Nanatsu No Taizai - Wikipedia
The Seven Deadly Sins və ya Yaponiyada tanınan adı ilə Nanatsu no Taizai (七つの大罪?, azərb. Yeddi ölümcül günah) – Nakaba Suzuki tərəfindən yazılan və çəkilən manqa seriyası. 2012-ci ilin oktyabrından Kodansha nəşriyyatının "Weekly Shōnen Magazine" jurnalında nəşr olunur və indiyə kimi 36 tankobon cildi buraxılmışdır. Manqa seriyası Orta əsrlər Avropasını xatırladan dünyada krallığa qarşı döyüşən və Yeddi ölümcül günahı təmil edən yeddi döyüşçüdən bəhs edir.
The Seven Deadly Sins | |
Birinci cildin üzlüyü. | |
七つの大罪 (Nanatsu no Taizai) azərb. Yeddi ölümcül günah | |
---|---|
Janr | macəra, fentezi[1] |
Manqa | |
Manqaka | Nakaba Suzuki |
Nəşriyyat | Kodansha |
Tərcüməçi nəşriyyat | |
Jurnal | Weekly Shōnen Magazine |
Demoqrafiya | şonen |
Nəşr tarixi | 10 oktyabr 2012 – hazırda |
Cildlər | 36 (cild siyahısı) |
Manqa | |
Mayoe! The Seven Deadly Sins Academy! | |
Manqaka | Cuyçi Yamaki |
Nəşriyyat | Kodansha |
Jurnal | Bessatsu Shōnen Magazine |
Demoqrafiya | şonen |
Nəşr tarixi | 9 avqust 2014 – 8 oktyabr 2016 |
Cildlər | 4 (cild siyahısı) |
Anime | |
Rejissor | Tensay Okamura |
Ssenarist | Şotaro Suqa |
Bəstəkar | Hiroyuki Savano Takafumi Vada |
Studiya | A-1 Pictures |
Lisenziya | Netflix (yayım hüququ) |
Digər lisenziyalar | |
Kanal | JNN (MBS, TBS) |
Digər kanallar | |
Buraxılış tarixi | 5 oktyabr 2014 – 29 mart 2015 |
Seriyalar | 24 + 2 OVA (seriya siyahısı) |
Manqa | |
The Seven Deadly Sins Production | |
Manqaka | Çiemi Sakamoto |
Nəşriyyat | Kodansha |
Jurnal | Aria |
Demoqrafiya | şoco |
Nəşr tarixi | 28 noyabr 2015 – 28 oktyabr 2017 |
Cildlər | 4 (cild siyahısı) |
Manqa | |
The Seven Deadly Sins: King's Road to Manga | |
Manqaka | Masataka Ono |
Nəşriyyat | Kodansha |
Jurnal | Magazine Special |
Demoqrafiya | şonen |
Nəşr tarixi | 20 fevral 2016 – 1 fevral 2017 |
Cildlər | 3 (cild siyahısı) |
Anime | |
The Seven Deadly Sins: Signs of Holy War | |
Rejissor | Tomokazu Tokoro |
Ssenarist | Nakaba Suzuki Yuniko Ayana Yuyçiro Kido |
Bəstəkar | Hiroyuki Savano Takafumi Vada |
Studiya | A-1 Pictures |
Lisenziya | Netflix (yayım hüququ) |
Kanal | JNN (MBS, TBS) |
Digər kanallar | |
Buraxılış tarixi | 28 avqust 2016 – 18 sentyabr 2016 |
Seriyalar | 4 (seriya siyahısı) |
Manqa | |
The Seven Deadly Sins: Seven Days ~The Thief and the Holy Girl~ | |
Manqaka | Yo Kokukuci |
Nəşriyyat | Kodansha |
Jurnal | Shōnen Magazine Edge |
Demoqrafiya | şonen |
Nəşr tarixi | 17 yanvar 2017 – 17 avqust 2017 |
Cildlər | 2 (cild siyahısı) |
Anime | |
The Seven Deadly Sins: Revival of The Commandments | |
Rejissor | Takeşi Furuta |
Ssenarist | Takao Yoşioka |
Bəstəkar | Hiroyuki Savano Kota Yamamoto Takafumi Vada |
Studiya | A-1 Pictures |
Lisenziya | Netflix (yayım hüququ) |
Kanal | JNN (MBS, TBS) |
Digər kanallar | |
Buraxılış tarixi | 13 yanvar 2018 – 30 iyun 2018 |
Seriyalar | 24 (seriya siyahısı) |
Film | |
Anime | |
The Seven Deadly Sins: Wrath of the Gods | |
Rejissor | Susumu Nişizava |
Ssenarist | Rintaro İkeda |
Bəstəkar | Hiroyuki Savano Kota Yamamoto Takafumi Vada |
Studiya | Studio Deen |
Buraxılış tarixi | oktyabr 2019 – planlaşdırılır |
Manqa seriyası Şimali Amerikada Kodansha USA tərəfindən lisenziyalaşdırılmışdır. Bununla yanaşı, Crunchyroll tərəfindən manqa rəqəmsal olaraq 170-dən çox ölkə üçün yayımlanmışdır. 2018-ci ilə qədər manqa seriyasının 28 milyon nüsxəsi nəşr olunmuşdur. 2014-2015-ci illərdə A-1 Pictures tərəfindən istehsal olunmuş 24 seriyalıq anime serialı adaptasiyası yayımlanmışdır. 2018-ci ildə isə ikinci mövsümü buraxılmışdır. 18 avqust 2018-ci ildə anime filmi adaptasiyası ekranlaşdırılmışdır. 2019-cu ildə Studio Deen tərəfindən istehsal olunacaq 3-cü mövsümü yayımlanmağa başlayacaq.
