Movses Silikyan - Wikipedia
Movses Silikyan (erməni: Մովսես Սիլիկյան; rus: Мовсес Силиков/Movses Silikov; 14 sentyabr 1862, Vartaşen, Nuxa qəzası – 10 dekabr 1937, İrəvan), erməni hərbçisidir.
Movses Silikyan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 sentyabr 1862 |
Doğum yeri | |
Vəfat tarixi | 10 dekabr 1937 (75 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | güllə yarası[d] |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya imperiyası |
Rütbəsi | general, general-mayor |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Silikyan Moskva Hərbi Gimnaziyasında və Gümrü Hərb Məktəbində təhsil almışdır. 1884-cü ildə isə rus ordusunda rota komandiri olmuşdur. Birinci Dünya Müharibəsində Qafqaz cəbhəsində rus ordusunun cərgələrində xidmət etmişdir. Vanda və Ərzurumda böyük xidmətlər göstərmiş və general rütbəsinə yüksəldilmişdir. O, həmçinin Müqəddəs Georgi ordeninə də layiq görülmüşdür. Osmanlı ordusuna qarşı uzun müddət döyüşmüş, lakin sonunda məğlub edilmişdir.
İrəvana çəkilən Silikyan Oktyabr İnqilabında bolşeviklərə qarşı müharibə aparmış, lakin yenə də məğlub edilmişdir və buna görə də Ermənistandan qaçmaq məcburiyyətində qalmasıdır. 1937-ci ildə isə Sovet qoşunları tərəfindən əsir götürülmüş və Stalinin göstərişi ilə edam edilmişdir.