Mustafa Lutfi Ismayilov Sirvanski - Wikipedia
Mustafa Lütfi Sədrəddin oğlu İsmayılov-Şirvanski[1] və ya Mustafa Lütfi Şirvani (az.-əski. مصطفی لطفی اسماعیلوف٬ مصطفی لطفی شیروانی; mühacirətdə: Mustafa Lütfi Azər[2]; 1876, 1878 və ya 1879, Şamaxı, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 14 avqust 1939, Şanlıurfa, Türkiyə) — müəllim, şair, jurnalist, Həştərxanda nəşr olunan "Bürhani-tərəqqi" qəzetinin redaktoru və naşiri.[3][4] I cağırış TBMM-nin millət vəkili (1920–1923).[2][5][6][7]
Mustafa Lütfi İsmayılov Şirvanski | |
---|---|
3 avqust 1921 – 16 aprel 1923 | |
Seçki dairəsi | Siverek |
Əvvəlki | vəzifə təsis olundu |
Sonrakı | Xəlil Fəxri Gürmən |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1876, 1878 və ya 1879 |
Doğum yeri | |
Vəfat tarixi | 14 avqust 1939 |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi, jurnalist, naşir, şair, müəllim |
Həyatı
redaktəMustafa Hacı Sədrəddin oğlu İsmayılov (Mustafa Lütfi Şirvani) 1876-cı (Zaqafqaziya Sünni Ruhani İdarəsinin verdiyi şəhadətnamədə 1873-cü[8], öz tərcümeyi-halında 1879-cu[5]) ildə Şirvanın mərkəzi Şamaxı şəhərində doğulmuşdur. Mustafanın atası Hacı Sədrəddin əfəndi nəqşibəndi şeyxi, Qafqazdakı müridizmi hərəkatının mənəvi babalarından olan, İsmayıl Kürdəmiri (İsmayıl Siracəddin Şirvani) kimi tanınan bir pirin müridlərindəndir.[9] 1902-ci ildə Şamaxı mədrəsəsindən icazə alıb sonra İstanbula gəlir. İstanbulda Fateh mədrəsəsində dağıstanlı Əbdülfəttah əfəndinin şagirdi olur. Təhsilini 1905-ci ildə İstanbul Darülmüəllimində tamamlayıb.[5][10]
Rusiya çarının 17 oktyabr 1905-ci il tarixli manifestinin verdiyi imkanlardan istifadə edərək, o, xalı-xalça alverçisi kimi Həştərxana gəlmiş, qısa bir müddətdən sonra- noyabrın 26-da burada "Şurayi-İslam" adlı ictimai-siyasi cəmiyyət yaradır. Mustafa İsmayılov təhsildə tərbiyənin rolunu yüksək qiymətləndirməyə meyilli pedaqoq kimi cəmiyyətin nəzdində "Darül-ədəb" ("ədəb evi", "ədəb məktəbi"), qızlar üçün "Nümuneyi-tərəqqi" adlı zəmanənin tələb etdiyi yeni tipli məktəb açır. 1906-cı ildə "Bürhani-tərəqqi",[11][10][8] 1907-ci ildə "Həmiyyət", 1911-ci ildə "Haqq" qəzetlərini nəşr etdirmişdir. Abdulla Tukayın "Mustafa" şeiri Mustafa Lütfiyə həsr olunub.[12][13][14][15][16]
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ ИСМӘГЫЙЛЕВ Мостафа Лотфый Ширванский (PDF). Рухи мирас: эзләнүләр һәм табышлар. Татар әдәбиятында тәхәллүсләр (tatar). Казан: ТӘһСИ. 2021. 90. ISBN 978-5-93091-404-7. 2023-12-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-11-30.
- ↑ 1 2 TBMM Albümü 1. Cilt (1920–1950) (PDF) (türk). 2016-02-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-12-26.
- ↑ "Бурхане Таракки". tatarica.org (rus). 2023-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-30.
- ↑ "Борһане тәрәкъкый". tatarica.org (tatar). 2023-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-30.
- ↑ 1 2 3 Uğur Üçüncü. "Siverek Mebusu Mustafa Lütfi (Azer) Bey ve TBMM'deki Faaliyetleri" (PDF). History Studies. 10 (5). 2018: 241–267. 2023-12-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-12-11.
- ↑ "MUSTAFA LÜTFİ BEY (MUSTAFA LÜTFİ AZER) (SİVEREK)". Türkiye Büyük Millet Meclisi Tutanak Dergisi. 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-11.
- ↑ Əhməd, Dilqəm. "TBMM-in azərbaycanlı üzvü". teleqraf.com. 2024-04-23. 2024-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-31.
- ↑ 1 2 М. М. Имашева. "Мустафа Лутфи Измайлов — лидер астраханского регионального общественного движения мусульман начала XX века". Преподаватель ХХI век (4). 2014: 283–298.
- ↑ Şamil, Əli. "Türklük davasının döyüşçüsü". "Xalq Cəbhəsi" qəzeti. 9 İyul 2014. 2022-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-04.
- ↑ 1 2 А. А. Давыдова. "История издания и функционирования газеты «Бургань-Таракки» (1906–1911 гг.)" (PDF). Гуманитарные исследования (3). 2011: 17–25. 2023-12-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-11-30.
- ↑ Б. К. Миннуллин. "Татарская периодическая печать Астрахани начала XX века" (PDF). Научный Татарстан (4). 2009: 175–178. ISSN 1683-6537. 2023-12-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-11-30.
- ↑ Nəsrəddinov, Nazim. "Mustafa Lütfi Şirvani İsmayılov kimdir?". davam.az. 9 mart 2014. 2023-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-03.
- ↑ Nəsrəddinov, Nazim. "Mustafa Lütfi Şirvani və onun Həştərxanda nəşr olunan "Bürhani-tərəqqi" qəzeti". modern.az. 11 mart 2014. 2023-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-30.
- ↑ Nəsrəddinov, Nazim. "Həştərxanda Azərbaycan dilində nəşr olunan "Bürhani-tərəqqi" qəzeti". kaspi.az. 16 may 2014. 2023-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-03.
- ↑ Nəsrəddinov, Nazim. "Mustafa Lütfi Şirvani İsmayılov". kiriminsesigazetesi.com. 22 yanvar 2020. 2023-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-15.
- ↑ Fərəcov, Savalan. "Milli və islam dəyərlərinin yorulmaz təbliğatçısı". "Mədəniyyət" qəzeti. 2017-12-27. 2023-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-12.
Ədəbiyyat
redaktə- Selçuk Altuntaş. Burhan-ı Terakki Gazetesi Üzerine Bir İnceleme (Birinci Bölüm). Yüksek Lisans Tezi. İzmir. 2006.
- Бахтияр Кимович Миннуллин. Язык газеты "Борхане Таракки": 1906–1911: дис. кандидат филологических наук:. Казань. 2010.