Moldoviya - Wikipedia
Moldova və ya rəsmi adı ilə Moldova Respublikası (mold. Republika Moldova), keçmiş mənbələrdə Moldaviya[5] — Şərqi Avropada dövlət. Moldova dənizə çıxışı olmayan ölkələrdən biridir. Şimal, şərq və cənubda Ukrayna, qərbdə isə Rumıniya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Kişinyov şəhəri, ümumi sahəsi 33,846 kvadrat kilometrdir. Moldova 1940-cı ildə SSRİ tərəfindən Rumıniyadan qoparılmış Bessarabiya torpaqlarında yaradılmış və SSRİ-nin tərkibinə müttəfiq respublika statusu ilə daxil edilmişdir. Moldovanın Dnestr çayından şərqdəki əraziləri 1991-ci ildən tanınmamış Dnestryanı Moldov Respublikasının nəzarətindədir.
Moldova | |||||
---|---|---|---|---|---|
mold. Republica Moldova | |||||
| |||||
Discover the routes of life, Dewch i Ddarganfod Taith Bywyd | |||||
Himn: "Limba Noastră" (azərb. "Bizim dilimiz") |
|||||
Tarixi | |||||
• Müstəqilliyin elanı | 27 avqust 1991 | ||||
Rəsmi dilləri |
|
||||
Paytaxt | Kişinyov | ||||
İdarəetmə forması | Parlamentli respublika | ||||
Prezident |
[ 24.XII.2020 ~ ] |
||||
Baş nazir | Dorin Reçan [ 16.II.2023 ~ ] | ||||
Sahəsi | Dünyada 140-cı | ||||
• Ümumi | 33,846 km² km² | ||||
• Su sahəsi (%) | 1,4 | ||||
Əhalisi | |||||
• Əhali | 2,682,000 nəfər (129-cu) | ||||
• Siyahıyaalma (5.10.2004) | 3 938 679 nəf. | ||||
• Sıxlıq | 120 nəf./km² (87-ci) | ||||
• Ümumi | 13.692.230.147 $[3], 14.420.947.884 $[3] | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 17,19 milyard dollar (148-ci) | ||||
• Adambaşına | 4 800 dollar (171-ci) | ||||
Valyuta | Moldova leyi | ||||
İnternet domeni | .md | ||||
ISO kodu | MD | ||||
BOK kodu | MDA | ||||
Telefon kodu | +373 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][4] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Etimologiya
redaktəMoldovanın adı Moldova çayının adındandır. Moldova Knyazlığının 1359-cu ildə əsası qoyulanda bu çayın vadisi siyasi mərkəz idi.
Əhali
redaktəVətəndaşlıq
redaktə- 5–12 oktyabr 2004-cü il əhali siyahıyaalınmasına yekunlarına əsasən[6]:
- Moldova əhalisinin ümumi sayı 3,383,332[6] nəfər olmuşdur. Onlardan:
Milli tərkib
redaktəEtnik qrup | Moldova R. | Etnik qrup | Dnestryanı R. |
---|---|---|---|
cəmi | 3 383 332 | cəmi | 555 347 |
moldavan | 2 564 850 | moldavan | 177 382 |
ukraynalı | 282 406 | rus | 168 678 |
rus | 201 219 | ukraynalı | 160 069 |
qaqauz | 147 500 | bolqar | 13 858 |
rumın | 73 276 | qaqauz | 4 096 |
bolqar | 65 662 | belorus | 3 811 |
qaraçı | 12 271 | alman | 2 071 |
belorus | 5 059 | yəhudi | 1 259 |
yəhudi | 3 608 | … | … |
polyak | 2 383 | … | … |
erməni | 1 829 | … | … |
alman | 1 616 | … | … |
tatar | 974 | … | … |
azərbaycanlı | 891 | … | … |
gürcü | 501 | … | … |
yunan | 482 | … | … |
litvalı | 259 | … | … |
latış | 185 | … | … |
eston | 77 | … | … |
digər | 4 264 | digər | 6 924 |
m.g. | 14 020 | m.g. | 17 199 |
- Qeyd: m.g. — Milliyyətini göstərməyənlər.
