Nehrem Yasayis Yeri - Wikipedia
Nehrəm_yaşayış_yeri - Haqqında Məlumat
Nehrəm yaşayış yeri — Babək rayonunun eyniadlı kəndində orta əsrlərə aid yaşayış yeri.
Nehrəm | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Babək |
Yerləşir | Babək kəndi |
Tikilmə tarixi | 5-18-ci əsrlər |
Üslubu | arxeoloji abidə |
Kateqoriya | Yaşayış yeri |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
Ümumi məlumat
redaktə1967-ci ildə qeydə alınmışdır. Sahəsi hektardır. Yaşayış yerinin üzərinə xeyli maddi mədəniyyət qalıqları səpələnmişdir. Tikinti qalıqları tamamilə dağıdılmışdır. Mədəni təbəqə çürüntülü torpaq qarışıq gildən ibarətdir. Axtarışlar nəticəsində saxsı qab, çiy və bişmiş kərpic hissələri, orta əsrlərə xas olan müxtəlif üsullarla naxışlanmış əsasən qırmızı,həmçinin boz rəngli keramika məmulatı (küpə, kasa, çıraq, cam və s.) əldə olunmuşdur. Tapıntılara əsasən, abidə 5-18-ci əsrlərə aid edilir.[1]
İstinadlar
redaktə- ↑ Naxçıvan ensiklopediyası. II cilddə. II cild. Naxçıvan.2005.