Nergiz Pasayeva - Wikipedia
Nərgiz Arif qızı Paşayeva (13 dekabr 1962, Bakı) — filologiya elmləri doktoru, professor, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının Vitse-Prezidenti, AMEA-nın həqiqi üzvü (2 may 2017),[4] İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri.[5]
Nərgiz Paşayeva | |||
---|---|---|---|
Nərgiz Arif qızı Paşayeva | |||
Doğum tarixi | |||
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ | ||
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
||
Milliyyəti | azərbaycanlı | ||
Həyat yoldaşı | |||
Uşaqları |
Ülviyyə Mahmudova[1]/Rəhmanova[2] Aida Mahmudova Ülvi Mahmudov[2] |
||
Atası | Arif Paşayev | ||
Anası | Aida İmanquliyeva[3] | ||
Elm sahələri | filoloq, ədəbiyyatşünas | ||
Elmi dərəcəsi | filologiya elmləri doktoru | ||
Elmi adları | professor, AMEA-nın həqiqi üzvü, AMEA- nın vitse-prezidenti | ||
İş yeri | Moskva Dövlət Universitetinin Bakı filialının rektoru | ||
Üzvlüyü | |||
Mükafatları |
|
||
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəNərgiz Paşayeva 13 dekabr 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1968–1978-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil almışdır.
- 1978-ci ildə BDU-nun Filologiya fakültəsinin əyani şöbəsinə daxil olmuş və 1983-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.
- 1983-cü ildə əyani aspiranturaya qəbul olmuş və "Sabirin novatorluğu" adlı dissertasiya işini vaxtından əvvəl tamamlamış və müvəffəqiyyətlə müdafiə etmişdir.
- 23 sentyabr 1987-ci ildə filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
- 1987-ci ilin mart ayından Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin "Azərbaycan ədəbiyyatı tarixi" kafedrasında assistent, müəllim, baş müəllim, dosent vəzifələrində, 1994–2008-ci illərdə isə Bakı Musiqi Akademiyasının "Dil və ədəbiyyat" kafedrasının müdiri vəzifəsində çalışmışdır.
- 2004-cü ildə "Müasir Azərbaycan ədəbiyyatında insanın bədii-estetik dərki (xalq yazıçısı Elçinin yaradıcılığı əsasında)" adlı doktorluq dissertasiyası işini müvəffəqiyyətlə müdafiə etmişdir.
- 11 fevral 2005-ci ildə filologiya elmləri doktoru alimlik dərəcəsinə, 30 mart 2005-ci ildə isə professor elmi adına layiq görülmüşdür.
- 2006–2008-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində işləmişdir.
- 2006-cı ildən BDU-nun nəzdində fəaliyyət göstərən filologiya elmləri doktoru və fəlsəfə doktoru dissertasiyalarının müdafiəsini keçirən D.02.181 Dissertasiya Şurasının sədridir.
- 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
- 23 iyun 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İ. Əliyevin 2886 saylı sərəncamı ilə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına rektor təyin olunmuşdur.
- 2009-cu ilin oktyabr ayından Bakı Dövlət Universitetinin "Klassik Azərbaycan ədəbiyyatı" kafedrasının müdiridir.
- 30 iyun 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
- Akademik Arif Paşayevin qızıdır.
- 2 may 2017-ci ildə AMEA-nın həqiqi üzvü seçilmişdir.
- 8 iyun 2018-ci ildə AMEA-nın vitse-prezidenti seçilmişdir.[6]
27 fevral 2019-cu ildə Nərgiz Paşayeva akademik V. Sadovniçinin təqdimatına əsasən, Rusiya Təhsil Akademiyasının akademiki (xarici üzvü) seçilib.[7]
Şəxsi həyatı
redaktəAzərbaycanlı rəssam Altay Sadıqzadə ilə evlidir.[8]
Mükafatları
redaktə- 18 noyabr 2008-ci ildə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Rusiya Beynəlxalq elmi və mədəni əməkdaşlıq Mərkəzi tərəfindən Rusiya-Azərbaycan dostluq və əməkdaşlıq münasibətlərində göstərdiyi xidmətlərə görə "Dostluqda göstərdiyi xidmətlərə görə" nişanı ilə təltif olunmuşdur (18 noyabr 2008-ci il, vəsiqə № 1213).
- Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2009-cu il tarixli Sərəncamı ilə Azərbaycan elminin inkişafında göstərdiyi xidmətlərə görə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.
- Mədəniyyət sahəsində göstərdiyi xidmətlərə görə 2011-ci ilin aprel ayında YUNESKO-nun "Mədəniyyətlərin müxtəlifliyinə görə" medalı ilə təltif olunmuşdur.
- Rusiya Federasiyasının Prezidenti D. Medvedevin 20 aprel 2011-ci il tarixli 483 saylı Sərəncamına əsasən Rusiya-Azərbaycan mədəni əlaqələrinin inkişafında və xaricdə rus incəsənətinin təbliğində göstərdiyi xidmətlərə görə Rusiya Federasiyasının ali dövlət mükafatı ilə — "Dostluq" ordeni ilə təltif edilmişdir. 20 iyun 2011-ci ildə Rusiya Federasiyasının Prezidenti D. Medvedev Prezidentin Moskva yaxınlığındakı "Qorki" iqamətgahının Mavi zalında xüsusi xidmətlərinə görə əcnəbi vətəndaşlara ali dövlət mükafatlarının təqdim edilməsinə həsr olunmuş təntənəli mərasimdə "Dostluq" ordenini şəxsən təqdim etmişdir.
- Macarıstanın Prezidenti Pal Şmidtin 11 mart 2012-ci tarixli Sərəncamı ilə professor Nərgiz Paşayeva 30 aprel 2012-ci ildə Macarıstanın dövlət mükafatı ilə — "Xidmətlərə görə" Komandor xaç ordeni ilə təltif edilmişdir. "ÜNS" yaradıcılıq səhnəsində keçirilən təqdimat mərasimində ali dövlət mükafatını Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutoro təqdim etmişdir.
- Rusiya və Azərbaycanın strateji tərəfdaşlığında humanitar tərkib hissənin möhkəmlənməsinə şəxsi töhfələrinə görə Rusiya Federasiyasının Prezidenti D. Medvedevin Sərəncamı ilə "Dostluq" ordeni ilə təltif edilmişdir. Mükafatı 04 aprel 2012-ci ildə Bakıda rəsmi səfərdə olan Rusiya Federasiyasının Xarici işlər naziri S. Lavrov MDU-nun Bakı filialında şəxsən özü təqdim etmişdir.
- 2012-ci ildə "Ticarət, kommersiya və sənaye Avropa iqtisadi palatası"nın ("European Chamber of Trade, Commerce and İsndustry — EEİG") Qızıl ordeni ilə təltif olunmuşdur.
- Azərbaycan və Fransa əməkdaşlığının inkişafında göstərdiyi aramsız fəaliyyətinə görə 2013-cü ildə zabit dərəcəli "Akademik Palma" fransız ordeni ilə təltif olunmuşdur. Bu yüksək mükafatı Fransanın Azərbaycandakı səfiri Paskal Monye təqdim etmişdir.
- 26 yanvar 2015-ci ildə Moskva Dövlət Universitetinin fəxri professoru diplomuna layiq görülüb.
- 19 aprel 2017-ci ildə müstəqillik illərində Azərbaycanda elm və təhsil sahəsində həyata keçirilmiş mühüm beynəlxalq layihə olan Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması və səmərəli fəaliyyətinin təmin edilməsindəki müstəsna xidmətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Qızıl medalına layiq görülmüşdür.
- 13 dekabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında elm və təhsilin inkişafında böyük xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif edilib[10].
