Mogilyov Metallurgiya Zavodu - Wikipedia
Mogilev Metallurgiya Zavodu ASC (belar. Магілёўскі металургічны завод) — Mogilyov şəhərində yerləşən metal borular, texniki hissələr, dəmiryolu xətləri, dəmir və polad məhsulları istehsal edən Belarus müəssisəsidir.
Mogilyov Metallurgiya Zavodu | |
---|---|
Ümumi məlumatlar | |
Təsis tarixi | 6 noyabr 1932[1] |
Baş qərargahın yeri | |
Struktur | |
Ana şirkət | Belarus Metallurgiya Zavodu[3][4] |
mmz.by | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəZavod 1929-1932-ci illərdə Mogilyovun şimal-şərq hissəsində qurulub və əvvəllər A.F.Myasnikov adına Mogilyov Tökmə Boru Zavodu adlanırdı. Zavodun ilk məhsulları çuqun su kəməri borularıdır.[5][6] 1932-1934-cü illərdə BSSR Xalq Komissarları Soveti yanında SSRİ Xalq Ağır Sənaye Komissarlığının, 1934-cü ildən isə Belarus Respublika Metal Emalı Sənayesi Trestinin tabeliyində olmuşdur[7] 1937-ci ildə metalyayan prokat sexi istifadəyə verildi. Böyük Vətən Müharibəsi illərində zavodun avadanlıqları təxliyə edilmişdi. 1947-ci ildə polad təbəqələrinin, 1948-ci ildə isə boruların istehsalına başlandı.[5] 1944-cü ilin iyun-noyabr aylarında zavod Belarus Respublika Aparat Sənayesi Trestinə, sonra Belmaşstankotrestə, 1946-cı ildən BSSR Yerli Sənaye Nazirliyinə tabe idi. 1953-cü ildə zavod artıq polad dam örtüklərinin istehsalını mənimsəmişdi. Elə həmin il boru tökmə zavodunun adı dəyişdirilərək metallurgiya zavoduna çevrildi. 1959-cu ildə zavod SSRİ-də ilk olaraq yarım-fasiləsiz üsulla çuqun su borularının istehsalına başlamışdı. 1957-1965-ci illərdə zavod BSSR Xalq Təsərrüfatı Şurasının tabeliyində olmuş, 1965-ci ildə yenidən Yerli Sənaye Nazirliyinin tabeliyinə keçmişdir. 1984-cü ildə zavod "Soyuztruostal" Ümumittifaq Sənaye Birliyinin tərkibinə daxil oldu. 1986-cı ildə zavodda boruların elektrik qaynaq üsulu ilə istehsalı üzrə ilk qurğu işə salındı. Həmin ildə diametri 400 mm olan çuqun borularınnın tökmə üsulu ilə hazırlanması mənimsənildi. 1991-ci ildə Belarus Respublikası Sənaye və Sahələrarası İstehsal üzrə Dövlət Komitəsinin, 1994-cü ildə Belarus Respublikası Sənaye Nazirliyinin tabeçiliyinə verildi. 1996-1997-ci illərdə zavod korporativləşdirildi, açıq səhmdar cəmiyyətinə çevrildi. Müəssisənin nizamnamə kapitalında Amerika şirkəti də iştirak etmişdi. 2003-cü ildə çuqun lyukların, 2004-cü ildə tökmə və çınqıl atma istehsalına yiyələnildi. 2006-cı ildə zavod hüquqi şəxs hüquqlarını saxlamaqla "Belarus Metallurgiya Zavodu" istehsalat birliyinin tərkibinə daxil oldu (2012-ci ildən açıq səhmdar cəmiyyəti formasında holdinqə çevrildi). 2013-2017-ci illərdə zavod dəmir yolu nəqliyyatı üçün sərbəst döymə üsulu ilə kobud oxların istehsalını mənimsəmişdi.[8][9]
Hazırkı vəziyyəti
redaktəZavod müxtəlif təyinatlı dairəvi və profilli kəsikli elektrik qaynaqlı borular (o cümlədən su və qaz kəmərləri), dartma dəmiryolu xətləri, texniki hissələr, dəmir məmulatları, istehlak malları, döyülmüş polad parçaları istehsal edir[10]. 2017-ci ildə məhsulların 90%-i 22 ölkəyə ixrac edilib. 2017-ci ildə polad elektrik qaynaqlı boruların istehsalı ayda 6 min ton təşkil edib.[11] Şirkətin 980 işçisi var. 2007-ci ildə şirkətin səhmlərinin 56%-i dövlətə məxsus idi.[12]
İstinadlar
redaktə- ↑ http://www.mmz.by/about/istorija/.
- ↑ http://www.mmz.by/rekvizity/.
- ↑ https://www.belsteel.com/about/sostav-holdinga-bmk.php.
- ↑ https://eng.belsteel.com/about/about-holding.php.
- ↑ 1 2 "История". 2020-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-31.
- ↑ Şablon:Книга:БелЭн
- ↑ Открытое акционерное общество «Могилевский металлургический завод» Arxivləşdirilib 2018-03-23 at the Wayback Machine на сайте «Архивы Беларуси» (Фондовый каталог государственных архивов Республики Беларусь)
- ↑ "Могилевский металлургический завод начал монтаж оборудования для производства черновых осей". 2020-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-31.
- ↑ "Могилевский металлургический завод наладил поставки в Россию черновой оси для ж/д транспорта". 2020-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-31.
- ↑ "Продукция". 2020-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-31.
- ↑ "Могилевский металлургический завод увеличил экспорт". director.by. 2020-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-19.
- ↑ "Могилевский металлургический завод увеличил производство стальных труб". naviny.media. 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-19.