Narca - Wikipedia
Narca - Haqqında Məlumat
Narca — Qax rayonu ərazisində dağ.
Narca |
---|
Haqqında
redaktəNarca - Qax rayonunun cənubunda Acınohur düzünü şimaldan əhatə edən dağın zirvəsidir. Hündürlüyü 444 metrdir. Narça variantında da qeydə alınmışdır. Tədqiqatçılara görə, oronim nar (bitki adı) sözündən və -ca (burada "yer, məkan" mənasında işlənmişdir) şəkilçisindən ibarət olub "nar kolları bitən yer, narlıq" deməkdir. Lakin bu söz Şərqi Sibir toponimiyasında nerça variantında "bələdçi", Ural toponimiyasında isə nar/ner/nör variantlarında "iti uclu dağ zirvəsi", "təpə, yüksəklik", "çıxıntı, burun" mənalarında işlənməkdədir.[1]
İstinadlar
redaktə- ↑ Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı, 2007