Nouvelle Vague - Wikipedia
Nouvelle Vague — Mark Kollen və Olivye Libonun rəhbərliyi altında fransız musiqi kollektivi. 2003-cü ildə yaradılmış və bu günə qədər də fəaliyyət göstərir. Kollektivin adı söz oyunudur, onun fransız incəsənətində "new-wave" stilinə (daha dəqiq desək, fransız kinosunun "yeni dalğa"sına münasibətini) münasibətini əks etdirir. Qrupun mahnıları — məşhur pank-rokların, postpank və new-wave kompozisiyalarının bossa-nova stilində kaver-versiyasıdır.
Özlərinin birinci albomu sayılan "Nouvelle Vague"-da qrup köhnə new-wave erasına məxsus mahnıları bossa-nova stilində ifa etmişdir. Mahnıların akustik əsası üçün rəqs ritmləri əlavə olunmuş, vokalistlər qismində isə müxtəlif ölkələrdən müğənnilər dəvət olunmuşdu ( 6 fransız qız,1 braziliyalı və 1 amerikalı qız). Depeche Mode, XTC, Modern English, Joy Division, The Undertones və digər kollektivlərin mahnılarının kaver versiyaları bu cür şəkildə yazılmışdır. Nouvelle Vague qrupunun müğənniləri ancaq özlərinin eşitmədiyi mahnıların orijinal versiyalarını ifa edirlər. Bununla müğənnilər səslənmənin təzəliyinə çalışırlar.
Qrupun ikinci albomu Bande a Parta Buzzcocks, Never Order, Echo qurplarının kompozisiyaları daxildir.
Hal-hazırda qrup ilə əməkdaşlıq edən müğənnilər( Marina Celeste, Phoebe Killldeer, Melanie Pain və Camille Dalmais) solo proektləri ilə məşhurlaşmışdılar. Onlar müasir fransız musiqisində yeni cərəyan — "Renouveau de la chanson française"i ("fransız şansonunun yenilənməsi") yaratmışdılar.
Diskoqrafiya
redaktə- Nouvelle Vague (2004)
- Bande à Part (2006)
- Comming home (2007)
- New Wave (2007)
- Aula Magna (2007)
- Late Night Tales (2007)
- Hollywood, Mon Amour (2008)
- Live Au Caprices Festival (2008)
- 3 (2009)
- Acoustic (2009)
- Best Of (2010)
- Couleurs sur Paris (2010)
- The Singers (2011)