Mirze Hesen Tahirzade - Wikipedia
Tahirzadə Mirzə Həsən Mirzə Nəsir bəy oğlu — Qafqaz müsəlmanlarının IV Şeyxülislamı; Sankt-Peterburq Universitetinin müəllimi, İslam hüququ üzrə mütəxəsis.
Mirzə Həsən Tahirzadə | |
---|---|
Mirzə Həsənxan bəy Mirzə Nəsir bəy oğlu Tahirzadə | |
Qafqaz müsəlmanlarının IV şeyxülislamı | |
5 sentyabr 1885 – 1893 | |
Əvvəlki | Əhməd Hüseynzadə |
Sonrakı | Əbdüssəlam Axundzadə |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Kəngərli, Qarabağ əyaləti, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Tiflis, Tiflis qəzası, Tiflis quberniyası, Rusiya imperiyası |
Fəaliyyəti | şərqşünas |
Həyat yoldaşı | Səlma xanım Seyid Əli qızı |
Uşağı | Nəsir bəy Tahirov |
Dini | islam |
Həyatı
redaktəMirzə Həsən Tahirzadə 1837-ci ilin 30 may tarixində Şuşa qəzasının Cavanşir sahəsinin Kəngərli obasında (müasir Tərtər rayonunun Kəngərli kəndi) anadan olmuşdu.[1]
İbtidai təhsilini atası Mirzə Nasir bəy Tahirzadədən almışdır. Sonra Təbriz şəhərində "Talibiyyə" mədrəsəsində təhsilini davam etdirmişdi. Doğma yurduna dönəndən sonra 8 aprel 1859-cu ildə Qapanlı obasında molla kimi dini fəaliyyətə başlamışdı.
21 iyun 1893-cü ildı Tiflisdə vəfat etmişdir.[2] Onu Qafqaz müsəlmanlarının şeyxülislamı vəzifəsində Əbdüssəlam Axundzadə əvəz etmişdir.
Axundluq fəaliyyəti
redaktə6 avqust 1873-cü ildə imtahandan keçərək Zaqafqaziya Şiə Ruhani idarəsinin qərarı, Yelizavetpol Ruhani məclisinin sərəncamı ilə axund titulu almışdı. Elə həmin il 21 avqustda imperatorun əmri ilə Qafqaz eskadronunun leybqvardiyasının 4-cü vzvoduna axund təyin edilmişdi. 1878-ci ilədək qvardiyada ruhani kimi xidmət etmişdi. Xəstəliyi ilə bağlı dördaylıq məzuniyyətə buraxılmış, sonra hərbi xidmətdən (çarı müsəlman qvardiyaçıları qoruyurdular) tərxis edilmişdi.
Müəllimlik fəaliyyəti
redaktəMirzə Şəfi Vazehin vəfat etməsindən sonra Sankt-Peterburq İmperial Universiteti boşalmış olan fars dili müəllimi üçün vakansiya elan etmişdi.[3] Mirzə Həsən bu yer üçün müraciət edən 3 namizəddən biri idi. Digər namizədlər Həştərxan quberniyasının fars dili üzrə tərcüməçisi Mirzə Tağı Abdullabəyov, digəri isə Asiya İnistitutunun müəllimi İsmayıl bəy Nəbi bəy oğlu idi. Müraciətlərə 1878-ci il sentyabrın 23-də universitetin Şərq dilləri fakültəsinin iclasında baxıldı. Səsvermə nəticəsində “məlum oldu ki, Mirzə Həsən Tahirov səsvermədə səkkiz səs toplayaraq, yekdilliklə universitetin fars dili müəllimi seçilib”.[4] Bundan sonra Mirzə Həsən Tahirzadə 25 oktyabr 1878-ci ildən 4 may 1879-cu ilədək 1000 manat maaşla mühazirəçi kimi universitetdə çalışmışdı. O, 1879-cu ildə 300 manatla təqaüdə çıxmışdı. 1882-ci ildən 1885-ci ilədək Şuşa real məktəbində şəriətdən, Fars və Azərbaycan dillərindən dərs demişdi.[5]
Mirzə Həsən Tahirzadə həmçinin, 1876-cı ildə Sankt-Peterburqda keçirilən Beynəlxalq Şərqşünaslar Konqresinə qatılmışdır.[6]
Şeyxülislamlığı
redaktəMirzə Həsən 1880-ci ilin 11 avqust tarixindən 1881-ci ilə qədər Şuşa qəzasının qazısı olaraq çalışmışdır. 3 aprel 1882-ci ildən 5 sentyabr 1885-ci ilə qədər Şuşa realni məktəbində şəriətdən, Azərbaycan və fars dillərindən dərs demişdir.