Netflix anime serialını öz saytında yayımlamaq lisenziyası əldə etmişdir. Funimation isə animeni Şimali Amerika və Avstraliyada buraxmışdır.
Məzmun
redaktəYeddi ölümcül günah Britanniya (ブリタニア, Buritania?) regionunda döyüşən yeddi əfsanəvi cəngavərə verilən addır. Bu qrup Liones krallığını (リオネス王国, Rionesu Ōkoku?) devirməklə ittiham olunduqdan sonra dağılmışdır. Onların güman olunan məğlubiyyəti Müqəddəs cəngavərlər tərəfindən olduğu güman edilsə də, Yeddi ölümcül günahın hələ də sağ olduğu əfsanəsi yaşamağa davam edir. On il sonra Müqəddəs cəngavərlər dövlət çevrilişi edirlər və kralı tuturlar. Krallıqda yeni, tiran hakimiyyət başlayır. Üçüncü şahzadə Elizabet Müqəddəs cəngavərləri tapmaq üçün və onların ona kömək etmələrini təmin etmək üçün səyahətə çıxır.
Media
redaktəManqa
redaktəNakaba Suzuki tərəfindən yazılan və çəkilən manqa seriyasının ilk one-shot pilot fəsli 22 noyabr 2011-ci ildə "Weekly Shōnen Magazine" jurnalının 52-ci sayında nəşr olunmuşdur.[2] İndiyə qədər 35 tankobon cildi buraxılmışdır. Planlaşdırılmış ilk 3 hekayə arkı 100-cü fəsildə tamamlanmış və Suzuki layihənin daha 10 cild davam etməsinə qərar vermişdir.[3] Manqa seriyası Şimali Amerikada Kodansha USA tərəfindən lisenziyalaşdırılmış və ilk cildi 11 mart 2014-cü ildə buraxılmışdır.[4][5] Crunchyroll tərəfindən 170-dən çox ölkədə rəqəmsal olaraq buraxılmışdır.[6][7]
"Weekly Shōnen Magazine" jurnalının 19 oktyabr 2013-cü ildəki xüsusi buraxılışında "The Seven Deadly Sins" ilə "Fairy Tail" manqaları arasında krossover yayımlanmışdır.[8] Əsl krossover fəsli jurnalın 25 dekabr 2013-cü ildə buraxılmış birləşmiş 4/5 buraxılışlarında nəşr olunmuşdur.[9] Suzuki "Nakayoshi" şoco manqa jurnalının 3 oktyabr 2014-cü ildə buraxılmış 2014-cü il noyabr buraxılışı üçün one-shot manqa yazmışdır.[10] O, həmçinin Meliodas ilə Havkın ilk tanışlığından bəhs edən komediya janrlı one-shot hazırlamış və onu "Magazine Special" jurnalının 20 oktyabr 2014-cü ildəki buraxılışında nəşr etdirmişdir.[11] 24 fevral 10 may 2015-ci ilə kimi Suzukinin 2-dən çox spin-off manqası Manga Box tətbiqində yayımlanmışdır. "Naku na, Tomo yo" (泣くな 友よ?, "Ağlama, dostum") manqası Hendrikson və Dreyfusun gənclik illəri haqqındadır. "Gilthunder no Shinjitsu" (ギルサンダーの真実?, "Qiltanderin həqiqəti") manqası isə Vayzel Döyüş Festivalından sonra Qiltanderin başına gələnlərdən bəhs edir.[12] Nakaba Suzukinin 40 səhifəlik orijinal manqası "The Seven Deadly Sins: Prisoners of the Sky" anime filminin ekranlaşdırılması zamanı paylanmışdır.[13]
Spin-off manqa
redaktəCuyçi Yamaki tərəfindən hazırlanan komediya spin-off manqası "Mayoe! The Seven Deadly Sins Academy!" (迷え!七つの大罪学園!, Mayoe! Nanatsu no Taizai Gakuen!?) manqasında personajlar lisey tələbələridirlər. Bu manqa 9 avqust 2014-cü ildən 8 oktyabr 2016-cı ilə kimi "Bessatsu Shōnen" jurnalında nəşr olunmuşdur.[14][15] Dörd tankobon cildi buraxılmışdır. Çiemi Sakamoto tərəfindən hazırlanan digər komediya spin-offu "The Seven Deadly Sins Production" (七つの大罪プロダクション, Nanatsu no Taizai Purodakushon?) manqasında personajlar televiziya verilişi aparan aktyorlardır. Bu manqa 28 noyabr 2015-ci ildən 28 oktyabr 2017-ci ilə kimi "Aria" jurnalında nəşr olunmuşdur. Dörd tankobon cildi buraxılmışdır.[16][17]