Dil
redaktəHal-hazırda Moldovada rəsmi dil Moldovan dilidir. Bu dil Rumın dili ilə eynidir, lakin rumınlardan fərqli olaraq, Moldovanların öz xüsusi dialekti var. Ölkədə, əsasən də paytaxt Kişinyovda moldovanlar rus dilində də danışırlar.
Etnik qrup | Say | Moldovan dili | Ukrayna dili | Rus dili | Qaqauz dili | Rumın dili | Bolqar dili | Digər dillər | Bilinmir |
---|---|---|---|---|---|---|---|---|---|
cəmi | 3 383 332 | 2 029 847 | 186 394 | 380 796 | 137 774 | 558 508 | 54 401 | 21 504 | 14 108 |
moldovan | 2 564 849 | 2 011 403 | 3 606 | 63 290 | 402 | 481 593 | 493 | 4 062 | … |
ukraynalı | 282 406 | 8 189 | 180 981 | 89 853 | 510 | 2 358 | 149 | 366 | … |
rus | 201 218 | 3 279 | 586 | 195 573 | 180 | 1 341 | 163 | 96 | … |
qaqauz | 147 500 | 1 274 | 616 | 8 618 | 136 155 | 338 | 318 | 181 | … |
rumın | 73 276 | 1 139 | 131 | 571 | 3 | 71 327 | 6 | 99 | … |
bolqar | 65 662 | 2 084 | 110 | 9 134 | 395 | 682 | 53 178 | 79 | … |
digər | 34 401 | 2 478 | 364 | 13 751 | 129 | 869 | 94 | 16 621 | 95 |
m.g. | 14 020 | 1 | … | 6 | … | … | … | … | 14 013 |
*Qeyd: m.g. — Milliyyətini göstərməyənlər.
İqtisadiyyatı
redaktəMoldaviyanın təsərrüfatının əsasını aqrar-sənaye kompleksi təşkil edir. K/t-da üstün yeri bitkiçilik tutur, onun aqrar sahələri üzümçülük-şərabçılıq, meyvə-tərəvəz konservi, aqrar-sənaye kompleksidir (ASK). Üzümçülük-şərabçılıq mərkəzi-Kodrlarda, tərəvəzçilik Dnestr subasarlarında, meyvəçilik hər yerində yayılmışdır, əsas dənli bitkisi buğda və qarığdalıdır. Meşə-çöl zonasında şəkər çuğunduru becərilir. Öz tələbatını taxılla tam ödəyir. Heyvandarlıq şimalı və mərkəzində südlük-ətlik və donuzçuluq, cənubunda qoyunçuluqdur. ASK-si tərkibində müxtəlif maşınqayırma (bağçılıq traktorları, soyuducular, yeyinti avadanlıqları) sahələri inkişaf etdirilmişdir. İstilik və su elektrik stansiyaları fəaliyyət göstərir.
