Necef Necefov Ii - Wikipedia
Nəcəf Abbas oğlu Nəcəfov (16 may 1930, Məsimli – 19 noyabr 2013, Bakı) — Azərbaycan seleksiyaçı-alimi, kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi üzrə mütəxəssis.
Nəcəf Nəcəfov | |
---|---|
Nəcəf Abbas oğlu Nəcəfov | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (83 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Abbas Nəcəfov |
Elm sahəsi | Heyvandarlıq |
Elmi dərəcəsi | Kənd təsərrüfatı elmləri namizədi (1966) |
Elmi adı | Baş elmi işçi (1988) |
İş yeri | AzETHİ-nin Abşeron Heyvandarlıq Təcrübə Stansiyası |
Təhsili | Kənd Təsərrüfatı İnstitutu |
Elmi rəhbəri | akademik Mirzə Sadıxov |
Tanınır | Seleksiyaçı-alim, Abşeron cinsinin müəllifi |
Mükafatları |
[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəNəcəf Nəcəfov 16 may 1930-cu ildə Qərbi Azərbaycanın Qəmərli rayonunun Məsimli kəndində anadan olub.
Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi üzrə seleksiyaçı-alim Abşeron Heyvandarlıq Təcrübə Stansiyasının əməkdaşıdır. Kənd təsərrüfatı elmləri namizədi, seleksiya üzrə baş elmi işçidir. Elmi fəaliyyətə 1953-cü ildən başlamışdır.
1971–2007-ci illərdə Abşeron Heyvandarlıq Təcrübə Stansiyasında baş və aparıcı elmi işçi, "Qala-Abşeron" cinsli qoyunçuluq mövzusunun elmi rəhbəri və məhsul icraçısı olmuşdur
Yarımqaba yunlu "Abşeron" qoyun cinsinin müəllifidir.
Bu cinsin yaradılması mərhələlərinin aşağıdakı ardıcıllıqla elmi rəhbəri və icraçısı olmuşdur.
- Qala qoyununun bərpası və çoxaldılması (1971–1975-ci illər)
- Qala qoyunu bazasında ("Güzdək" və "Qobu" qoyunçuluq təsərrüfatları) zərif, yarımzərif, yarımqabayunlu mələzlərin və qabayunlu ana qoyun və şişəklərin tipik məhsuldar "Qala" qoçlarla geriyə çarpazlaşdırılması və yarımqabayunlu, yağlı quyruq istiqamətində seleksiya-damazlıq işi aparmaq üçün tipik heyvanlar qrupu yaradıldı (1976–1980-ci illər);
- Yarımqabayunlu Qala-Abşeron cinsli qoyunların damazlıq təsərrüfatı yaradıldı (1984-cü ildə Abşeron rayonunun "Güzdək, 1987-ci ildə isə "Qobu" damazlıq qoyunçuluq təsərrüfatlarında)
- Cinsin yaradılması sxemində nəzərdə tutulmuş işlər aparılmış, nəticələr tədqiq və təhlil edilmişdir.
- 1985–1990-cı illər üzrə "Güzdək" damazlıq təsərrüfatında Qala-Abşeron cinsli qoyunların perspektiv seleksiya-damazlıq planı təsdiq edildi. Müvəqqəti bonitirə təlimatı hazırlandı. Həmin təlimat təkmilləşdirib, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 1994-cü ildə nəşr edildi.
- 1990–2000-ci illər üçün "Güzdək" və "Qobu" damazlıq qoyunçuluq təsərrüfatlarının perspektiv seleksiya damazlıq planı hazırlanıb təsdiq edildi və kütləvi olaraq cinsin çoxaldılması, təkmilləşdirilməsi və istehsalata geniş tətbiqi aparıldı.
