Naxcivanda Tu 134 Teyyaresinin Qezasi - Wikipedia
Naxçıvanda Tu-134 təyyarəsinin qəzası — 5 dekabr 1995-ci ildə "AZAL"a məxsus Naxçıvan–Bakı reysi ilə hərəkət edən Tu-134B tipli sərnişin təyyarəsinin qəzası. Qəza Azərbaycan aviasiya tarixində baş verən ən ağır təyyarə qəzası hesab olunur.
Naxçıvanda Tu-134 təyyarəsinin qəzası | |
---|---|
Ümumi məlumatlar | |
Tarix |
|
Yer | |
Ölkə | |
Sərnişin sayı | 82 |
Komanda | 4 |
Yaralı sayı | 30 |
Ölü sayı | 52 |
Təyyarə | |
Təyyarə modeli | "Tu-134" |
Havayolu şirkəti | |
Qalxma yeri | Naxçıvan Beynəlxalq Hava Limanı |
İstiqamət | Heydər Əliyev adına Beynəlxalq Hava Limanı |
Uçuş nömrəsi | A-56 |
Qeydiyyat nömrəsi | 4K-65703 |
Hadisə
redaktə1995-ci il dekabrın 5-də "Azərbaycan Hava Yolları"na məxsus göyərtəsində 76 sərnişin və 6 heyət üzvünün olduğu 56 saylı "Naxçıvan-Bakı" reysini yerinə yetirərkən Tu-134B tipli sərnişin təyyarəsi havaya qalxdıqdan bir qədər sonra, saat 18:00 radələrində qəzaya uğrayıb.[1]
Havaya qalxdıqdan sonra təyyarə 60 metr hündürlükdə və saatda 317 km sürətlə hərəkət edərkən mühərriklərdən birində nasazlıq qeydə alınır. Sol mühərrikin sıradan çıxmasına baxmayaraq, göyərtə mühəndisi səhvən sağ mühərriki söndürür. Pilotlar vəziyyəti idarə etmək üçün 197 metr hündürlükdə qəza enişi qərarı verirlər. Bu zaman təyyarənin sürəti saatda 290 km-ə enir və yaşayış binalarına yaxınlaşır. Pilotlar təhlükənin qarşısını almaq üçün təyyarəni 37 dərəcə bucaqla sağ tərəfdəki açıq əraziyə yönəltməyə çalışırlar.[1]
Lakin onların bu cəhdi qəzadan xilas olmağa kifayət etmir və Naxçıvan şəhəri Xətai məhəlləsindəki (Sovetabad) şumlanmış sahəyə düşən təyyarə yüksəkgərginlikli elektrik xətlərinə toxunaraq alışır. Qəza nəticəsində göyərtədə olan 82 nəfərdən 4-ü heyət üzvü olmaqla, 52 nəfər həlak olur.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 "Azərbaycanda baş verən ən ağır təyyarə qəzasından 29 il ötür". Report İnformasiya Agentliyi (az.). 2024-12-05. İstifadə tarixi: 2024-12-05.