Mustafa Nesirov - Wikipedia
Mustafa Cəfər oğlu Nəsirov (25 oktyabr 1921, Dərbənd – 27 may 2012, Bakı) – Azərbaycanın ilk sərhədçi generalı.
Mustafa Nəsirov | |
---|---|
1963 – 1971 | |
1975 – 1995 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 oktyabr 1921 |
Doğum yeri | |
Vəfat tarixi | 27 may 2012 (90 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | hərbi lider[d] |
Hərbi xidmət | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Qoşun növü | Sərhəd mühafizəsi |
Rütbəsi | general, general-mayor |
|
|
Təltifləri |
|
Həyatı
redaktəMustafa Nəsirov 25 oktyabr 1921-ci ildə Dərbənd şəhərində anadan olmuşdur. 1938-ci ildə Dərbənd pedaqoji məktəbini, 1940-cı ildə isə Dağıstan Dövlət Müəllimlik İnstitutunu bitirmişdir. Həmin ildə Sabnova kəndinin natamam orta təhsil məktəbində müəllim və təhsil hissəsinin müdiri işləmişdir.
1942-ci ilin yanvar ayında hərbi xidmətə çağırılıb. Xidmətini 1941-ci ilin 15 oktyabrından Moskva altında döyüşən 194-cü atıcı alayında əsgər kimi başlamışdır. 1942-ci ilin avqust ayında Saratov sərhəd qoşunlarının hərbi məktəbinə göndərilmişdir. 1943-cü ilin aprel ayında leytenant hərbi rütbəsində DİXK-nın sərhəd qoşunlarının Qırğızıstan dairəsində komandir vəzifələrində xidmətini davam etmişdir. 1947-ci ilin fevral ayından Frunze səhərində DİN qoşunları üzrə qarnizon komendaturasının komendantı olmuşdur. 1947-ci ildə bu vəzifədə olaraq ekstern yolu ilə Qırğızıstan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş və onun tam kursunu 1948-ci ildə bitirmişdir.
1948-ci ilin oktyabr ayından SSRİ DTN-nin Hərbi İnstitutunun müdavimi olmuşdur. İnstitutu fərqlənmə diplomu ilə bitirdikdən sonra 1952-ci ilin sentyabrından Azərbaycan və Zaqafqaziya sərhəd dairələrinin gərargahlarında hərbi hazırlıq bölmələrində xidmət etmişdir.
1961-ci ilin oktyabrından 1962-ci ilin aprelinə qədər SSRİ DTK-nin Ali Məktəbi nəznində təkmilləşdirmə kurslarının dinləyicisi olmuşdur. Sonralar isə xidmətini Azərbaycan sərhed dairəsinin Göoktəpə sərhəd dəstəsinin gərargah rəisi, Neftçala sərhəd dəstəsinin rəisi vəzifələrində davam etdirmişdir.
1962-ci ilin noyabrından 1968-ci ilin oktyabrına qədər Naxçıvan sərhəd dəstəsinə komandanlıq etmişdir, eyni zamanda SSRİ-nin sərhəd komissarı, Araz çayında İran ilə birgə "Araz" və "Mil-Muğan" hidroqurğuların tikilməsində SSRİ səlahiyyətli sərhəd nümayəndəsi olmuşdur. Həmin diplomatik vəzifələrdə işlərkən həmhüdud ölkənin müvafiq orqanları ilə mənalı əlaqə bəsləyərək sərhəd çayı sularının istifadə olunması, balıqçılıq, dəmir yolu, su, avtomobil nəqliyyatı vasitələrinin sərhəddən normal keçirilməsi, "Araz", "Mil-Muğan" hidroqurğularının uğurla aparılması sahəsində çalışıb.
1964-cü ildə polkovnik rütbəsi almış, 1968-ci ilin oktyabr ayında Azərbaycan SSRİ nəzdində DTK-nin sədri general-mayor Heydər Əliyevin təşəbbüsüilə Bakıda SSRİ DTK-nin Zaqafqaziya sərhəd dairəsinin hərbi-əməliyyat söbəsinin rəis müavini vəzifəsinə təyin edilmişdir. 1972-ci ilin dekabrından Bakıda HƏŞ-nin rəisi, SSRİ DTK – nin Zaqafqaziya sərhəd dairəsi ordusunun rəis müavini, dairənin Hərbi Şurasının və Azərbaycan Respublikası DTK-nin kolleqiyasının üzvü olmuşdur. 1977-ci ildə SSRİ-nin Hərbi Qüvvələrinin baş Gərargahı nəznindəki akademiyada rəhbər heyətinin təkmilləşdirilməsi üzrə ali akademik kurslarında oxumuşdur.