- Seleksiya nailiyyətinin ekspert təsviri kim tərəfindən aparılmış, yenilik olduğunun təsdiq edilmə tarixi: 22 aprel 2002-ci il tarixdə AzETHİ-nin elmi əməkdaşları, ekspert komissiyasının üzvləri – qoyunçuluq laboratioriyasının müdiri, k.t.e.n. B. M. Ocaqquliyev, maldarlıq laboratoriyasının müdiri, k.t.e.n. A. A. Möhsümov tərəfindən ilkin sənədlər yerində yoxlanılmış, Abşeron rayonunun "Güzdək" və "Qobu" damazlıq təsərrüfatlarında, eləcə də Abşeron bölgəsində Abşeron cinsinin böyük massivinə yerindəcə baxmışlar. Cinsin tam formalaşdığını və miqdarının tələbatı tam ödəməsi haqqında arayış tərtib edildi. Həmin arayış və sənədlər AzETHİ-nin 9 iyul 2002-ci il tarixli elmi şurasında müzakirə edildi və cins kimi təsdiq olunmasını tövsiyə etdilər (5 №-li protokol). Aprobasiya sənədləri Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına rəy üçün göndərilərək müsbət rəy alınmış, həmçinin təqdim edilən materialların cinsin tələblərinə cavab verdiyini nəzərə alaraq qeydiyyatdan keçməsini məsləhət bilmişlər (elmi şuranın 10 iyun 2002-ci il tarixli iclası, 9 №-li protokol).
Damazlıq kimi çoxaldılmış bu cins heyvanlar Azərbaycanın Abşeron, Quba-Xaçmaz, Şirvan, Muğan-Salyan və Lənkəran bölgələrinin kolxoz, sovxoz, yardımçı təsərrüfatları və fərdi fermer təsərrüfatlarına satılmışdır. Bu iş indi də davam etdirilir.
Təsərrüfatlar | Yaş və cinsiyyət qrupu | İllər | |||||
---|---|---|---|---|---|---|---|
2003 | 2004 | 2005 | |||||
çirkli yun | təmiz yun | çirkli yun | təmiz yun | çirkli yun | təmiz yun | ||
GÜZDƏK | Törədici qoçlar | 3,885 | 2,408 | 3,859 | 2,392 | 3,990 | 2,473 |
Ana qoyunlar | 2,773 | 1,719 | 2,832 | 1,755 | 2,771 | 1,718 | |
Şişəklər | 2,858 | 1,771 | 3,020 | 1,881 | 2,923 | 1,812 | |
QOBU | Törədici qoçlar | 3,849 | 2,386 | 3,881 | 2,406 | 3,897 | 2,416 |
Ana qoyunlar | 2,733 | 1,694 | 2,814 | 1,742 | 2,811 | 1,742 | |
Şişəklər | 2,818 | 1,747 | 2,920 | 1,810 | 2,882 | 1,786 |
Əsərlərinin siyahısı
redaktəAzETHİ-nin tələbinə əsasən Abşeron Heyvandarlıq Təcrübə Stansiyasında 1971–2008-ci illərdə aparılan Qala, Qala-Abşeron və Abşeron qoyun cinsləri ilə əlaqədar dərc edilmiş məqalələrin siyahısı
- Nəcəfov N. A. Qala qoyununun bəzi bioloji-təsərrüfat xüsusiyyətləri. "Kənd təsərrüfatı elmi xəbərləri" jurnalı, № 6, 1974. səh. 55–58.
- Наджафов Н.А. Пути восстановления размножения овец "Гала Гойуну"//Тезис докладов ВАСХНИЛ гор. Кировабад, 1975, с. 46–48.
- Nəcəfov N. A. Qala qoyunu Abşeronda. "Elm və həyat" jurnalı, № 7, 1976, səh. 16.
- Наджафов Н.А. Перспективы дальнейшего восстановления, размножения и со-вершенствования продуктивных качеств овец "Гала Гойуну" на Апшероне"//Доклад научной конференции по теме "Проблема сохранения использования Аборегенных (местных) пород и популяции животных образовательных процессе Закафказское отделение ВАСХНИЛ гор. Кировабад, 18–19 ноябрь 1976.
