Necla Sultan - Wikipedia
Nəcla Hibətullah Sultan və ya Nəcla Osmanoğlu (15 may 1926, Nitsa – 16 oktyabr 2006, Madrid) — Osmanlı sülaləsinin üzvü.
Nəcla Hibətullah Sultan | |
---|---|
نكلا هبة الله سلطان | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 may 1926 |
Doğum yeri | |
Vəfat tarixi | 16 oktyabr 2006 (80 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Atası | Ömər Fərrux Əfəndi |
Anası | Sabiha Sultan |
Həyat yoldaşı | Əmir İbrahim |
Uşağı | Osman Rüfət İbrahim |
Dini | Sünni, İslam |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəAtası son Osmanlı xəlifəsi Əbdülməcid Əfəndinin oğlu Ömər Fərrux Əfəndi, anası isə son Osmanlı sultanı VI Mehmed Vahidəddinin qızı Sabiha Sultandır. Babası VI Mehmedin İtaliyanın San-Remo qəsəbəsində vəfat etdiyi 15 may 1926 tarixində, Fransanın Nitsa şəhərində dünyaya gəldi. Ailənin ən kiçik qızı idi və özündən böyük Nəslişah və Xanzadə adlı 2 bacısı vardı.
Uşaqlığı və gənclik illəri Fransada keçdi. Burada bacıları və Naciyə Sultanın övladları Mahpeykər xanım, Türkan xanım və Sultanzadə Əli bəylə birlikdə ögey ataları Mehmed Kamil bəy (Ənvər Paşanın qardaşı) tərəfindən Osmanlı türkcəsini öyrəndilər. 1938-ci ildə ailəsiylə birlikdə Misirə köçdü və 1943-cü ilin fevralında Misir kral ailəsindən Əmir İbrahimlə (d. 18 aprel 1903 — ö. 1977) evləndi. 1952-ci ildə bu nikahdan Osman Rüfət adlı oğlu dünyaya gəldi. Həmin il baş tutan Misir çevrilişindən sonra ailəsiylə ölkədən sürgün edildi və İsveçrəyə getdi. 16 oktyabr 2006-cı ildə Madriddə vəfat etdi və cənazəsi İstanbula gətirilərək Aşiyan məzarlığında dəfn edildi.
Övladları
redaktə- Osman Rüfət İbrahim (d. 20 may 1951, Qahirə)