Old Trafford - Wikipedia
Old Trafford — İngiltərənin Mançester şəhərində yerləşən və "Mançester Yunayted" klubunun ev oyunlarını oynadığı 75,643 nəfərlik tutumu ilə Böyük Britaniyada 3-cü, Avropada isə 11-ci ən böyük stadiondur.[4] Trafford şəhərinin Greater Mançester səmtində yerləşmişdir. Ser Bobbi Çarlton tərəfindən bu stadiona "Xəyalların Teatrı" ləqəbi verilmişdir.[5] 1910-cu ildən bəri "Mançester Yunayted"in stadionudur. Amma İkinci dünya müharibəsi zamanı stadionun bombalanması səbəbiylə 1941-ci ildə 1949-a qədər "Mançester Yunayted" matçlarını "Mançester Siti" ilə birgə "Maine Road"da oynamaq məcburiyyətində qalmışdır.
Old Trafford | |
---|---|
Old Trafford | |
Yeri | Trafford, Mançester, İngiltərə |
Təməli qoyulub | 1909 |
Açılış tarixi | 19 fevral 1910 |
Memar | Arşibald Litç (1909) |
Sahibi | Mançester Yunayted |
Tamaşaçı tutumu | 75,643[1][2] |
Ev sahibi komanda | Mançester Yunayted |
Meydançanın ölçüləri | 105 x 68 m[3] |
Ot örtüyü | Desso GrassMaster |
Rəsmi saytı | |
Vikianbarda əlaqəli mediafayllar |
Stadiona ən çox azarkeş 1939-cu ildə FA kubokunun Vulverhempton Vonderers və Qrimsbi Taun klubları arasında keçirilən yarım-final oyununda qeydə alınmışdır ki, həmin oyunda stadiona 76,962 nəfər gəlmişdir. Gələcəkdə stadionun Cənub istiqamətində olan hissəsinə ikinci yarus əlavə olunaraq tutumun 95,000 nəfərə çatdırılması planlaşdırılır.[6]
Old Trafford indiyə qədər FA kubokunun yarım-final oyunlarına, İngiltərə çempionatının oyunlarına, 1966-cı ildə Dünya, 1996-cı ildə Avropa çempionatının bir sıra oyunlarına, 2003-cü il Çempionlar Liqasının finalına, həmçinin 2 dəfə reqbi üzrə Dünya Kubokunun final oyunlarına ev sahibliyi etmişdir.
Rekordlar
redaktəOld Trafforda ən çox tamaşaçı 25 mart 1939-cu ildə Vulverhempton Vonderers və Qrimsbi Taun komandaları arasında baş tutan FA kuboku yarım final matçında qeydə alınmışdır. Old Traffordda 31 mart 2007-ci il tarixində baş tutan Mançester Yunayted - Blekburn Rovers qarşılaşmasında isə 76,098 tamaşaçı qeydə alınmışdır və bu rəqəm İngiltərə Premyer Liqasında rekord hesab olunur. Old Trafforda qeyri-rəsmi oyun zamanı qeydə alınan rekord isə 5 avqust 2011-ci il tarixində Mançester Yunayted və Nyu-York Kosmos klubları arasında baş tutan qarşılaşma zamanı olmuşdur.[7] Bu zaman stadiondan oyunu 74,731 nəfər tamaşaçı izləmişdir. İkinci dünya müharibəsindən sonra ən az tamaşaçı isə 29 aprel 1950-ci ildə Mançester Yunaytedin Fulhemi 3-0 hesabı ilə məğlub etdiyi qarşılaşmada qeydə alınmışdır. Həmin matç zamanı stadionda 11,968 tamaşaçı olmuşdur.[8]
Old Traffordda bir sezonda qeydə alınmış ortalama tamaşaçı sayına görə rekord isə 2006-07 sezonunda qeydə alınmışdır (75,826).[9] Ümumi sayına görə ən çox tamaşaçının stadiona gəldiyi sezon isə 2008-09 sezonu olmuşdur. Həmin sezon Old Trafforda ümumilikdə 2,197,429 nəfər gəlmişdir.[10]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Old Trafford. Manchester United" (ingilis). Premier League. 2022-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-26.
- ↑ Morgan, Steve (March 2010). McLeish, Ian. ed. "Design for life". Inside United (Haymarket Network) (212): 44–48. ISSN 1749-6497.
- ↑ "Manchester United - Stadium" (PDF). premierleague.com. Premier League. 2014-08-20 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2017.
- ↑ "Manchester Sightseeing Bus Tours". 2015-07-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2017.
- ↑ Barnes et al., p. 45
- ↑ "Old Trafford 1909-2006. Manutdzone.com". 2008-02-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-08-26.
- ↑ Marshall, Adam. "United 6 New York Cosmos 0". ManUtd.com. Manchester United. 5 avqust 2011. 2011-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2017.
- ↑ "Season 1949/50 – Matches and Teamsheets". StretfordEnd.co.uk. 2017-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2017.
- ↑ "Season 2006/07 – Season Summary". StretfordEnd.co.uk. 2018-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2017.
- ↑ "Season 2008/09 – Season Summary". StretfordEnd.co.uk. 2012-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 avqust 2017.
Xarici keçidlər
redaktə- Old Trafford
- The Stadium Guide — Old Trafford (ing.)
- Old Trafford, Manchester на сайте WorldStadia.com (ing.)