"The Seven Deadly Sins: King's Road to Manga" (七つの大罪 キングの漫画道, Nanatsu no Taizai Kingu no Manga Michi?) adlı komediya yonkoması Masataka Ono tərəfindən hazırlanmışdır. Manqa Kinqi manqaka kimi fəaliyyətindən bəhs edir. Manqa 20 fevral 2016-cı ildə "Magazine Special" jurnalında yayımlamağa başlamış, 1 fevral 2017-ci ildə Manga Box tətbiqində buraxılmağa başlamışdır.[18][19] Üç tankobon cildi buraxılmışdır. Mamoru İvasanın "Seven Days" romanının manqa adaptasiyası 17 yanvardan 2017-ci ilin sentyabrına kimi "Shōnen Magazine Edge" jurnalında nəşr olunmuşdur. Manqa Ban və Elaynın tanışlığından bəhs edir. Yo Kokukuci tərəfindən çəkilən və tam adı "The Seven Deadly Sins: Seven Days ~The Thief and the Holy Girl~" (七つの大罪 セブンデイズ~盗賊と聖少女~, Nanatsu no Taizai: Sebun Deizu ~Tōzoku to Seishōjo~?) adlı bu manqanın 2 tankobon cildi buraxılmışdır.[20]
Anime
redaktə2014-cü ilin aprelində "Weeklu Shōnen Magazine" jurnalının 20-ci buraxılışında manqa əsasında anime serialı anons edilmişdir.[21][22] Anime serialı 5 oktyabr 2014-cü ildə yayımlanmağa başlamışdır.[23][24] Anime serialının istehsalçısı A-1 Pictures, rejissoru Tensay Okamura, ssenaristi Şotaro Suqa və Keyqo Sasaki (həmçinin personaj dizayneri), bəstəkarı Hiroyuki Savanodur.[25] Animenin birinci açılış mahnısı Ikimono-gakari tərəfindən ifa olunan "Netsujō no Spectrum" (熱情のスペクトラム Netsujō no Supekutoramu, "Ehtiras spektrumu"), ikinci açılış mahnısı Man with a Mission tərəfindən ifa olunan "Seven Deadly Sins" mahnısıdır. Birinci bağlanış mahnısı Flow və Granrodeo tərəfindən ifa olunan "7-Seven" mahnısı, ikinci açılış mahnısı isə Alisa Takiqava tərəfindən ifa olunan "Season" mahnısıdır.[26][27]
27 sentyabr 2015-ci ildə ikinci anime serialının 2016-cı ildə yayımlanacağı anons edilmişdir.[28] 4 seriyalıq anime serialı olan "The Seven Deadly Sins: Signs of Holy War" (七つの大罪 聖戦の予兆, Nanatsu no Taizai: Seisen no Shirushi?) 28 avqust 2016-cı ildə yayımlanmağa başlamışdır.[29] A-1 Pictures tərəfindən istehsal olunmuş, rejissoru Tomokazu Tokoro, ssenaristləri Yukiko Ayana və Yuyçiro Kido, personaj dizayneri Keyqo Sasaki olmuşdur. Musiqi Hiroyuki Savano və Takafumi Vada tərəfindən bəstələnmişdir.[30] Açılış mahnısı Mucc tərəfindən ifa olunan "Classic" mahnısı, bağlanış mahnısı isə Alisa Takiqava tərəfindən ifa olunan "Iroasenai Hitomi" (色褪せない瞳?) mahnısıdır.[31] Sonuncu seriyadan sonra yayımlanan reklamda ikinci mövsüm anons edilmişdir.[32]
Birinci mövsümün yayım hüququ Netflix tərəfindən alınmışdır.[33] 24 seriyası da 1 noyabr 2015-ci ildə ingiliscə dublaj və subtitrlı şəkildə buraxılmışdır. İkinci mövsüm kimi təqdim olunan "The Signs of Holy War" da Netflix tərəfindən alınmış və 17 fevral 2017-ci ildə buraxılmışdır.[34] 14 fevral 2017-ci ildə Funimation animeni Şimali Amerikada buraxacağını bildirmişdir.[35] Animenin birinci hissəsini 15 may 2017-ci ildə, ikinci hissəsini 20 iyunda buraxmışdır.[36][37] Tam mövsüm 14 avqust 2018-ci ildə buraxılmışdır.[38] Madman Entertainment animeni 2019-cu ilin yanvarında Avstraliya və Yeni Zelandiya regionunda buraxmışdır.[39]
