (1908–1980) ailəsində anadan olmuşdur. Gürcü soyadı olan Basilaşvili yalnız onun atasında rast gəlinir. Belə ki, ona qədərki əcdadlar hamısı Basilov soyadını daşıyırdılar. Oleqin ana babası Sergey Mixayloviç İlyinski (1872–1934) memar, ata babası Noşrevan Keyxosroviç Basilov (1867–1943) isə polis nəzarətçisi olmuşdur. Basilaşvilinin əcdadları Gürcüstana təqribən 400 il əvvəl Basian dağından, hazırkı müasir Türkiyənin ərazisindən gəlmişdilər.
1956-cı ildə MXAT məktəb-studiyasında Pavel Massalskinin kursunu bitirmişdir. Onda Lenin komsomolu adına Leninqrad teatrına göndərilmişdir.
1959-cu ildə Böyük Akademik Dram Teatrının (hazırda Tovstonoqov adına Böyük Akademik Dram Teatrı) truppasına dəvət olunur. Orada Georgi Tovstonoqovun bir neçə quruluşunda ("Okean", "Üç bacı", "Barbarlar" və s.) iştirak etmişdir.
Rejissorlar Eldar Ryazanovun ("İşdə məhəbbət macərası", "İki nəfərlik vağzal") və Georgi Daneliyanın ("Payız marafonu") filmlərindəki rolları isə aktyora məşhurluq gətirdi. Maraqlıdır ki, 1975-ci ildə Oleq Basilaşvili atasının ölümü ilə bağlı Eldar Ryazanovun "Qəribə təsadüf və ya həmişə təmizlikdə" filmindəki İppolit roluna çəkilməkdən imtina etmişdi[1].
1990–1993-cü illərdə RSFSR-in (Rusiya Federasiyası) millət vəkili olmuşdur.
2006-cı ildə "Əsrin avtoqrafı" kitabının buraxılışında iştirak etmişdir.
2015-ci ilin dekabrında Alisa Freyndlixlə birgə Tovstonoqov adına Rusiya Böyük Teatrının qastrol səfəri çərçivəsində Bakıya gəlmiş və Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində "Dayının yuxusu" adlı tamaşa ilə çıxış etmişdilər.[2]
Ailəlidir. Birinci evliliyi aktrisa Tatyana Doronina ilə olmuşdu. Bu ailə səkkiz ildən sonra dağıldı. Basilaşvilinin ikinci arvadı Qalina Mşanskaya olmuşdur.
Filmoqrafiya
redaktəİstinadlar
redaktə- ↑ "«Ирония судьбы»: о тех, кто не попал в фильм". 2014-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-10.
- ↑ "Sankt - Peterburq Teatrı Bakı Səhnəsində - Lider Tv Online". 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-27.
Xarici keçidlər
redaktə- Oleq Basilaşvili — IMDb səhifəsi