Oglaqqiran - Wikipedia
Oğlaqqıran — Novruzda, baharın əvvəllərində qəfildən başlanan küləkli, soyuq günlərə verilən ad;[1] baharın ilk ayı.[2]
Haqqında
redaktəOxlaqqıran//oğlaqqıran Zəngibasar, Borçalı və Qazax şivələrində baharın ilk ayı mənasında işlənir.[3]
Novruzda, baharın əvvəllərində qəfildən başlanan küləkli, soyuq günlərə Oğlaqqıran adı veriblər. Bu müddətdə qışdan zəif çıxan heyvanlar, ilk növbədə, oğlaqlar – keçi-çəpiş, qoyun-quzu soyuğa davam gətirmir, tələf olurlar. Bu müddət bir çox yerlərdə "danaqıran” adı ilə də tanınır. Elat camaatı həmin dövr üçün "davar doymaz, yatar durmaz, gedər gəlməz” - deyir. Odur ki, bu zaman üçün mərəkdə (samanlıqda) yem ehtiyatı saxlanılır.[1]
Oğlaqqıran ayı ilə bağlı fərqli fikirlər də var. Sentyabr ayının ilk günlərinin "oğlaqqıran dövrü" adlandırılmasına da təsadüf edilir. Buna səbəb isə həmin vaxt oğlaqların daha çox kəsilməsidir. Yaşlı insanlar söyləyirlər ki, "quyruq doğduqdan" sonra oğlaqların ətindən qoxu gəlir. Ona görə də damazlıq oğlaqlar seçilir və qalanları kəsilir. Bu dövrdə yağlı quzu ətindən daha çox çəpiş ətinə üstünlük verilir. Naxçıvan kəndlərində həmin dövrdə belə çəpişlərin bir qismi qurbanlıq kimi kəsilir, damazlıqlar isə sürüyə qatılır. Ta qədimdən Əshabi-Kəhf ziyarətgahına da daha çox "oğlaqqıran dövrü"ndə kütləvi axın başlayardı.[4]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 "Novruzun ilk müjdəçiləri: Adətlər və inanclar /İ.Əliyeva. //Azərbaycan .-2020.- 3 mart.- S.7". 2022-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-24.
- ↑ "Azərbaycan dilinin orfoqrafiya lüğəti. Bakı, "Elm", 2021, – s. 479" (PDF). 2021-05-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-24.
- ↑ "Əbülfəz Aman oğlu Quliyev, Nuray Yadigar qızı Əliyeva. Naxçıvan dialekt və şivələrinin lüğəti. Naxçıvan, "Əcəmi" nəşriyyatı, 2017, səh. 214" (PDF). 2022-09-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-24.
- ↑ Xalq təqviminin elqovan dövrü (milli.az) - 23 Sentyabr 2019 - 24.09.2022-ci il tarixində arxivləşdirilib.