"The Seven Deadly Sins: Revival of The Commandments" (七つの大罪 戒めの復活, Nanatsu no Taizai: Imashime no Fukkatsu?) adlı ikinci mövsüm 2017-ci ilin iyulunda "Nanatsu no Taizai FES" tədbirində anons edilmişdir və ilk seriyası 13 yanvar 2018-ci ildə yayımlanmışdır. Takeşi Furuta və Takao Yoşioka animenin yeni rejissor və ssenaristləri olmuşdurlar.[40] Netflix tərəfindən üçüncü mövsüm kimi təqdim olunan bu ark isə Netflix-də 15 oktyabr 2018-ci ildə buraxılmışdır.[41]
"The Seven Deadly Sins: Wrath of the Gods" (七つの大罪 神々の逆鱗, Nanatsu no Taizai: Kamigami no Gekirin?) adlı üçüncü mövsümün 2019-cu ilin oktyabrında yayımlanması planlaşdırılır. Yeni mövsüm yeni hekayə arkına keçid xarakteri daşıyacaq. Üçüncü mövsüm Studio Deen tərəfindən çəkiləcək, rejissoru Susumu Nişizava, ssenaristi Rintaro İkeda olacaq. Hiroyuki Savano, Kota Yamamoto və Takafumi Vada yenə animenin bəstəkarları olacaqlar.[42][43]
OVA
redaktə"Ban's Additional Chapter" (バンの番外編, Ban no Bangai-hen?) adlı OVA manqanın 15-ci cildinin məhdud nəşri ilə birlikdə 17 iyun 2015-ci ildə buraxılmışdır.[44] 9 qısa komediya hekayəsindən ibarət ikinci OVA isə manqanın 16-cı cildinin məhdud nəşri ilə birlikdə 12 avqust 2015-ci ildə buraxılmışdır.[45]
Film
redaktə"The Seven Deadly Sins: Prisoners of the Sky" (七つの大罪 天空の囚われ人, Nanatsu no Taizai Tenkū no Torawarebito?) adlı anime filmi[46] Yaponiya kinoteatrlarında 18 avqust 2018-ci ildə buraxılmışdır. Rejissoru Yasuto Nişikata, ssenaristi Makoto Uezudur. Anime filmi Nakaba Suzukinin orijinal hekayəsi əsasında çəkilmişdir. Filmin səsləndiriciləri ilə anime serialının səsləndiriciləri eynidir.[47] Filmdə manqada olmayan üç personaj - Sorada (Tsubasa Yonaqa tərəfindən səsləndirilib), Elatta (Haruka Tomatsu tərəfindən səsləndirilib) və Bellion (Toşiyuki Morikava tərəfindən səsləndirilib) yer alır.[48] Film Netflix tərəfindən 31 dekabr 2018-ci ildə bütün regionlarda buraxılıb.[49]
Videooyun
redaktə11 fevral 2015-ci ildə Bandai Namco Entertainment tərəfindən Nintendo 3DS üçün istehsal olunmuş "Seven Deadly Sins: Unjust Sin" (七つの大罪 真実の冤罪, Nanatsu no Taizai Shinjitsu no Enzai?) adlı videooyun buraxılmışdır.[26] Bandai Namco PlayStation 4 üçün "The Seven Deadly Sins: Knights of Britannia" (七つの大罪 ブリタニアの旅人, Nanatsu no Taizai: Buritania no Tabibito?) adlı oyun da hazırlamışdır.[50] Oyun Şimali Amerikada və Avroada 9 fevral 2018-ci ildə buraxılmışdır.[51][52]
Digər
redaktəFranşiz əsasında 4 ranobe istehsal olunmuşdur: "The Seven Deadly Sins -Gaiden- The Seven Wishes of the Royal City from Old Times" (七つの大罪 ―外伝― 昔日の王都 七つの願い, Nanatsu no Taizai -Gaiden- Sekijitsu no Ōto Nanatsu no Negai?) (17 dekabr 2014-cü ildə Şuka Matsuda tərəfindən), "The Seven Deadly Sins: Seven Days" (七つの大罪 セブンデイズ, Nanatsu no Taizai Sebun Deizu?) (26 dekabr 2014-cü ildə Mamoru İvasa tərəfindən), "The Seven Deadly Sins: Seven Scars They Left Behind" (七つの大罪 ―外伝― 彼らが残した七つの傷跡, Nanatsu no Taizai -Gaiden- Karera ga Nokoshita Nanatsu no Kizuato?) (16 oktyabr 2015-ci ildə Şuka Matsuda tərəfindən) və "The Seven Deadly Sins: Seven-Colored Recollections" (七つの大罪 ―外伝― 七色の追憶, Nanatsu no Taizai -Gaiden- Nanairo no Tsuioku?) (17 oktyabr 2016-cı ildə Şuka Matsuda tərəfindən).[53][54][55][56] Vertical "Seven Scars They Left Behind" ranobesini Şimali Amerikada 2017-ci ilin mayında,[57] "Seven-Colored Recollections" ranobesini 2018-ci ilin martında buraxmışdır.
