Nehrem - Wikipedia
Nehrəm — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbə inzibati ərazi dairəsində qəsəbə.[1] Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2020-ci il tarixli, 128-VIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kənd inzibati ərazi dairəsi tərkibindəki Nehrəm kəndinə qəsəbə statusu verilmiş, Nehrəm kənd inzibati ərazi dairəsi Nehrəm qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir.[2]
Nehrəm | |
---|---|
39°06′44″ şm. e. 45°27′40″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Toponimikası
redaktəTarixi
redaktəQədim tarixə malik olan qəsəbə yazılı mənbələrdə bəzən Nehrəm, Nehrem və ya Nehram kimi göstərilmişdir. Maarif xadimi Kərim bəy İsmayılov "Сборник материалов для описания местностей и племен Кавказа" toplusunda dərc olunmuş yazısında Nehrəmin ərazisi, coğrafi şəraiti, iqlimi, fauna və florası, adının etimologiyası, tikililəri, suvarma sistemi, əhalisinin məşğuliyyəti, adət-ənənələri, dini ayinləri, bayramları və s. haqqında məlumat vermişdir.
Tarixi abidələri
redaktəNehrəm qəsəbəsində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:
İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
---|---|---|---|---|---|
1830 | İmamzadə[4] | X-XVII əsrlər | Nehrəm qəsəbəsi | Arxeoloji | Ölkə |
1831 | Nehrəm yaşayış yeri[5] | V-XVII əsrlər | Nehrəm qəsəbəsi | Arxeoloji | Ölkə |
1877 | İmamzadə (Pir)[6] | Qeyd olunmayıb | Nehrəm qəsəbəsi | Arxeoloji | Ölkə |
5308 | Çaylaq məscidi[7] | XIX əsr | Nehrəm qəsəbəsi | Memarlıq | Yerli |
5309 | Xəndək məscidi[8] | XIX əsr | Nehrəm qəsəbəsi | Memarlıq | Yerli |
5310 | Güllü məscidi[9] | XIX əsr | Nehrəm qəsəbəsi | Memarlıq | Yerli |
5311 | Hasar məscidi[10] | XIX əsr | Nehrəm qəsəbəsi | Memarlıq | Yerli |
5312 | Hamam[11] | XIX əsr | Nehrəm qəsəbəsi | Memarlıq | Yerli |
5313 | Hamam[12] | XIX əsr | Nehrəm qəsəbəsi | Memarlıq | Yerli |
5314 | Məscid[13] | XVIII əsr | Nehrəm qəsəbəsi | Memarlıq | Yerli |
5711 | C.Məmmədquluzadənin xatirə muzeyi[14] | Qeyd olunmayıb | Nehrəm qəsəbəsi | Monumental və xatirə | Yerli |
6066 | Qoç heykəli[15] | Orta əsrlər | Nehrəm qəsəbəsi | Arxeoloji | Yerli |
Coğrafiyası və iqlimi
redaktəNehrəm Naxçıvan MR-in ən böyük yaşayış məskənlərindən biridir. Qəsəbə Araz çayının sol sahilində yerləşir.
Əhalisi
redaktəİl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[16] | 11583 | 5785 | 5798 |
2009[17] | ↗13752 | ↗6858 | ↗6894 |
Tanınmış şəxsləri
redaktə- Heydər Vəzirov — Azərbaycan SSR Xalq Torpaq Komissarı və Göyçay Qəza İcraiyyə Komitəsinin sədri. Repressiya qurbanı.
- Münəvvər Məmmədquluzadə
- İbrahim İbrahimov (iş adamı)
- Səfər Mehdiyev — AR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki[18]
- Əsgər Abdullayev — AR DGK sədrinin müavini, gömrük xidməti general-leytenantı.[19]
- Əşrəf Qasımov — General-mayor
- Qulu Novruzov — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi.
- Həbib Rzayev — ədliyyə general-mayoru.
- Qambay Vəzirov — general-mayor.
- Süleyman İsmayılov — 1-ci dərəcəli dövlət müşaviri.
- Əli Əlirzayev — millət vəkili.
- Nazim İbrahimov — AR Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri.
- Elçin İbrahimov (türkoloq) - alim — Azərbaycan Milli Elmlər Akademiyası, şöbəsinin müdiri.
- Bünyamin Qəmbərli - Keçmiş Millət Vəkili, Siyasətçi
- Əli Səbri Qasımov - (1892-1983), Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu, pedaqoq, yazıçı, jurnalist, tərcüməçi.
