Mexatronika - Wikipedia
Mexatronika mexanika və elektronika sözlərinin müvafiq şəkildə birləşməsindən ibarətdir və ilk dəfə 1969-cu ildə Yaponiyanın Yasukawa Elektrik Şirkətinin bir mühəndisi mexanika və elektron mühəndislik sahələrinin birləşməsini ifadə etmək üçün “mexatronika” sözünü işlətmişdir. Mexatronika sözü illərdir Avropa qitəsində də istifadə edilmişdir. ABŞ və İngiltərədə ayrıca bir təhsil və təcrübə sahəsi olaraq qəbul edilməsinə baxmayaraq, bakalavriat, magistratura və doktorantura səviyyələrində açılan kursların sayının artması mexatronikanın dünya miqyasında ayrıca bir elm sahəsi olaraq qəbul edildiyinin göstəricisidir. Mexatronika, maşın, elektronika, proqram təminatı və idarəetmə mühəndisliyinə əsaslanan yüksək səviyyədə idarə olunan bir mühəndislik bölməsidir. İnkişaf etməkdə olan texnologiyadan asılı olaraq bir çox sahə və sektorla əlaqəli olan mexatronika, demək olar ki, hər evdə istifadə olunan elektron cihazların istehsalında istifadə olunur.
Mexanik və elektron komponentlərdən ibarət olan bütün maşın və qurğular, ətraf mühitdəki məlumatları sensorlarının (qəbuledici) köməyi ilə qəbul edir, toplanmış məlumatları idarəetmə vasitələri (mikroprosessorlar və s.) və proqram təminatı ilə yaddaşında şərh edir və lazımi qərarlar verir və məcburetmə vasitələri (aktuatorlar) ilə lazımi reaksiyalar verməyi bacaran sistemlər, maşınlar, cihazlar mexatronik sistemlərdir.
Bu istiqamətdə aşkarlaya, ölçə, qərar verə və hərəkət edə bilən avtomatik maşınlar (yəni mexatronik sistemlər) müdafiə sənayesi, təhlükəsizlik sistemləri, maşınqayırma sənayesi, sənaye avtomatlaşdırma sistemləri, tibb, kənd təsərrüfatı, bankçılıq, mədən sənayesi və bir çox digər sahələrdə istifadə olunur və istifadə sahəsi gündən-günə artır.
Bu gün geniş tətbiq olunan CNC maşınları, gecə görmə sistemləri, mina axtaran robotlar, avtomatik tədarük etmə sistemləri (stoklama sistemləri), kameralar, videolar, bankomat kimi sistemlər və məhsullar mexatronik sistemlərdir.
Mexatronikanın tədqiqat sahələri
redaktə- Modelləşdirmə və dizayn
- Sistem inteqrasiyası
- Məcburetmə vasitələri və sensorlar
- Ağıllı nəzarət
- Robotlar
- İstehsal
- Hərəkətə nəzarət
- Titrəmə və səs-küyə nəzarət
- Mikro cihaz və optoelektron sistemləri
- Avtomobil sistemləri və digər sahələr
- Proqramlaşdırma
- Avtomatika
- Zavod avtomatikası