17 fevral 2015-ci ildə "Rainbow of Sin" (七色の罪, Nanairo no Tsumi?) adlı illüstrasiya kolleksiyası[58][59] və rəsmi fan-kitab buraxılmışdır. 17 aprel 2015-ci ildə anime üçün soraq kitabçası olan "Ani-Sin" (アニ罪, Ani-Tsumi?) buraxılmışdır.[60]
Qəbul
redaktə2014-cü ilin avqustunda manqa seriyasının 5 milyon nüsxəsi dövriyyədə idi.[26] 2015-ci ilin yanvarında bu rəqəm 10 milyona çatmışdır.[61] 2018-ci ildə isə bu rəqəm 28 milyon olmuşdur.[62] İlk cildi ilk həftəsində 38.581 nüsxə satmış və Oricon manqa çartında 13-cü olmuşdur.[63] İkinci cildi ilk həftəsində 106.829 nüsxə sataraq 5-ci,[64] üçüncü cildi 135.164 nüsxə sataraq 4-cü olmuşdur.[65] 13-cü cildi ən yaxşı nəticə göstərən cildi olmuş və ilk həftəsində 442.492 nüsxə sataraq 1-ci olmuşdur.[66] 2014-cü ildə satılan 4,6 milyon nüsxəsi ilə həmin ilin ən çox satılan 9-cu manqası olmuşdur.[67] 2015-ci ilin birinci yarısında manqa ən yaxşı satılan manqaya çevrilmişdir.[68] İlin sonunda isə satılan 10,3 milyon nüsxəsi ilə sadəcə "One Piece" manqasından geri qalmışdır.[69] 2016-cı ildə ən çox satılan 6-cı (5 milyon nüsxə), 2017-ci ildə isə 7-ci (3,6 milyon nüsxə) manqa seriyası olmuşdur.[70][71] "Kono Manga ga Sugoi!"-un 2014-cü ildə keçirdiyi sorğuya görə manqa seriyası kişilər üçün nəzərdə tutulan ən yaxşı 5-ci manqa seriyası seçilmişdir.[72] Manqa "Yowamushi Pedal" ilə birlikdə 39-cu Kodansha Manqa Mükafatı mərasimində Ən yaxşı şonen manqası mükafatını qazanmışdır.[73] 2014-cü ildə Manqa Tayşo Mükafatının və Fransada keçirilən 42-ci Anqulem Beynəlxalq Komiks Festivalında Ən yaxşı gənclik komiksinin laureatı olmuşdur.[74][75]
Manqanın Şimali Amerika buraxılışlarının 2-ci və 4-cü cildləri The New York Times-ın bestseller siyahısında 7-ci və 9-cu yerləri tutmuşdur.[76][77] Anime New Network-dən Rebekka Silverman birinci cildi B dərəcəsi verərək çizimləri maraqlı və hekayəni "parlaq zirehlərdə döyüşən cəngavərlər haqqında yaxşı hekayə" adlandırmışdır. O, Meliodasda Akira Toriyamanın, qadın personajlarda 1970-ci illərin şoco manqalarının təsirini görmüşdür. Lakin Silverman çizimlərdə problemlərin olduğunu, həmçinin Elizabetin də bir personaj kimi yaxşı inkişaf etdirilmədiyini qeyd etmişdir.[78] Həm Silverman, həm də Otaku USA saytında Danika Devidson bildirmişdirlər ki, komediya məhsulu kimi istifadə edilən Meliodasın Elizabetə qarşı tərbiyəsiz hərəkətləri bəzi oxucular tərəfindən səhv başa düşülə bilər.[78][79] Ceson Tompson manqanın ümumi şonen elementlərini daşıdığını, buna görə tvistlərin və dialoqların təxmin edilən olduğunu qeyd etmişdir. Lakin o, çizimləri və seriyanın Avropa qurmasını bəyənmişdir.[80]
Animenin birinci DVD cildi Oricon-un çartında 1-ci yeri tutmuş və 3.574 nüsxə satmışdır.[81] Animenin 5 nüsxəsi 32.762 nüsxə satmış və manqa 2015-ci ilin birinci yarısında ən çox satılan 30-cu anime olmuşdur.[82] Animeni qiymətləndirən Teron Martin animenin şonen döyüş səhnlərinə baxmayaraq sönük başladığını, amma ikinci hissədə hekayənin xeyli inkişaf etdiyini bildirmişdir. O, musiqi və personajların interaksiyasından zövq aldığını qeyd etmişdir. Lakin arxetip cinayətkarları bəyənməmişdir.[83]
"The Seven Deadly Sins -Gaiden- Sekijitsu no Ōto Nanatsu no Negai" romanı 61.939 nüsxə sataraq 2015-ci ilin birinci yarısında ən çox satılan 33-cü ranobe olmuşdur.[84]
2017-ci ilin oktyabrında Netflix animenin buraxıldıqdan sonra 24 saat ərzində ən çox marafon şəkildə baxılan 4-cü verilişi olduğunu bildirmişdir.[85]
İstinadlar
redaktə- ↑ "The Seven Deadly Sins". Funimation. May 5, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 28, 2018.