Təhsil
redaktə- 5–12 oktyabr 2004-cü il əhali siyahıyaalmasının yekunlarına əsasən:
- Ümumi ölkə əhalisinin sayı: 3,383,332 nəfər olmuşdur. Onlardan:
- 10 yaş və yuxarı yaşda olan əhalinin sayı: 3,012,069[11] nəfər olmuşdur. Onlardan:
- Ali təhsillilərin sayı: 304,091[11] nəfər
- Orta-xüsusi peşə təhsillilərin sayı: 287,328[11] nəfər
- Orta təhsillilərin sayı: 910,387[11] nəfər
- Məcburi orta təhsillilərin sayı: 869,254[11] nəfər
- İbtidai təhsillilərin sayı: 533,111[11] nəfər
- Təhsili olmayan ancaq oxuyub-yazmağı bacaranların sayı: 77,431[11] nəfər
- Təhsili olmayan və oxuyub-yazmağı bilməyənlərin sayı: 30,025[11] nəfər
- Təhsili səviyyəsi haqqında məlumatları bildirməyənlərin sayı: 442[11] nəfər
- 10 yaş və yuxarı yaşda olan əhalinin sayı: 3,012,069[11] nəfər olmuşdur. Onlardan:
- Ümumi ölkə əhalisinin sayı: 3,383,332 nəfər olmuşdur. Onlardan:
Siyasət
redaktəAna məqalə: Moldovada seçkilər
Seçkilər sistemi
redaktəMoldovada seçkilər milli qanunvericiliyə uyğun olaraq keçirilir. Moldovanın parlamenti (Parlamentul) 4 ildən bir keçirilən seçkilərdə vətəndaşlar tərəfindən seçilir. Parlamentin 101 üzvü var. 2001-ci ildən etibarən ölkənin prezidenti parlament üzvləri tərəfindən seçilir. Moldova konstitusiyasına uyğun olaraq bir namizəd iki dəfə prezident seçilə bilər. İlk dəfə prezident seçilmək üçün parlamentin 61 deputatının dəstəyi, ikinci müddətə seçilmək üçün isə 51 deputatın səsi lazımdır. Heç bir namizəd prezident seçilmək üçün lazımi qədər səs toplaya bilməsə parlament seçkiləri yenidən keçirilir. Moldovanın hazırli prezidenti Nikolae Timofti 23 mart 2012 tarixində Moldovanın prezidenti seçilib.
İstinadlar
redaktə- ↑ Moldova Respublikasının müstəqilliyi haqqında deklarasiya. 1991.
- ↑ Hotărârea nr. 36 din 05.12.2013 privind interpretarea articolului 13 alin. (1) din Constituție în corelație cu Preambulul Constituției și Declarația de Independență a Republicii Moldova. 2013.
- ↑ 1 2 https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.
- ↑ http://chartsbin.com/view/edr.
- ↑ Молдавија Совет Сосиалист Республикасы // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 25.
- ↑ 1 2 3 4 5 6 7 Biroul Naţional de Statistică: Populaţia după cetăţenie, pe grupe de vîrstă, sexe şi medii/Население по гражданству, возрастным группам, полу и типу местности/Population by citizenship, age group, sex and area Arxivləşdirilib 2013-11-14 at the Wayback Machine
- ↑ Population statistics of Eastern Europe (pop-stat.mashke.org): Ethnic composition of Moldova 2004 Arxivləşdirilib 2015-05-02 at the Wayback Machine and Ethnic composition of Moldova 2004 (all places, Moldova & Transnistria) Arxivləşdirilib 2013-12-04 at the Wayback Machine
- ↑ Office of the High Commissioner for Human Rights (OHCHR): WRITTEN REPLIES BY THE GOVERNMENT OF MOLDOVA CONCERNING THE LIST OF ISSUES (CERD/C/MDA/Q/7) RECEIVED BY THE COMMITTEE ON THE ELIMINATION OF RACIAL DISCRIMINATION RELATING TO THE CONSIDERATION OF THE FIFTH, SIXTH AND SEVENTH COMBINED PERIODIC REPORTS OF MOLDOVA (CERD/C/MDA/7) Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine---Seventy-first session, Geneva, 30 July-17 August 2007
- ↑ Population statistics of Eastern Europe (pop-stat.mashke.org): Ethnic composition of Transnistria 2004 Arxivləşdirilib 2011-08-19 at the Wayback Machine
- ↑ Biroul Naţional de Statistică: Populaţia după naţionalităţile de bază, limba maternă şi limba în care vorbeşte de obicei/Население по основным национальностям, родному языку и языку на котором обычно разговаривает/Population by main nationalities, mother tongue and language usually spoken Arxivləşdirilib 2013-11-14 at the Wayback Machine
- ↑ 1 2 3 4 5 6 7 8 9 Biroul Naţional de Statistică: Populatţia în vîrstă de 10 ani şi peste după nivelul de instruire, pe medii, în profil teritorial/Население в возрасте 10 лет и старше по уровню образования и типу местности, в территориальном разрезе/Population aged 10 years and over by educational attaiment and area, in territorial aspect Arxivləşdirilib 2013-11-14 at the Wayback Machine