5 sentyabr 1885-ci ildə Qafqaz Ruhani İdarəsinin dini rəhbəri seçilmiş və ruhani titul olan Şeyxülislam adını qəbul etmişdir.[7] O, III Aleksandra yazdığı hesabatında öz millətinə digər dinlərə, onların müqəddəs kitablarına Quran kimi hörmət etməyi və məscid, kilsə arasında fərq qoymamağı tapşırdığını bildirmişdir.[8] Ömrünün sonunadək bu vəzifədə çalışmışdır.
Ailəsi
redaktəMirzə Həsən Tahirzadə Səkinə xanım Qasım qızı, Səlma xanım Seyid Əli qızı və Səlimə xanım Kərbəlayı Şirin qızı ilə evlənmişdi.
Oğlu: Nəsir bəy Mirzə Həsən bəy oğlu Tahirov — 5 fevral (2 may) 1864-cü ildə Şuşada doğulmuşdur. 8 fevral 1884-cü ildə Qori Müəllimlər Seminariyası məzunu,[2] Kronştadt gimnaziyasında 3 il, Tiflis 1-ci gimnaziyasında 6 il oxumuş, Qori Müəllimlər Seminariyasını bitirmişdir. Peterburq Universitetində təhsil almışdır.(1884) [1]
Qızları: Xədicə xanım, Bilqeys xanım
Əsərləri
redaktə1887 - Самоучитель татарского языка или руководство (dərslik)[1]
Mənbə
redaktə- Fuad Nurullayev. Şeyxulislamlıq zirvəsi: Hacı Allahşükür Paşazadə. Bakı, "Nurlar", 2014, səh. 53-55. ISBN 978-9952-490-50-3
- Ənvər Çingizoğlu, Tahirovlar, "Soy" еlmi-kütləvi dərgi, 2007, №1, səh.18-25
İstinadlar
redaktə- ↑ 1 2 Araşdırıcı Ənvər Çingizoğlunun bildirdiyinə görə, Tahiroğullarının ulu babası Güney Azərbaycanın Sərab vilayətinin Gərmərud mahalında yaşamış Məhəmmədtahir bəydir. Onun törəmələri sonralar Qarabağa gələrək Şuşa şəhərində, Cavanşir mahalının Kəngərli və Qapanlı kəndlərində yerləşiblər. Şeyxülislam Axund Mirzə Həsən bəy Tahirzadə də həmin Məhəmmədtahirin soyundandır. Ədalət Tahirzadə - Peterburqda oxumuş tələbələrimiz Arxivləşdirilib 2021-10-21 at the Wayback Machine - Azərbaycan müəllimi.- 2012.- 8 mart.- S.4.
- ↑ В.Н, Черкезов. "Кавказ N163" (rus). 1893-06-22. 2021-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-27.
- ↑ Bartolʹd, Vasiliĭ Vladimirovich. Raboty po istorii vostokovedenii͡a (rus). Izd-vo vostochnoĭ lit-ry. 1977. 164. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-27.
- ↑ Рзаев, Агабаба Касум оглы. Очерки об ученых и мыслителях Азербайджана XIX века (rus). Маариф. 1969. 21. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-27.
- ↑ "Таиров (Тахиров) Мирза Гасан (Хасан Мирза)". bioslovhist.spbu.ru. 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-14.
- ↑ Holdsworth, Mary. Turkestan in the Nineteenth Century: A Brief History of the Khanates of Bukhara, Kokand, and Khiva (ingilis). Central Asian Research Centre. 1959. 42. 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-27.
- ↑ Ənvər Çingizoğlu, Tahirovlar, "Soy" jurnalı, 2007, №1, ss.18-25, Bakı
- ↑ "Из отчета о ревизионной поездке Закавказского шайх ал-ислама Мирзы-Гасана Мирза-Насыр оглы Таирова · Russian Perspectives on Islam". islamperspectives.org. 2021-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-14.