Naxcivan Rayonu - Wikipedia
Bu məqalə Babək rayonu haqqındadır. Şəhər üçün üçün Babək (şəhər) səhifəsinə baxın. |
Babək rayonu — Naxçıvan MR-da rayon. Arazboyu düzənlikdədir. 23 oktyabr 1978-ci ildə Heydər Əliyevin qərarı ilə rayon kimi təşkil olunmuş, XI əsrdə Azərbaycanda ərəb xilafətinə qarşı xalq hərəkatına başçılıq etmiş görkəmli sərkərdə Babəkin şərəfinə belə adlandırılmışdır. Şimal-qərbdə Ermənistan, cənubda İran, eləcə də Naxçıvan MR-in Kəngərli, Şahbuz, Culfa rayonları ilə həmsərhəddir. Ərazisi 760 kvadrat kilometr, əhalisi 76.5 min nəfərdir (1. yanvar 2021). Mərkəzi Babək şəhəridir. Rayonun ərazisi 0,92 min km²., əhalisi 65040 nəfərdir. Rayonda bir şəhər, 2 qəsəbə, 33 kənd vardır. Rayon ərazisi Zəngəzur, Dərələyəz dağ silsilələrinin təpələri, Naxçıvan və Gülüstan düzənliklərindən ibarətdir.[2]
Rayon | |
Babək rayonu | |
---|---|
Нахичеванский район | |
39°09′ şm. e. 45°24′ ş. u.HGYO |
|
Ölkə | |
Daxildir | Naxçıvan |
İnzibati mərkəz | Babək |
İcra başçısı | Rasim Hüseynov[d] |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 23 oktyabr 1978 |
Sahəsi |
|
Hündürlük | 986 m |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AZ-BAB |
Poçt indeksi | 6700 |
Avtomobil nömrəsi | 67 |
Rəsmi sayt Rəsmi sayt |
|
Vikianbarda əlaqəli mediafayllar |
Əsas zirvələri: Keçəl təpə (2744 m), Qaraquş (2617 m), Buzqov (2475 m), Anabadgədik (2081 m), Nəhəcir (1807 m)
Əsas su hövzələri: Çaylar: Araz (1072 km), Cəhriçay (45 km), Sirabçay (11 km), Qahabçay (21 km). Su anbarları: Araz, Uzunoba, Güznüt, Sirab su anbarları.
Tarixi
redaktəBabək rayonu 1978-ci ildə təşkil olunmuşdur. Rayon mərkəzi Naxçıvan şəhərindən 10 km cənub-şərq istiqamətində yerləşən Təzəkəndə köçürülür və buraya Babək qəsəbəsi adı verilir. 2020-ci ildən Babək şəhər statusunu alıb.
Babək rayonunun ərazisi tarixi arxeoloji abidələrlə zəngindir. Buranın təbii coğrafi mövqeyi rayonda əkinçi-maldar tayfaların qədim dövrlərdən məskunlaşmasına və uzun müddət yaşamasına şərait yaratmışdır. I Kültəpə və II Kültəpə kimi dünya miqyaslı abidələr Babək rayonu ərazisindədir.
Rayon mərkəzindən 4 km cənub-qərbdə Araz çayı sahilində hərbi istehkam tipli Abbasabad qalası mövcud olmuş, qala 1809–1810-cu illərdə fransız hərbi mütəxəssislərinin layihəsi əsasında tikilmiş, beşbucaq şəklində olan qala bücləri müdafiə xarakteri daşımışdır. Qala su arxı ilə əhatə olunmuş, dəfələrlə döyüş meydanına çevrilmişdir. Araz su anbarı tikilən zaman qalanın qalıqları su altında qalmışdır.[3]
Bundan başqa rayon ərazisində elmi əhəmiyyətə malik eneolit, tunc, dəmir dövrlərinə və antik dövrə aid arxeoloji abidələr, Qədim Duzdağ mədəni, orta əsrlərə aid yaşayış yerləri, nekropollar, maddi mədəniyyət qalıqları və onlarla digər arxeoloji, tarixi, memarlıq abidəsi, zəngin materiallar aşkara çıxarılmış və tədqiq edilmişdir. Son illər rayonun Çeşməbasar kəndində "Heydər" məscidi, Qahab, Zeynəddin, Sirab kəndlərində, Nehrəm, Cəhri qəsəbələrində və Babək şəhərində memarlıq baxımından gözəl məscidlər inşa edilmişdir.