- ↑ "No.52 2011年11月22日(火)発売" (Japanese). Kodansha. noyabr 10, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: noyabr 9, 2013.
- ↑ "The Seven Deadly Sins Manga's 1st of 3 Planned Arcs Ends". Anime News Network. 2015-01-19. 2015-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-20.
- ↑ "Kodansha Comics Adds UQ Holder, Seven Deadly Sins Manga". Anime News Network. 2013-10-11. 2017-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-04.
- ↑ "The Seven Deadly Sins Volume 1". Amazon.com. İstifadə tarixi: 2013-11-04.
- ↑ "CRUNCHYROLL LAUNCHES "CRUNCHYROLL MANGA" DIGITAL COMIC PLATFORM". Crunchyroll. 2013-10-30. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-04.
- ↑ "Crunchyroll to Simultaneously Offer Kodansha Manga in 170 Countries". Anime News Network. 2013-10-26. 2016-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-08.
- ↑ "鈴木央が「FAIRY TAIL」、真島ヒロが「七つの大罪」を執筆" (Japanese). Natalie. 2013-10-19. 2013-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-11.
- ↑ "Fairy Tail, The Seven Deadly Sins Get Crossover 1-Shot Manga". Anime News Network. 2013-12-06. 2013-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-06.
- ↑ "The Seven Deadly Sins Gets One-Shot in Nakayoshi Magazine For Girls". Anime News Network. 2014-09-03. 2014-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-03.
- ↑ "The Seven Deadly Sins Manga Gets Comedy 1-Shot Story". Anime News Network. 2014-09-20. 2014-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-21.
- ↑ "The Seven Deadly Sins' 2nd New Spinoff Manga by Creator Posted". Anime News Network. 2015-02-26. 2015-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-26.
- ↑ "Seven Deadly Sins – Prisoner of the Sky Reveals Present for Cinema Goers". MANGA.TOKYO. July 2, 2018. July 2, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 2, 2018.
- ↑ "The Seven Deadly Sins Gets School Comedy Manga Spinoff". Anime News Network. 2014-06-29. 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-29.
- ↑ "The Seven Deadly Sins' Spinoff Manga Mayoe! Nanatsu no Taizai Gakuen! Ends". Anime News Network. 2016-10-09. 2016-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-09.
- ↑ ""Seven Deadly Sins" Inspires Shoujo Parody Spin-Off". Crunchyroll. 2015-11-28. 2015-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-05.
- ↑ "Seven Deadly Sins Production Manga Reaches 'Climax' in October". Crunchyroll. 2017-09-29. 2018-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-04.
- ↑ "Seven Deadly Sins' 4-Panel Spinoff Reimagines King as Aspiring Manga Creator". Anime News Network. 2016-01-19. 2016-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-19.
- ↑ "Seven Deadly Sins Spinoff Manga King no Manga Michi Ends With 3rd Volume". Anime News Network. 2017-06-16. 2018-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-04.
- ↑ "Seven Deadly Sins Spinoff Manga About Ban & Elaine Ends in September". Anime News Network. 2017-08-18. 2018-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-04.
- ↑ "The Seven Deadly Sins Fantasy Manga Gets TV Anime". Anime News Network. 2014-04-11. 2014-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-11.
- ↑ "「七つの大罪」TVアニメ化決定!単行本は累計300万部突破" (Japanese). Natalie. 2014-04-16. 2014-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-27.
- ↑ "アニメ「七つの大罪」10月より日5枠で放送" (Japanese). Natalie. 2014-07-27. 2014-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-27.
- ↑ "The Seven Deadly Sins Anime Commercial Streamed". Anime News Network. 2014-07-27. 2014-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-27.