Əsərləri
redaktə1 | "Sabirin novatorluğu" (monoqrafiya, Bakı, 1997) |
2 | "Человек — образ — литература" (monoqrafiya, Bakı: Mütərcim, 2003) |
3 | "İnsan bədii tədqiq obyekti kimi (xalq yazıçısı Elçinin yaradıcılığı əsasında)" (monoqrafiya, Bakı: XXI — Yeni Nəşrlər Evi, 2003) |
4 | "Yeniləşən ədəbiyyatın yeni insanı (xalq yazıçısı Elçinin yaradıcılığı əsasında)" (monoqrafiya, Bakı: ATİ, 2004) |
5 | "Antik ədəbiyyat tarixi" (dərslik, I hissə "Qədim Yunan ədəbiyyatı", Bakı, 1997; II hissə "Qədim Roma ədəbiyyatı", Bakı, 2000) |
6 | "Dünya deyilən sənmişsən" (kitab, İstanbul, 2002) |
7 | V cildlik "Mir Cəlal. Əsərləri" (kitab, Bakı: Adiloğlu, 2013) |
Elmi və baş redaktorluğu
redaktə1 | "M. Ə. Sabir" (Bakı, 1995), "Ədəbiyyatda lirik növ" (Bakı, 2008) |
2 | "Şərq və Qərb: ümumbəşəri ideala doğru: fəlsəfi etüdlər" (Bakı, 2004) |
3 | "Şərq ruhunun Qərb həyatı: Aida İmanquliyevanın yaradıcılıq axtarışlarının izi ilə" (Bakı, 2009) |
4 | "Романтическая поэзия в контексте восточно-западной проблематики" (Moskva, 2009) |
5 | "Искусство Азербайджана. Средние века" (Bakı, 2010) |
6 | "Историческая энциклопедия Кавказа" (Bakı, 2010) |
7 | "Cübran. Sükutun poeziyası" (Bakı, 2009) |
8 | "İngiliscə-azərbaycanca-rusca aviasiya terminləri lüğəti" (Bakı, 2008) |
9 | "Qafqazın tarixi ensiklopediyası" ("Историческая энциклопедия Кавказа". I nəşr. Bakı: "Çaşıoğlu", 2010) |
10 | "Azərbaycanda aviasiya tarixi" (Bakı, 2012) |
Beynəlxalq konfrans və simpoziumlarda iştirakı
redaktə- "Müqayisəli ədəbiyyat" adlı I Beynəlxalq elmi konfrans (Bakı, oktyabr, 2004);
- "Əsatir. Millət. Ədəbiyyat" adlı Beynəlxalq simpozium (Bakı, 2006);
- Görkəmli jurnalist, alim və ictimai xadim Nəsir İmanquliyevə həsr edilmiş "Nəsir İmanquliyev — 95" adlı elmi konfrans (Bakı, dekabr, 2006);
- Görkəmli alim, yazıçı və pedaqoq Mir Cəlalın 100 illik yubileyinə həsr edilmiş "Mir Cəlal — 100" adlı Beynəlxalq elmi konfrans (Bakı, aprel, 2008);
- "Milli geyim və müasir modada ümumilik" adlı Beynəlxalq simpozium (Bakı, iyul, 2009);
- MDB ölkələri tələbə və gənclər təşkilatları liderlərinin IV Forumu (gənclər siyasəti məsələləri) (Rusiya Federasiyası. Moskva, M. V. Lomonosov adına MDU, yanvar, 2009);
- Görkəmli alim-şərqşünas Aida İmanquliyevanın 70 illik yubileyinə həsr edilmiş "Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr" adlı Beynəlxalq İbn-Ərəbi simpoziumu (eyni zamanda Simpoziumun təşkilatçısı; Bakı, oktyabr, 2009);
- "Qloballaşma dövründə mədəniyyətlərin dialoqu" adlı filosofların Beynəlxalq elmi konfransı (Bakı, iyun, 2010);
- "Əl-Farabi və Avropa İntibahı" adlı Beynəlxalq elmi konfrans (Fransa, Paris. noyabr, 2010);
- "Multikulturalizm: nailiyyətlər və problemlər" Bakı Beynəlxalq Humanitar Forumu (oktyabr, 2011),
- "Qloballaşma dövründə Azərbaycan jurnalistikası: mənbələr və perspektivlərin icmalı" elmi-praktik konfrans (Bakı, 2011),
- "Qədim Rus dövlətindən Rusiya Federasiyasınadək: Rusiya dövlətçiliyinin tarixi" Beynəlxalq elmi konfrans (Moskva, 2012)
Fəaliyyəti
redaktə- İlk azərbaycanlı qadın kimi 2012-ci ildə Böyük Britaniyanın İcmalar Palatasının məşhur "Çörçil" zalında məruzə ilə çıxış etmişdir.
