Narva Doyusu - Wikipedia
Şimal müharibəsi | |||
---|---|---|---|
Tarix | 19.11.1700 | ||
Yeri | Narva | ||
Səbəbi | Baltik dənizi sahillərini ələ keçirmək | ||
Nəticəsi | Rus ordusu İsveçlilərə məğlub oldu. | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Döyüşün gedişi
redaktə1700-cü il avqustun 8-də Osmanlı dövləti ilə 30 il müddətinə Azov və ona bitişik ərazilərdə Rusiyanın hakimiyyətini qəbul edən sülh imzaladıqdan sonra I Pyotr İsveçə məxsus Narva qalasına hücuma keçməyi orduya əmr etdi. Uzun davam edən Şimal müharibəsi başladı ki, Danimarka, Saksoniya, Polşa İsveçə qarşı Rusiya ilə müttəfiq idi. Bu zaman İsveç Avropanın ən qüdrətli dövlətlərindən biri olaraq demək olar ki, bütün Baltik dənizi sahillərini ələ keçirmişdi. İsveç dövlətinin başında Avropadakı hərbi əməliyyatlarda parlaq qələbələr qazanan 18 yaşlı gənc kral XII Karl dayanmışdı. Rus ordusu Narvaya doğru yola çıxdıqdan sonra XII Karl tez bir zamanda Baltik dənizinin cənub sahillərinə qoşun çıxarıb Kopenhagenə hücum edərək Danimarkanısülh bağlamağa məcbur etdi. İsveçlilər hücum edərək saksoniyalıları polyak kralı II Avqust başda olmaqla Riqanın mühasirəsindən əl çəkib qaçmağa məcbur etdilər. Bu qələbələrdən sonra «İsveç şiri» ləqəbli gənc kral 15 minlik qoşunla Estoniya sahillərinə çıxaraq Narvaya doğru hərəkət etdi. Bu zaman 40 minlik rus ordusu şəhəri mühasirədə saxlasa da,uğur qazana bilmədi.[1]
Nəticə
redaktəHərbi sursat və ərzaq çatışmazlığı, payızda yolların keçilməz çətinliyi, rus əsgərləri arasında yayılan aclıq, xəstəlik, soyuq, köhnə və yeni polkların döyüş əməliyyatları aparmaq təcrübəsi və bacarığının yetərsizliyi Narva döyüşünün taleyini İsveçin xeyrinə həll etdi. Noyabrın 18-də Narvaya çatan XII Karl ertəsi gün hücum edib rus polklarını ağır məğlubiyyətə uğratdı. Çoxlu rus əsgəri döyüş meydanında öldürüldü, əsir düşdü və ya Narva çayında boğuldu.
İstinadlar
redaktə- ↑ "Böyük Şimali Müharibə". 2022-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-29.