Mirze Qasim Xan Tebrizi - Wikipedia
Mirzə Qasım xan Mirzə Həsən xan oğlu Təbrizi (1882-1949) — İranın ictimai-siyasi xadimi.
Mirzə Qasım xan Təbrizi | |
---|---|
Mirzə Qasım xan Mirzə Həsən xan oğlu Təbrizi | |
Doğum tarixi | |
Doğum yeri | Təbriz, Cənubi Azərbaycan |
Vəfat tarixi | |
Fəaliyyəti | jurnalist |
Həyatı
redaktəMirzə Qasım xan Mirzə Həsən xan oğlu Təbriz şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Müzəffərəddin mirzənin büyütat müşaviri olmuşdu. Sonra saray münşisi vəzifəsində çalışmışdı. Məşrutə inqilabı dövründə sərmayə qoyub "Suri-İsrafil" adlı qəzet buraxmağa başladı.
Mirzə Qasım xan Təbrizi I Məclis dönəmində Avropaya getmişdi. II-III Məclis dönəmində Tehran və Qum şəhərlərində yaşayırdı. Sonra İstanbula yollandı.
Mirzə Qasım xan Təbrizi Mehdiqulu xan Hidayətin (Müxbirəssəltənə) baş nazirliyi dönəmində Poçt və Teleqraf naziri olmuşdu.
Mirzə Qasım xan Təbrizi 1938-1940-cı illərdə Tehran şəhərinə başçılıq etmişdi.
Mirzə Qasım xan Təbrizi 1949-cu ildə vəfat edib.
Mənbə
redaktə- Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
- Müin lüğəti (5-ci cild)