- 2013-cü ildə isə Böyük Britaniyanın Oksford Universitetində "Nizami Gəncəvinin yaradıcılığı və elmi irsi" adlı məruzə ilə elmi seminarda çıxış etmişdir.
- Təşəbbüsü ilə "Molla Nəsrəddin" jurnalı yenidən çap olunmuş, "Səməd Vurğunun xatirələri" kitabı, "Azərbaycan xalq çalğı alətləri" kataloqu hazırlanmış və çapdan çıxmışdır.
- "Oksford Universiteti nəzdində Nizami Gıncəvi adına Azərbaycan və Qafqazşünaslıq elmi mərkəzi"nin yaradılmasının təşəbbüskarı kimi 2013-cü ildə Oksford Universitetinin Şərqşünaslıq departamentində memorandum imzalamışdır.
- "Azərbaycan Mədəniyyətinin Dostları" xeyriyyə fondunun İdarə Heyətinin üzvüdür.
- 2006-cı ildən "ÜNS" bədii yaradıcılıq səhnəsinin yaradıcısı və bədii rəhbəridir.
- 2007-ci ildən "İngiltərə-Azərbaycan xeyriyyə Cəmiyyəti"nin həmsədridir.
- Görkəmli bəstəkar, xalq artisti prof. F. Əlizadənin "İntizar" operasına ilk dəfə libretto yazmış və operanı yeni quruluşda təqdim olunmasına nail olmuşdur (librettonun ilk premyerası Beynəlxalq musiqi layihəsi çərçivəsində 11 may 2010-cu ildə H. Əliyev adına sarayda təqdim edilmişdir).
- "Qarabağnamə" operasının librettosunun müəllifidir.
İstinadlar
redaktə- ↑ "Nərgiz Paşayevanın qızı ana oldu (FOTO)". 2021-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-20.
- ↑ 1 2 "Nərgiz Paşayevanın oğlu ilə qızı (FOTO)". 2021-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-20.
- ↑ "Arxivlənmiş surət". 2023-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-09.
- ↑ "AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərin nəticələri açıqlanıb". 2020-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.
- ↑ "Nərgiz Paşayeva Rəsulzadə haqqında bu sözləri dedi". 2016-04-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-21.
- ↑ "Nərgiz Paşayeva və daha 6 alim AMEA-nın vitse-prezidenti seçildi". 2019-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-08.
- ↑ AMEA-nın həqiqi üzvü Nərgiz Paşayeva Rusiya Təhsil Akademiyasının akademiki (xarici üzvü) seçilib //Azərbaycan müəllimi.- 2019.- 7 mart.- s. 4.
- ↑ "Nərgiz Paşayeva həyat yoldaşı ilə birgə - MÜSAHİBƏ+FOTOLAR". 2021-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-20.
- ↑ Dmitry Medvedev presented Russian state decorations to foreign citizens for their great contribution to building friendship and cooperation with Russia Arxivləşdirilib 2014-07-24 at the Wayback Machine. kremlin.ru (ing.)
- ↑ "N.A.Paşayevanın "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-25.
Xarici keçidlər
redaktə- Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı (rus.)
- Filologiya elmləri doktoru, professor, Klassik Azərbaycan ədəbiyyatı kafedrasının müdiri (az.)
- Tarixə yazılan imza. Akademik Nərgiz Paşayevanın Oksford fəaliyyəti haqqında düşüncələr
- Səda — Roman Viktyukla görüş (03.06.2016)
- Tarixə yazılan imza. Akademik Nərgiz Paşayevanın Oksford fəaliyyəti haqqında düşüncələr
- Professor Nargiz Pashayeva
- Elm və Həyat.Akademik Nərgiz Paşayeva haqqında