- Nəcəfov N. A. Bordaqda kökəldilən Qala qoyunun ət məhsuldarlığı. "Kənd təsərrüfatı elmi xəbərləri" jurnalı, № 3, 1977, səh. 63–65.
- Nəcəfov N. A. Qala qoyunun süd məhsuldarlığı. "Kənd təsərrüfatı elmi xəbərləri" jurnalı, № 5, 1977, səh. 23–25.
- Наджафов Н.А. Временная инструкция по бонитировке жирно-хвостных овец "Гала Гойуну" дополнено и утверждено плем совета МСХ, 3 июля 1977.//Утверждено по приказу МСХ Азерб.ССР от 23 февраля 1978 г.
- Nəcəfov N. A. Abşeronda perspektivli Qala qoyunu. //Broşura, Bakı, 1978, səh. 1–10.
- Nəcəfov N. A. Abşeronda Qala qoyunun bəzi məhsuldarlıq göstəriciləri. Elmi əsərlərin tematik məcmuəsi. XVI cild, Bakı, 1979, səh. 92–100.
- Наджафов Н.А. Перспективы восстановления, размножения и совершенствования продуктивных качеств овец "Гала Гойуну" в условиях Апшерона.//Тезисы докладов республиканского совещания продуктивности с/х. Азербайджана. Баку, 1980.
- Nəcəfov N. A. Abşeron zonasında müxtəlif cins və cins qruplarının, onların mələzlərinin yun məhsulunun müqayisəli öyrənilməsinin bəzi göstəriciləri. Kənd təsərrüfatı heyvanlarının məhsuldarlığı keyfiyyətinin təkmilləşdirilməsi yolları. AzETHİ-nin əsərlərinin tematik məcmuəsi. Bakı, 1983, səh. 90–94.
- Nəcəfov N. A. Qala qoyunu — potensial imkanları. // "Sovet kəndi" qəzeti, 31 mart 1983-cü il.
- Nəcəfov N. A. Azərbaycan şəraitində Qala-Abşeron cinsinin reproduktor genefondunun yaradılması. // Azərbaycan SSR Aqrar-Sənaye Komitəsinin istehsalata tətbiqi üçün təklif etdikləri işlərin qısa xülasəsi, Bakı, 1987, səh. 100–101.
- Nəcəfov N. A. Qala-Abşeron qoyununda damazlıq-seleksiya işlərinin bəzi keyfiyyət göstəriciləri. "Kənd təsərrüfatı elmi xəbərləri" jurnalı, № 3, 1988, səh. 40–43.
- Nəcəfov N. A. Qala-Abşeron qoyunlarının bəzi otlaq və bordaqda kökəldilməsi xüsusiyyətləri. "Kənd təsərrüfatı elmi xəbərləri" jurnalı, № 8, 1989, səh. 46–48.
- Nəcəfov N. A. Qala-Abşeron qoyunu.// Kənd təsərrüfatı və emal sənayesi müəssisələri üçün işlənib hazırlanmış və 1989–1990-cı illərin istehsalata tətbiqi tövsiyə edilmiş elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin qısa xülasəsi., Bakı, 1989, səh. 141–142.
- Nəcəfov N. A. Yeni yaradılan yarımqaba yunlu Qala-Abşeron qoyunu yununun bəzi la-boratoriya göstəriciləri. // Azərbaycan aqrar elmi jurnalı, № 5, 1991, səh. 16–17
- Наджафов Н.А. Овцы Гала-Апшеронская//Тезис научных сборников ВНИОК. Ставрополь, 1991, с. 152–154.
- Nəcəfov N. A. Qala-Abşeron qoyunların bonitirəsinə zootextiki tələbata dair təlimat. Bakı, 1994.