- ↑ "The Seven Deadly Sins Anime's Game, Cast, Staff Announced". Anime News Network. 2014-08-01. 2014-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-03.
- ↑ 1 2 3 "The Seven Deadly Sins Anime's Theme Songs, Game Detailed". Anime News Network. 2014-08-12. 2014-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-12.
- ↑ "Man With A Mission, Alisa Takigawa Perform The Seven Deadly Sins' New Songs". Anime News Network. 2014-12-21. 2019-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-19.
- ↑ "The Seven Deadly Sins Manga Gets New TV Anime in 2016". Anime News Network. 2015-09-29. 2015-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-09-29.
- ↑ "The Seven Deadly Sins: Signs of holy war 4-Episode Special Premieres on August 28". Anime News Network. 2016-05-10. 2016-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-10.
- ↑ "Seven Deadly Sins Gets 4-Week TV Anime Special In August With Brand-New Story". Anime News Network. 2016-03-27. 2021-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-27.
- ↑ "The Seven Deadly Sins -Signs of Holy War- TV Special's Ad Previews Opening Theme Song". Anime News Network. 2016-08-09. 2017-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-26.
- ↑ "The Seven Deadly Sins Manga's Next TV Anime Series Teases New Adventures in Ad". Anime News Network. 2016-09-18. 2017-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-26.
- ↑ Newman, Heather. "Netflix To Announce Its Second Exclusive Anime Series Tomorrow: 'The Seven Deadly Sins'". Forbes. 2015-10-09. 2017-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-13.
- ↑ "Netflix to Stream The Seven Deadly Sins Anime's 'Season 2' in February". Anime News Network. January 26, 2017. January 28, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 28, 2017.
- ↑ "Funimation Acquires Home Video Rights for Seven Deadly Sins". Anime News Network. February 14, 2017. February 15, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 14, 2017.
- ↑ The Seven Deadly Sins: Part One Blu-ray, 2018-12-15 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2018-12-12
- ↑ The Seven Deadly Sins: Part Two Blu-ray, 2018-12-15 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2018-12-12
- ↑ The Seven Deadly Sins: Season One Blu-ray, 2018-09-05 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2018-12-12
- ↑ "Seven Deadly Sins Season 1 (Eps 1-24) (Blu-Ray)". Madman Entertainment. March 27, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 28, 2018.
- ↑ "Seven Deadly Sins Anime Reveals New Season's January 2018 Premiere, Title, Cast, Staff, Visual, Trailer". Anime News Network. July 16, 2017. July 18, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 16, 2017.
- ↑ Ressler, Karen. "Netflix U.S. Sets Violet Evergarden Special Episode, Seven Deadly Sins Season 2 Premiere Dates for October". Anime News Network. 2018-09-26. 2018-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-27.
- ↑ "The Seven Deadly Sins Anime Gets Fall TV Show to 'Head Toward Climax' With New Studio". Anime News Network. April 9, 2019. April 10, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 9, 2019.
- ↑ "The Seven Deadly Sins 'Season 4' release date confirmed for 2019: Nanatsu no Taizai Season 3 called Kamigami no Gekirin (Wrath of the Gods) – Manga compared to the anime [Spoilers]". Monsters and Critics. April 10, 2019. April 10, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 10, 2019.
- ↑ "The Seven Deadly Sins Manga to Bundle OVA Episode About Ban". Anime News Network. 2015-03-16. 2015-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-16.
- ↑ "2nd Seven Deadly Sins OVA to Compile 9 Short Stories". Anime News Network. 2015-05-11. 2015-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-11.
- ↑ "Seven Deadly Sins Gets Anime Film in Summer 2018". Anime News Network. July 16, 2017. July 18, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 16, 2017.
- ↑ "Seven Deadly Sins Film Reveals Teaser Video, Visual, August 18 Release". Anime News Network. February 15, 2018. February 16, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 15, 2018.
- ↑ "Seven Deadly Sins Movie Reveals Visual and more". MANGA.TOKYO. April 16, 2018. April 16, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 16, 2018.
- ↑ "Netflix Adds Pokemon and Seven Deadly Sins Films". Anime News Network. January 1, 2019. January 1, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 1, 2019.
- ↑ "Nakaba Suzuki's The Seven Deadly Sins Manga Gets PS4 Action Game". Anime News Network. June 26, 2017. June 26, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: June 26, 2017.
- ↑ "The Seven Deadly Sins: Knights of Britannia PS4 Game Gets U.S. Release in Early 2018". Anime News Network. July 1, 2017. July 2, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 1, 2017.
- ↑ Romano, Sal. "The Seven Deadly Sins: Knights of Britannia coming to Europe in early 2018". Gematsu. July 3, 2017. July 3, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 3, 2017.