Rayonun mərkəzində Babəkin heykəli, Şəhidlərin abidə kompleksi, Nehrəmdə şəhidlər abidə kompleksi, Çeşməbasarda Şəhid bulağı, Tumbulda İkinci Dünya müharibəsi iştirakçılarının xatirə abidəsi ucaldılmışdır.[4]
Coğrafiyası
redaktəRelyefi
redaktəRayonıın relyefi şimalda və şərqdə, qismən dağlıq ərazilərdən ibarətdir. Belə ki, şimal hissə Duzdağ (Anabad Gədik d., 2081 m) və Dərələyəz silsilələrindən (Buzqov d., 2475 m), Qızılboğaz dağlarından (Qızılboğaz d.,1179 m) ibarətdir. Şərq hissə Zəngəzur silsiləsindən ayrılan qol və tirələrdən (Nəhəcir d., 1807 m) ibarətdir. Cənub ərazidə Gülüstan düzü (Noxuddağ, 1677 m) yerləşir. Rayonun qərb hissəsini Naxçıvan düzənliyi təşkil edir. Mərkəzi hissə, cənub və cənub-qərb ərazilərdə maili düzənliklər yayılmışdır. Bunlar Naxçıvan düzü, Böyükdüz və Gülüstan düzləridir.
Geoloji quruluşu
redaktəDüzənliklərdə antropogen, dağlıq yerlərdə, əsasən, ncogen süxurları yayılmışdır.
Çayları və su hövzələri
redaktəƏsas çayları Araz, Cəhriçay, Sirabçay, Qahabçay çaylarıdır. Cəhri çayının mənbəyi Dərələyəz silsiləsində (2320 m) yerləşir. Sirab, Qahab və Naxçıvançayın sol qollarıdır. Bu çaylar, əsasən, yağış və qrunt suları ilə qidalanır. Mineral bulaqlarla (Sirab, Vayxır, Qahab) zəngindir.
Landşaftları və bioloji müxtəlifliyi
redaktəBoz və çəmən-boz, şimal ərazilərdə dağ-şabalıdı torpaqlar yayılmışdır. İqlimi cənub ərazilərdə yayı quraq keçən soyuq yarımsəhra və quru-çöl, şimal ərazilərdə isə yayı quraq keçən soyuqdur. Ərazidə yay isti, qış isə soyuq keçir. Burada bitkiliyin səhra, yarımsəhra, dağ-kserofit, dağ-bozqır, kolluq, çala-çəmən və subasar-çəmən, su-bataqlıq, petrofil (qaya-töküntü) tipləri inkişaf etmişdir. Ərazi florasında İran qulançarı, İsayev şiyavı, Qaryagin şiyavı, suyabatmış buynuzyarpaq, alabəzək allaxruza, pont yemişanı, çoxbölümlü biberşteyniya, çılpaq dorema, yumurtavari ilankölgəsi və s. nadir və endemik bitkilər yayılmışdır. Rayonun faunası üçün xarakterik olan heyvanlara İran bəbiri, Avrasiya vaşaqı, çöl pişiyi, canavar, çaqqal, tülkü, porsuq, daşlıq dələsi, bezoar keçisi, Asiya muflonu, qaban, boz dovşan, ağdöş kirpi, hind tirəndazı, qonur palazqulaq, toğlugötürən, bataqlıq bayquşu, adi sığırçın, səhra zəvzəyi, kəklik, dovdaq, böyük və kiçik qayalıq sittası, bəzgək, dağ kətanquşu, təlxə, suilanı, qara və sarı əqrəblər, bövlərdən, orta dağlıq ərazilərdə Araz su qovşağının su anbarında çoxlu balıq növləri və s. daxildir.
Geoloji təbiət abidələri
redaktəQahab kəndi yaxınlığında Qaçaq Ağababa mağarası, Qazan yaylağının qərb ətəklərində Salaxana karst mağarası mövcuddur. Salaxana mağarasında 1000 baş qoyun saxlamaq mümkündür.
Nehrəm qəsəbəsi yaxınlığında, qəsəbə dərəsindən 1230 m yüksəklikdə, ümumi sahəsi 180 m² olan Nehrəm mağarası ("Kənd dərəsinin kühulu"), Sirab kəndi yaxınlığında Daşqala dağının cənub yamaclarında dəniz səviyyəsindən 1480 m yüksəklikdə, ümumi sahəsi 350 m² olan Daşqala mağarası var. Daşqala mağarası dolomitşəkilli əhəng daşından əmələ gəlmişdir.
