Metamorfoza - Wikipedia
«Metamorfoza» (lat. Metamorphoses) — qədim Roma şairi Publi Ovid Nazonun müxtəlif metamorfoz-çevrilmələrdən (insanları heyvanlara, bitkilərə, bürclərə, daşlara və s.) bəhs edən on beş kitabdan ibarət poema.
Metamorfoza | |
---|---|
lat. Metamorphoseon libri[1] | |
Janr | epos |
Müəllif | Publi Ovidi Nazon |
Orijinal dili | latın dili |
Yazılma ili | təq. 0[2] |
Vikianbarda əlaqəli mediafayllar |
Kitaba Yunan və Roma mifologiyasından, folklordan və tarixi əfsanələrdən çevrilmələr haqqında hekayələr daxildir; onlar "tarixi" ardıcıllıqla təqdim olunur: dünyanın yaranma vaxtından (özü metamorfoz kimi qəbul edilir) Yuli Sezarın (ulduza çevrilməsinin hekayəsi) vaxtına qədər. Ümumilikdə 250 -yə yaxın belə hekayə var.
Poema Ovid tərəfindən Romada e.ə. 2-ci (Böyük Yuliya üçün sürgün ili) və 8-ci illər (Ovidin özünün sürgün ili) arasında yazılmışdır.
Poema öz əhatə dairəsinə görə unikal olan (Apollodorun “Mifoloji Kitabxanası” ilə birlikdə) qədim miflər toplusu kimi mühüm əhəmiyyət kəsb edir.
İstinadlar
redaktə- ↑ Deutsche Nationalbibliothek Record #4123895-3 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ Lexikon der Weltliteratur (alm.): Hauptwerke der Weltliteratur in Charakteristiken und Kurzinterpretationen. 1993. Vol. II. S. 902. ISBN 978-3-520-80803-5