- Əli Nuriyev – Azərbaycan alimi, kimya elmləri doktoru (1972), AMEA-nın müxbir üzvü (2007).
- İsmayıl Məmmədov — Azərbaycan sovet cərrahı, Azərbaycanda tibb təhsili və səhiyyəsində xidmətləri olan , Azərbaycan Respublikasının "əməkdar elm xadimi" (2000), Azərb. SSR Tibb institutunun ümumi cərrahiyə kafedrasının professoru Azərb, SSR səhiyyə nazirliyinin 4-cü xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri(1974), Tibb institutunun elmi işlər üzrə prorektoru (1975)
- Vəli Əliyev — əməkdar həkim
- Abbas Rzayev (alim) — texnika üzrə elmlər doktoru, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun baş elmi işçisi
İqtisadiyyatı
redaktəƏhali taxılçılıq, üzümçülük, heyvandarlıq, bostançılıq və tərəvəzçiliklə məşğuldur.
C.Məmmədquluzadə yerli əkinçilərin əməyini yüngülləşdirmək məqsədilə 1893-cu ildə Tiflisdəki "Ekker" firmasından kəndə ilk dəmir kotan gətirməyə nail olmuşdur.
2014-cü ildə otuz bir min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad-Babək-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılmışdır.[20]
4.3 km məsafədən qəsəbəyə içməli su kəməri çəkilmişdir. Yaxınlığında gəc sexləri var.
Mədəniyyəti
redaktəNehrəm qəsəbəsində dörd kitabxana, klub, mədəniyyət evi, poçt, rabitə şöbəsi var.
C.Məmmədquluzadə "Kişmiş oyunu" (1892), "Danabaş kəndinin əhvalatları" (1894), "Danabaş kəndinin məktəbi" (1896) əsərlərini burda yazmış, mahalda ilk dəfə olaraq qızları təhsilə cəlb etmiş və məktəb-tarix diyarşünaslıq muzeyi yaratmışdır. O, 1896-cı ildə bu kənddən olan Həlimə Nağı qızı ilə ailə həyatı qurmuşdur. Bu nikahdan yazıçının birinci övladı Münəvvər Məmmədquluzadə dünyaya gəlmişdir.
Təhsil
redaktəQəsəbədə Nehrəm qəsəbə 1 nömrəli, 2 nömrəli və 3 nömrəli tam orta məktəblər fəaliyyət göstərir.[21]
1885-ci ildə Nehrəmdə ilk dünyəvi məktəb açılmışdir. Cəlil Məmmədquluzadə yeddi ildən çox (15 yanvar 1890 – 10 iyul 1897) Nehrəm məktəbində müəllim və nəzarətçi işləmişdir.
Nehrəm qəsəbəsində üç orta, bir əsas, bir texniki peşə məktəbi,bir musiqi məktəbi və bir uşaq bağçası fəaliyyət göstərir.
Din
redaktəQəsəbədə Nehrəm qəsəbə Birinci Hüseyniyyə məscidi, 1892-ci ildə inşa edilmiş Nehrəm qəsəbə Cümə məscidi, 1894-cü ildə inşa edilmiş Nehrəm qəsəbə Güllü məscidi, 1994-cü ildə inşa edilmiş Nehrəm qəsəbə İkinci Hüseyniyyə məscidi yerləşir.[22]
Səhiyyə
redaktəQəsəbədə qəsəbə sahə xəstəxanası, doğum evi fəaliyyət göstərir.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 106" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-15.
- ↑ "Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2020-ci il tarixli, 128-VIQ saylı Qərarı". 2022-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-16.
- ↑ Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Bakı: Şərq-Qərb. 2007. səh. XXXX.
- ↑ "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 58" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-20.

- ↑ "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 134" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-20.

- ↑ "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 146" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-20.
- ↑ "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 155" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-20.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 37.
- ↑ "Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 37". 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-16.
- ↑ "Arxivlənmiş surət". 2021-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-04.
- ↑ "Arxivlənmiş surət". 2022-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-04.
- ↑ "Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkərabad - Babək qəsəbə - Nehrəm - Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (az.). president.az. 27 avqust 2014, 18:15. 2021-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-10.
- ↑ "Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi. Babək rayon Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəbləri haqqında MƏLUMAT (tehsil.nmr.az)". 2022-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-21.
- ↑ "Seyyid Əliəsgər Behburlu (tərtibçi). Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi. Bakı: Beynəlxalq Əlhuda Nəşriyyatı, 2001, səh. 215-216" (PDF). 2019-08-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-29.