Ərazidə kəhrizlər geniş yayılmışdır. Burada 80-ə yaxın kəhriz mövcuddur. Kəhriz qrunt sularını toplamaq və yer səthinə çıxarmaq üçün maili lağımdan ibarət yeraltı hidrotexniki sistemdir.
Naxçıvanda yayılmış əfsanəyə görə Nuh peyğəmbərin gəmisi Gilançayın yuxarı axarındakı Gəmiqayada lövbər salmışdır. Rəvayətə görə gəminin qalıqları indi də burada, Ayı çuxuru adlanan yerdədir. Digər rəvayətə görə Nuhun və arvadının qəbri buradadır. "Nuhdaban" adlı qədim kəndin xarabalığı, Nəhəcir ("Nuhəcir") dağı və kəndi vardır.
Arxeoloji abidaləri
redaktəYuxarı Uzunoba kəndində tunc dövrünə aid Kültəpə abidəsi, Naxçıvan şəhəri yaxınlığında, Qızılburun nekropolu yaxınlığında orta əsrlərə aid Qızılvəng monastırı, Naxçıvan şəhəri yaxınlığında tunc dövrünə aid Çalxanqala qalası, Qaraqala kəndi yaxınlığında tunc və erkən dəmir dövrlərinə aid Qaraqala yaşayış yeri, orta əsrlərə aid Qaraqala nekropolu, Buzqov kəndi yaxınlığında m.ə. II minilliyə aid Buzqov nekropolu, Vayxır kəndi yaxınlığında e.ə. II minilliyə aid Vayxır nekropolu, Gavurqala yerləşir.
Tarixi-mədəni abidələri
redaktəNehrəm qəsəbəsində türbə, məscid, təkyə və s. yardımçı binalardan ibarət böyük kompleks — Nehrəm imamzadəsi yerləşir. Rəvayətə görə burada şiələrin yeddinci imamı Musa əl-Kazımın oğlu Seyid Əqil dəfn olunmuşdur. Cəhri qəsəbəsi yaxınlığında İşıqlar yaşayış yeri (III–XVIII əsrlər), Naxçıvan şəhəri yaxınlığında, Araz sahilində hərbi istehkam tipli Abbasabad qalası, Şıxmahmud kəndi yaxınlığında antik dövrə aid Şıxmahmud nekropolu mövcuddur.
İqtisadiyyatı
redaktəBabək rayonunda elektrik şəbəkəsi, yol təmir-istismar sahəsi, rabitə idarəsi kimi dövlət müəssisələri, sutkada 25 min kərpic (tuğla) istehsal gücünə malik Kərpic zavodu, Sirab mineral sular zavodu, Üzlük plitələr zavodu, Şərab-2 Üzüm Emalı Səhmdar Cəmiyyəti, Qoşadizə, Hacıvar və Cəhri dəyirmanları fəaliyyət göstərir. Dəyirmanlar şəxsi müəssisələrdir. Bundan başqa rayonda şəxsi qənd sexi, gəc sexləri, çörək sexi, mineral su sexləri fəaliyyət göstərir. Babək rayonunun iqtisadiyyatında emal və sənaye müəssisələri, xörək duzu, mineral su və tikinti materialları istehsalı, taxılçılıq, üzümçülük, meyvəçilik, bostançılıq, tərəvəzçilik, şəkər çuğunduru mühüm yer tutur. Burada özəl müəssisələr yaradılmışdır. Aqrar islahatlar həyata keçirilmiş, 10326,6 hektar torpaq sahəsi rayon əhalisinə paylanaraq əhali torpaq payları ilə təmin olunmuşdur. Rayonun əsas təsərrüfat fəaliyyətini kənd təsərrüfatı təşkil edir.[5]
Yerli media
redaktəRayonda Babək rayon İcra Hakimiyyətinin orqanı olan "Şərqin səhəri" qəzeti 1979-cu ildən nəşr olunur. Azərbaycan Respublikasının rəsmi qəzetləri olan "Azərbaycan", "Xalq qəzeti", "Respublika", "Yeni Azərbaycan" qəzetləri və digər gündəlik dövri orqanlar, "İki sahil", "Eksperss", "Zaman" və sair qəzetlər, Naxçıvan Muxtar Respublikasında nəşr olunan "Şərq qapısı" qəzeti abunəçilərə çatdırılır və yayılır.