Mustafa Cəfər oğlu bütün yuxarıda göstərilən vəzifələrdə sovet dövründə sərhəd qoşunlarında ilk azərbaycanlı-zabit olmuşdur.
General-mayor Nəsirov M. C. 1987-ci ilin iyununda 65 yaşında istefaya çıxmışdır.
Mustafa Nəsirov 1987-ci ilin mart ayında Azərbaycan Respublikası Müharibə, Əmək və Hərbi Qüvvələr Veteranları Şurasının ilk sədri seçilmişdir.
1993-cü ilin avqustunda Mustafa Nəsirov Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin sərhəd məsələləri üzrə baş məsləhətçisi təyin olunmuşdu və bu vəzifədə 1995-ci ilin iyuluna qədər işləmişdir.
Mustafa Nəsirov Naxçıvan MR Ali Sovetinin 6-cı və 7-ci çağırıştı deputatı (1963–1971), Azərbaycan Respublikasının Ali Sovetinin 9, 10, 11, və 12 çağırış deputatı (1975–1995) seçilmişdir. 1990–1995-ci illərdə Azərbaycan Respublikasının Ali Sovetinin Rəyasət Heyətinin üzvü olmuşdur.
1994-cü ildən 1995-ci ilə qədər MDB ölkələri iştirakçılarının parlamentarası Assambleyasının üzvü, mühafizə və təhlükəsizlik məsələləri üzrə onun daimi komissiyasının sədri olmuşdur.
4 iyul 2012-ci də Bakıda Mustafa Nəsirovun xatirəsinə həsr olunmuş "Ölməzlik" kitabının təqdimat mərasimi keçirilmişdir.[1]
Təltifləri
redaktəMustafa Nəsirov "Qırmızı Bayraq" (1967), "Qırmızı Əmək Bayrağı" (1977) və "Vətən müharibəsi" (1985) ordenləri ilə təltif olunmuşdur. Ona "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" (1984), "Dövlət təhlükəsizliyinin fəxri əməkdaşı" (1980), "Dərbənd şəhərinin fəxri vətəndaşı" (1996) fəxri adları verilmişdir.
Dərbənd şəhərində bir küçəyə "General Nəsirov M. C." adı verilmişdir. O, Naxçıvan MR Ali Sovetinin Rəyasət Heyəti tərəfindən iki dəfə (1968 və 1972-ci illərdə) və Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət Heyəti tərəfindən dörd dəfə fəxri fərmanlarla təltif olunmuşdur (1958 və 1964, 1978 may və 1978 oktyabr).
O, 18 medalla təltif olunub, həmçinin (1950) "SSRİ dövlət sərhədini qorunmasında fərqlənməyə görə", "Hərbi ləyaqətinə görə" (1955), "İctimai asayişin qorunması üzrə əla xidmətinə görə" (1982), "Georgi Jukov"(1996), "Azərbaycan Respublikasının sərhədində fərqlənməsinə görə" (2001). Dəfələrlə SSRİ DTK-nin sədri (18.04.1973, 07.12.1978), SSRİ DTK-nin sərhəd qoşunları rəisi (04.05.1967, 07.05.1980), Zaqafqaziya və Azərbaycan sərhəd dairələrinin SQ rəisləri, ÜLKGİ MK (05.07.1954, 29.10.1978), Qırğızıstan və Azərbaycan LKGİ MK tərəfindən (23.12.1945), SSRİ-nin Neft Sənayesi Nazirliyi, Energetika və elektrifikasiya Nazirliyi, HİÜMŞ-nın rəyasət heyəti tərəfindən fəxri fərmanlarla, Bolqarıstan, Macarıstan, Çexoslovakiya SQ-nun, "Baykanurun fəxri inşaatçısı", "Strateji raket qoşunların 30 illiyi" fərqlənmə döş nişanları ilə təltif olunmuşdur. Nəsirov M. C. nəşr olumuş 50-dən çox materialın müəllifidir.[2]
Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2011-ci il tarixli Sərəncamı ilə Mustafa Cəfər oğlu Nəsirov "Şöhrət" ordeni ilə təltif edilib.[3]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ http://azertag.com/node/975955
- ↑ http://www.9may.az/article_az.php?subaction=showfull&id=1112763346&archive=&start_from=&ucat=14[ölü keçid]
- ↑ "Arxivlənmiş surət". 2011-10-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-26.