Milli Cebhe Partiyasi - Wikipedia
Milli Cəbhə Partiyası qısaca MCP və ya Azərbaycan Milli Cəbhə Partiyası[2] qısaca AMCP — Razi Nurullayev tərəfindən Azərbaycan Milli Cəbhə Partiyası qısaca AMCP[3] adıyla qurulan və daha sonra adı dəyişdirilən siyasi partiya. Partiya 2020-ci il sentyabrın 1-də dövlət qeydiyyatına alınnmışdır.[4] Partiya özünü ideoloji olaraq sosial-demokrat adlandırır. Milli Cəbhə Partiyasının sədri 2020-ci ildən Razi Nurullayevdir. Partiyanı Milli Məclisdə sadəcə sədri təmsil edir.
Milli Cəbhə Partiyası | |
---|---|
Sədri | Razi Nurullayev |
Qurucu | Razi Nurullayev |
Quruluş tarixi |
|
Qeydiyyat tarixi | 31 avqust 2020 |
Sələfi | Azərbaycan Xalq Cəbhəsi Partiyası |
Baş qərargah | |
İdeologiya | |
Üzv sayı | 5 mindən çox[1] (2023) |
Milli Məclisdə |
1 / 125 |
Ali Məclisdə |
0 / 45 |
Bələdiyyə sədrləri |
0 / 1.605 |
Bələdiyyə üzvləri |
0 / 15.156 |
Saytı | sosdem.az |
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Milli Cəbhə Partiyasının üzvlərinin 85%-i kişi, 15%-i isə qadın olmuşdur.[5]
Tarixi
redaktə19 avqust 2015-ci ildə Əli Kərimlidən narazı qüvvələr AXCP-də sabiq müavin olan Razi Nurullayev və tərəfdarları AXCP Etimad Qurultayı Təşkilat Komitəsi (AXCP EQTK) yaratdıqlarını bəyan ediblər.[6] 27 sentyabr 2015-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qurultayında Əli Kərimlinin növbəti dəfə sədr seçilməsindən[7][8] sonra AXCP EQTK bu qurultayı və seçkiləri tanımayıb,[9] 18 oktyabr 2015-ci ildə qurultay keçirib və Razi Nurullayevi AXCP sədri seçib.[10][11]
Razi Nurullayev 2020-ci il 29 iyul tarixində partiyasının qurultayında AXCP adından imtina etmiş və yeni Milli Cəbhə Partiyasını təsis etmişdir.[12]
Partiya 1 sentyabr 2020-ci ildə dövlət qeydiyyatına alınmışdır.[13]
"Siyasi partiyalar haqqında" yeni Qanunun qəbulundan sonra, 26 noyabr 2023-cü ildə Milli Cəbhə Partiyasının Növbədənkənar Qurultayı keçirildi. Qurultayda partiyanın yeni Nizamnaməsi və Proqramı təsdiqlənmiş, həmçinin, qurultayda sədr, İdarə Heyəti və Nəzarət Təftiş Komissiyası seçilmişdir.[14]
Qurultaylar
redaktəQurultay/Konfrans | Tarix | Seçilən sədr | Namizəd |
---|---|---|---|
Azərbaycan Xalq Cəbhəsi Partiyası (2015–2020) | |||
Etimad Qurultayı | 18 oktyabr 2015[15] | Razi Nurullayev | Razi Nurullayev
Mehman Muradlı Səbuhi Əliyev |
Milli Cəbhə Partiyası (2020-ci ildən) | |||
I (Quruluş) Qurultayı | 29 iyul 2020 | Razi Nurullayev | Razi Nurullayev |
II (Növbədənkənar) Qurultay | 26 noyabr 2023 |
Seçkilərdə
redaktəParlament
redaktəSeçki | Sədr | Majoritar | ||
---|---|---|---|---|
Səs | % | Mandat | ||
2024 | |
Rəmzləri
redaktəLoqotipdə istifadə edilmiş elementlər ay, ulduz və exinasea gülüdür. Loqotipdə əks olunmuş aypara türk xalqlarının simvoludur.
Səkkizguşəli ulduzun mənasına gəlincə bu, "Azərbaycan" sözünün əski əlifbada yazılışı və Azərbaycanda yaşayan bütün xalqların bərabərlik və azərbaycançılıq ideologiyasına bağlılığını göstərir. Loqotipdə istifadə edilmiş mavi rəng türkçülük ideyası ilə bağlıdır.
Qırmızı rəng — müasir cəmiyyət quruculuğu, demokratik inkişafı — bir sözlə müasirləşməni, inkişafa istəyi ifadə edir.
İstinadlar
redaktə- ↑ modern.az. "Ədliyyə Nazirliyi daha iki partiyanı qeydə aldı - SİYAHI". modern.az (az.). 2023-12-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-11.
- ↑ "MSK daha iki nəfərin prezidentliyə namizədliyini qeydə alıb - VİDEO". 2024-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-26.
- ↑ "Razi Nurullayev AXCP-sini AMCP-yə çevirdi - Günün Səsi" (az.). 2020-07-28. 2021-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-25.
- ↑ "İlqar Məmmədov və Razi Nurullayevin partiyaları dövlət qeydiyyatına alındı". 2024-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-26.
- ↑ modern.az. "Hansı siyasi partiyalarda qadınlar daha çoxdur? - SİYAHI". modern.az (az.). 2024-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-20.
- ↑ "AXCP EQTK" (az.). axcp.biz. 2017-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-01.
- ↑ "Əli Kərimli AXCP-nin qurultayında yenidən sədr seçilib" (az.). Sputnik. 2015-09-27. 2017-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-01.
- ↑ Cavanşir Abbaslı. "Əli Kərimli yenidən AXCP sədri seçildi" (az.). musavat.com. 2015-09-28. 2017-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-01.
- ↑ Elçin Mehdiyev. "Razi Nurullayev: Əli Kərimli növbəti siyasi şouya əl atdı" (az.). trend.az. 2015-09-28. 2017-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-01.
- ↑ Röya Rəfiyeva. "Razi Nurullayev qurultay keçirdi və sədr oldu- FOTOLAR" (az.). musavat.com. 2015-10-18. 2017-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-01.
- ↑ Razi Nurullayev. "AXCP Etimad Qurultayı 18 Oktyabr 2015-ci il - Yeni siyasi tarix" (az.). YouTube/Razi Nurullayev. 2015-10-27. 2020-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-01.
- ↑ "Razi Nurullayev AXCP adından imtina etdi". 2020-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-28.
- ↑ "Milli Cəbhə Partiyası dövlət qeydiyyatına alınıb". Aze Voice (az.). 1 sentyabr 2020. 2020-09-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 sentyabr 2020.
- ↑ Gudratli, Rufat. "MCP qurultay keçirdi: Sədr seçildi- FOTOLAR". Cebhe Info (az.). 2023-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-28.
- ↑ "AXCP Etimad Qurultayının sədri AXCP sədri oldu (FOTO)". Trend.Az (az.). 2015-10-19. 2015-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-01.