Bundan əlavə, rayon ərazisində AzTV, Lider TV, Space TV televiziya kanalları və radioları, Kanal-35 televiziyası, "Naxçıvanın səsi" radiosu, Türkiyə Respublikasının TRT 1 kanalı və "TRT-FM" radiosu, Rusiyanın ORT kanalı yayımlanır.
Tanınmış şəxsləri
redaktə- Fəttah Heydərov — Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin regional məsələlər komitəsinin sədr müavini.
- Kəmaləddin Heydərov — Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik, Azərbaycan Taekvondo və Boks federasiyalarının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidenti, Azərbaycan bəstəkarı.
- Tale Heydərov — "Avropa-Azərbaycan Cəmiyyəti"nin sədri, Qəbələ futbol klubunun prezidenti.
- Abbasov Qurban Abbasqulu oğlu (26. oktyabr 1926, Babək rayonunun Payız kəndi – 14. sentyabr 1994, Bakı) – neftçi, mühəndis, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Respublikasının əməkdar mühəndisi, SSRİ-nin fəxri neftçisi, SSRİ və Azərbaycan Respublikası Dövlət mükafatları laureatı.
- Allahyarov Kamil Hüseyn oğlu (22. sentyabr 1950, Babək rayonunun Uzunoba kəndi) – ədəbiyyatşünas, filologiya elmləri doktoru.
- Babayev Abdulla Murtuz oğlu (1. aprel 1924, Babək rayonunun Tumbul kəndi) – xanəndə, Azərbaycan Respublikasının xalq artisti, "Şöhrət" ordeni ilə təltif edilmişdir.
- Əkbərov Qəzənfər Qulam oğlu (1917, Babək rayonunun Cəhri kəndi – 3. avqust 1944, Belorusiya, Volojin şəhəri) – Sovet İttifaqı qəhrəmanı (ölümündən sonra, 26. oktyabr 1944). Qırmızı Ulduz ordeni ilə təltif edilmişdir.
- Əliyev Əli Nağı oğlu (1932, Babək rayonunun Nehrəm kəndi – 22. may 1995, Nehrəm kəndi) –SSRİ Ali Sovetinin deputatı, əmək qabaqcılı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Respublikası Dövlət mükafatı laureatı, iki dəfə Lenin ordeni və "Oktyabr inqilabı" ordeni ilə təltif edilib.
- Əsgərova Roza Qasım qızı (15. avqust 1929, Babək rayonunun Qahab kəndi) – botanik, biologiya elmləri doktoru, "Azərbaycanın Qırmızı kitabı"nın müəlliflərindən biri.
- Hacıyev Hümmət Ələkbər oğlu (10. oktyabr 1935, Babək rayonunun Nehrəm kəndi) – neftçi-geoloq, Geologiya-minerologiya elmləri namizədi, Azərbaycan Respublikasının əməkdar geoloqu, 30-a qədər elmi məqalənin, 3 ixtiranın müəllifidir.
- Həmzəyeva Zəroş Mirzəbağır qızı (22. mart 1925, Babək rayonunun Nehrəm kəndi – 2004, Bakı) – Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olunub.
- Hümbətov Həsən Həşim oğlu (20. may 1937, Babək rayonunun Uzunoba kəndi) – Texniki elmlər doktoru, Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının əməkdar neft və qaz sənayesi işçisi. Azərbaycan Respublikasının "Şöhrət" ordeni ilə təltif olunub.
- Kəlbəliyev Qüdrət İsfəndiyar oğlu (13. noyabr 1946, Babək rayonunun Şəkərabad kəndi) – Kimya elmləri doktoru, professor. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü.
- Qasımov Həsən Allahyar oğlu (14. yanvar 1940, Babək rayonunun Qaraçuq kəndi) – İqtisad elmləri doktoru, professor.
- Qasımov Nemət Abbasəli oğlu (27. yanvar 1940, Babək rayonunun Didivar kəndi) – Biologiya elmləri doktoru, professor, ABŞ-nin İllinoys Elmlər Akademiyasının həqiqi üzvüdür. "XX əsrin 2000 görkəmli adamı"nın diplomu və gümüş medalı, ABŞ-nin Bioqrafiya Mərkəzinin "Qızıl Ulduz" mükafatları ilə təltif olunmuşdur.