- Nəcəfov N. A. Qala-Abşeron qoyunun populyasiyasının genetik göstəriciləri.// "Azərbaycan aqrar elmi" jurnalı, № 3–4, 1994, səh. 10–11.
- Nəcəfov N. A. Potensial imkanlı yarımqaba yunlu Qala-Abşeron cinsli qoyun. "Azərbaycan aqrar elmi" jurnalı, № 3–6, 1995, səh. 23–24.
- Nəcəfov N. A. Qala-Abşeron qoyunu. "Azərbaycan Fermeri" jurnalı, № 3, 1997, səh. 23.
- Nəcəfov N. A. Abşeron cinsli qoyunun seleksiya-damazlıq işləri və bəzi məhsuldarlıq göstəriciləri. //F. Ə. Məlikov adına AZETHİ-nin elmi əsərlər toplusu. Bakı, 2004, səh. 145–149.
- Nəcəfov N. A. Perspektivli Abşeron qoyun cinsi yaradılmışdır. //"Azərbaycan elmi" beynəlxalq elmi nəzəri jurnal. № 6–7, Bakı, 2005, səh. 10–23.
- Nəcəfov N. A. Cavan Şirvan qoyunlarının yaş qruplarına görə ət məhsuldarlığı və orqanlarının inkişafının bəzi göstəriciləri.//"Azərbaycan aqrar elmi" elmi-nəzəri jurnalı, № 7–8, Bakı, 2006, səh. 66–67.
- Nəcəfov N. A. Abşeron qoyun cinsinin əsas bioloji-təsərrüfat va damazlıq məhsuldarlıq göstəriciləri. // E. Bəşirov. Azərbaycanda damazlıq heyvandarlığın problemləri və inkişafının elmi əsasları (1951–2008-ci il), Bakı, 2008, səh. 459–476.
- Small ruminant breeds of Azerbaijan. M. V. Abdullaev, N. A. Nadjafov, N. B. Ismayilov, B. M. Odjahkuliev and M. G. Balakishiev. Characterization of small ruminant breeds in central Asia and the Caucasus. /ed by Iniguez, Luis. Mueller, Joaquin International Center for Agricultural Research in the Dry Areas. 2008. P. 335–373.
Müsahibələr
redaktə- Qala qoyunu // "Azərbaycan aqrar elmi" jurnalı, № 5, 1991, səh. 40–42.
- Наджафов Н.А. Овец Гала-Апшеронская и их проблемы.// Azərbaycan radiosunun rus dilində efirə gedən "Пульс" proqramında çıxış. 4 avqust 1998-ci il.
- Создано новый пород овец.// газета "Зеркало", 26 октября 2002 г.
- "Золотой ключик" генефонда. // Газета "Зеркало", 3 декабря 2004 г.
- Если долго мучиться. // Газета "Зеркало", 4 августа 2007 г.
- [ölü keçid] ""Abşeron" cinsinin dünyada analoqu yoxdur" Mərkəz qəzeti
Perspektiv seleksiya-damazlıq planı
redaktə- "Güzdək" sovxozunda Qala-Abşeron qoyununda seleksiya-damazlıq işlərinin kompleks planı (1990–2000 il), səh. 1–118. // RİEB Azərdamazlıq birliyi tərəfindən 01 avqust 1989-cu ildə təsdiq edilib.
- "Qobu" sovxozunda Qala-Abşeron qoyununda seleksiya-damazlıq işlərinin kompleks planı (1990–2000 il), səh. 1–106. // RİEB Azərdamazlıq birliyi tərəfindən 01 avqust 1989-cu ildə təsdiq edilib.
- "Heyvandarlıqda seleksiya nailiyyətlərinin aprobasiyası haqqında əsasnamə" (layihə), 20 səh. // KTN tərəfindən 22 sentyabr 2006-cı ildə təsdiq edilmişdir.
Mənbə
redaktə- "Elm və həyat" jurnalı. № 1, 2010.
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2017-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-14.