- ↑ "小説 七つの大罪 ―外伝― 昔日の王都 七つの願い" (Japanese). Kodansha. 2015-04-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-29.
- ↑ "七つの大罪 セブンデイズ" (Japanese). Kodansha. 2015-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-29.
- ↑ "小説 七つの大罪 ―外伝― 彼らが残した七つの傷跡" (Japanese). Kodansha. 2015-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-01.
- ↑ "小説 七つの大罪 ―外伝― 七色の追憶" (Japanese). Kodansha. 2018-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-05.
- ↑ "Vertical to Release The Seven Deadly Sins: The Seven Scars Left Behind Novel". Anime News Network. 2016-08-13. 2016-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-13.
- ↑ "七つの大罪 イラストコレクション 〈七色の罪〉" (Japanese). Kodansha. 2015-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-29.
- ↑ "七つの大罪 公式ファンブック 解体罪書" (Japanese). Kodansha. 2015-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-29.
- ↑ "七つの大罪 公式アニメガイド アニ罪" (Japanese). Kodansha. 2015-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-29.
- ↑ "The Seven Deadly Sins Manga's 1st of 3 Planned Arcs Ends". Anime News Network. 2015-01-19. 2015-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-19.
- ↑ "「七つの大罪」鈴木央先生描き下ろしのオリジナルストーリーブック付き!" (Japanese). PR Times. 2018-06-15. 2018-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-08.
- ↑ "Japanese Comic Ranking, February 11–17". Anime News Network. 2013-02-20. 2013-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-10.
- ↑ "Japanese Comic Ranking, April 15–21". Anime News Network. 2013-04-24. 2013-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-08.
- ↑ "Japanese Comic Ranking, June 17–23". Anime News Network. 2013-06-26. 2013-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-08.
- ↑ "Japanese Comic Ranking, February 16–22". Anime News Network. 2015-02-25. 2016-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-11.
- ↑ "Top-Selling Manga in Japan by Series: 2014". Anime News Network. 2014-11-30. 2019-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-30.
- ↑ "Top-Selling Manga in Japan by Series: 2015 (First Half)". Anime News Network. 2015-05-31. 2015-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-01.
- ↑ "Top-Selling Manga in Japan by Series: 2015". Anime News Network. 2015-11-29. 2019-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-29.
- ↑ "Top-Selling Manga in Japan by Series: 2016". Anime News Network. 2016-11-30. 2016-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-30.
- ↑ "Top-Selling Manga in Japan by Series: 2017". Anime News Network. 2017-12-06. 2022-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-06.
- ↑ "Top Manga Ranked by Kono Manga ga Sugoi 2014 Voters". Anime News Network. 2013-12-09. 2014-05-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-09.
- ↑ "Yowamushi Pedal, The Seven Deadly Sins Win 39th Kodansha Manga Awards". Anime News Network. 2015-05-12. 2015-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-12.
- ↑ "10 Titles Nominated for 7th Manga Taisho Awards". Anime News Network. 2014-01-20. 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-20.
- ↑ "Akira's Katsuhiro Otomo Wins Angoulême's Top Prize". Anime News Network. 2015-01-29. 2015-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-29.
- ↑ "New York Times Manga Best Seller List, May 11–17". Anime News Network. 2014-05-23. 2014-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-23.
- ↑ "New York Times Manga Best Seller List, September 14–20". Anime News Network. 2014-09-26. 2014-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-26.
- ↑ 1 2 "The Seven Deadly Sins GN 1 - Review". Anime News Network. 2014-05-15. 2014-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-29.
- ↑ "The Seven Deadly Sins Manga #1". Otaku USA. 2014-04-14. 2014-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-29.
- ↑ "House of 1000 Manga - Crunchyroll Manga". Anime News Network. 2013-11-14. 2014-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-14.
- ↑ "Japan's Animation DVD Ranking, January 26-February 1". Anime News Network. 2015-02-03. 2015-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-29.
- ↑ "Top-Selling Animation in Japan by Title: 2015 (First Half)". Anime News Network. 2015-06-17. 2015-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-29.
- ↑ "The Seven Deadly Sins - Review". Anime News Network. 2015-11-20. 2017-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-26.
- ↑ "Top-Selling Light Novels in Japan by Volume: 2015 (First Half)". Anime News Network. 2015-06-02. 2015-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-29.
- ↑ "Ready, Set, Binge: More Than 8 Million Viewers 'Binge Race' Their Favorite Series". Netflix Media Center (ingilis). Netflix. 17 October 2017. 23 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 March 2019.
Xarici keçidlər
redaktə- Weekly Shōnen Magazine-də rəsmi səhifəsi Arxivləşdirilib 2016-11-15 at the Wayback Machine
- Rəsmi anime saytı
- Rəsmi videooyun saytı
- The Seven Deadly Sins (manqa) Anime News Network Ensiklopediyasında