- Quliyev Abbas Şahbaz oğlu (15. sentyabr 1916, Babək rayonunun Şəkərabad kəndi – 30. dekabr 1998, Naxçıvan şəhəri) – Sovet İttifaqı Qəhrəmanı, qvardiya kapitanı, İkinci dünya müharibəsi iştirakçısı, Qırmızı bayraq, Aleksandr Nevski, I dərəcəli "Vətən müharibəsi" ordeni və medallarla təltif edilmişdir.
- Quliyev Kamran Məmmədqulu oğlu (9. sentyabr 1958, Babək rayonunun Zeynəddin kəndi) – Azərbaycan Respublikasının xalq artisti.
- Mehdiyev Əqil Səftər oğlu (20. iyul 1920, Babək rayonunun Nehrəm kəndi) – səhiyyə əlaçısı, Naxçıvan MR və Azərbaycan Respublikasının əməkdar həkimi. Naxçıvan MR Absaqqalar şurasının sədri, "İstiqlal", "Şöhrət" ordenləri və medallarla təltif olunub
- Rzayev Həbib Allahverdi oğlu (26. dekabr 1923, Babək rayonunun Nehrəm kəndi – 12. avqust 1997, Bakı) – Ədliyyə General-mayoru, İkinci dünya müharibəsi iştirakçısı, Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsində çalışmış, orden və medallarla təltif edilmişdir.
- Seyidov Mirəsgər Mirabdulla oğlu (6. fevral 1970, Babək rayonunun Qaraxanbəyli kəndi – 17. may 1992, Yuxarı Buzqov) – Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra).
- Səfərli İslam Əhməd oğlu (12. fevral 1923, Babək rayonunun Şəkərabad kəndi – 6. noyabr 1974, Bakı) – şair, dramaturq, əməkdar İncəsənət xadimi, İkinci dünya müharibəsinin iştirakçısı.
- Qafar Qərib — 1973 Babək rayonunun Güznüt kəndi. Şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Prezident təqaüdçüsü.
- Abbasəli İsmayılov — Vətən müharibəsi şəhidi
Ermənistanın işğalı nəticəsində dağıdılmış abidələr
redaktəErmənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar erməni işğalçılarının 1990–1991-ci illərdə Babək rayonunun Yuxarı Buzqov və Gərməçataq kəndlərinə hücumu zamanı burada olan mədəniyyət müəssisələrinə xeyli ziyan dəymiş, onların binaları uçmuş, kitabxana fondları dağıdılmış və yanmışdır.
Yuxarı Buzqovda kitabxana binası, Aşağı Buzqovda mədəniyyət evi, Gərməçataq kəndində klub və kitabxana binaları dağıdılmışdır.
Bununla yanaşı həmin kəndlərdə əhaliyə məxsus yaşayış evləri və ictimai binalar yandırılmış və top mərmiləri ilə dağıdılmışdır.
Əhalisi
redaktəƏhalisi əkinçilik, maldarlıq, metalişləmə, dulusçuluq ilə məşğul olmuşdur. Əhalisi haqqında daha geniş statistik məlumat
Əhalinin ümumi sayı | 65040 |
Şəhər əhalisinin sayı, [%] | 4.5849 |
Kənd əhalisinin sayı, [%] | 95.4151 |
Əhalinin orta sıxlığı | 72.132020 |
Əhalinin cins qrupları üzrə sayı: (kişilər), [%] | 46.5867 |
Əhalinin cins qrupları üzrə sayı: (qadınlar), [%] | 53.4133 |
Əhalinin yaş qrupları üzrə sayı: (uşaqlar), [%] | 27.2909 |
Əhalinin yaş qrupları üzrə sayı: (18 yaşa qədər), [%] | 4.9354 |
Əhalinin yaş qrupları üzrə sayı: (18-dən 55–60-a), [%] | 54.7048 |
Əhalinin yaş qrupları üzrə sayı: (təqaüdçülər), [%] | 6.5575 |
Ali təhsilli əhalinin sayı, [%] | 4.9508 |
Orta təhsilli əhalinin sayı, [%] | 49.7448 |
Məskunlaşmış qaçqınların sayı | 255 |
Məskunlaşmış məcburi köçkünlərin sayı | 20 |
Ərazisi
redaktəƏrazisi haqqında daha geniş məlumat
Ümumi ərazi, [kv.km] | 901.68[6] |
Məhsuldar torpaqların ümumi sahəsi, [kv.km] | 114.10 |
Kənd təsərrüfatına yararsız torpaqların sahəsi, [kv.km] | 583.60 |
Heyvandarlıq üçün otlaqların sahəsi, [kv.km] | 157.70 |
Əkilmiş torpaqların ümumi sahəsi, [kv.km] | 111.51 |
Meyvə bağlarının ümumi sahəsi, [kv.km] | 21.00 |
Şoran torpaqların ümumi sahəsi, [kv.km] | 92.78 |
# | Bələdiyyələrin adı | Hər bələdiyyə üzrə əhalinin sayı |
---|---|---|
1 | Nehrəm qəsəbə bələdiyyəsi | 12140 |
2 | Cəhri qəsəbə bələdiyyəsi | 8283 |
3 | Babək şəhər bələdiyyəsi | 2965 |
4 | Şıxmahmud kənd bələdiyyəsi | 2795 |
5 | Sirab kənd bələdiyyəsi | 2661 |
6 | Zeynəddin kənd bələdiyyəsi | 2377 |
7 | Qaraçuq kənd bələdiyyəsi | 2638 |
8 | Qahab kənd bələdiyyəsi | 2612 |
9 | Qaraxanbəyli kənd bələdiyyəsi | 2353 |
10 | Kültəpə kənd bələdiyyəsi | 1859 |
11 | Tumbul kənd bələdiyyəsi | 1556 |
12 | Güznüt kənd bələdiyyəsi | 1529 |
13 | Kərimbəyli kənd bələdiyyəsi | 1462 |
14 | Yarımca kənd bələdiyyəsi | 1336 |
15 | Vayxır kənd bələdiyyəsi | 1290 |
16 | Didivar kənd bələdiyyəsi | 1288 |
17 | Qoşadizə kənd bələdiyyəsi | 1283 |
18 | Bulqan kənd bələdiyyəsi | 1127 |
19 | Payız kənd bələdiyyəsi | 1051 |
20 | Nəzərabad kənd bələdiyyəsi | 1036 |
21 | Aşağı Buzqov kənd bələdiyyəsi | 979 |
22 | Şəkərabad kənd bələdiyyəsi | 937 |
23 | Çeşməbasar kənd bələdiyyəsi | 896 |
24 | Məzrə kənd bələdiyyəsi | 825 |
25 | Hacıvar kənd bələdiyyəsi | 704 |
26 | Xəlilli kənd bələdiyyəsi | 615 |
27 | Qaraqala kənd bələdiyyəsi | 555 |
28 | Xalxal kənd bələdiyyəsi | 552 |
29 | Yuxarı Uzunoba kənd bələdiyyəsi | 541 |
30 | Naxışnərgiz kənd bələdiyyəsi | 502 |
31 | Gərməçataq kənd bələdiyyəsi | 498 |
32 | Kalbaoruc Dizə kənd bələdiyyəsi | 494 |
33 | Gülşənabad kənd bələdiyyəsi | 492 |
34 | Məmmədrza Dizə kənd bələdiyyəsi | 487 |
35 | Aşağı Uzunoba kənd bələdiyyəsi | 435 |
36 | Bədəşxan kənd bələdiyyəsi | 274 |
37 | Araz kənd bələdiyyəsi | 243 |
38 | Yuxarı Buzqov kənd bələdiyyəsi | 154 |
39 | Nəcəfəlidizə kənd bələdiyyəsi | 145 |
40 | Cəmi | 63969 |
İstinadlar
redaktə- ↑ https://www.stat.gov.az/source/demoqraphy/ap/az/population_2019.zip.
- ↑ "Arxivlənmiş surət". 2017-10-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-13.
- ↑ Q. Məmmədov, E. Yusifov, M. Xəlilov, V. Kərimov. Azərbaycan Ekotruzim potensialı. Babək rayonu
- ↑ "Arxivlənmiş surət" (PDF). 2016-03-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-02-16.
- ↑ Babək rayonu haqqında ümumi məlumat [ölü keçid]
- ↑ Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası – İnzibati ərazi vahidləri : Babək rayonu [ölü keçid]
Xarici keçidlər
redaktə- Babək rayon İcra Hakimiyyəti Rəsmi sayti
- Babək rayonu
- Naxçıvan şəhərində və Babək rayonunda yeni obyektlər inşa olunur Arxivləşdirilib 2017-06-17 at the Wayback Machine
- Babək şəhərində bazar kompleksi istifadəyə verilib Arxivləşdirilib 2021-03-02 at the Wayback Machine