Messalina - Wikipedia
Valeria Messalina (Messalina) [2], (lat. Valeria Messalina) (təqribən 17/20 — 48) — Roma imperatoru Klavdinin 3-cü arvadı, Britanik və Klavdiya Oktaviyanın anası, hakimiyyətpərəst, böyük təsir dairəsinə malik olmuş, əxlaqsız xarakteri ilə seçilmiş və Xatirənin lənətlənməsi damğası almış romalı qadınlardan biridir.
Messalina | |
---|---|
Valeria Messalina (lat. Valeria Messalina) | |
| |
Digər adı | Liçiska Messalina |
Doğum tarixi | 20 |
Doğum yeri | Roma |
Vəfat tarixi | 48[1] |
Vəfat yeri | Roma |
Vəfat səbəbi | Edam |
Həyat yoldaşları | |
Uşaqları |
1. Klavdiya Oktaviya 2.Britanik |
Atası | Mark Valeri Messala Barbat Messalin |
Anası | Gənc Domitia Lepida |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəValeriya 20-ci ildə konsul olmuş patrisian əsilli aristokrat Valerilərin nümayəndəsi Mark Valeri Messal Barbotun tək [3] qızı idi. Anası b.e.ə. 16-cı ildə Konsul olmuş Lusi Domisia Aqenbabın qızı gənc Domisia Lepid idi. Anası və atası eyni ananın və müxtəlif atanın evladları (bacı-qardaş) olmuşlar . Antik mənbələrə görə 13 yaşından gəzəyən həyat tərzinə başlamış Messalina xəsis, ağır və axmaq nimfoman xasiyyətə malik olmaqla yanaşı cinsəl şəhvət hərisi olmuşdur. Tasit və Svetoniy öz səlnamələrində bu barədə dönə-dönə yazmışlar. Messalina yalançı ad (Liçiska Messalina) altında ehtiraslarını təmin etmək üçün lupanariyə (lat. lupānar ya da lupānārium; lupa sözünün mənası dişi (vulq. qancıq) canavar deməkdir ki, qədim Romada fahişələr belə adlandırılırmış. ) fahişəxanaya malik olmuşdur.
Başına Klavdinin: yuxuya gedər-getməz, arvadı onun
Tutarmış üstün adi yatağı Platina saray yatağından,
Gizlədərək özünü bir dəst qiyafətiylə, qulluqçusuilə birgə
Qaçarmış öz yatmış ərindən yolunu azmış Avqust;
Qara saçlarını gizlədərək ağ pariklə, tələsərmiş
Lupanar ocağına, soxularaq yuvasına açaraq sinəsini
Bu saxtakar Liçiska hamı ilə bölüşərmiş ozünü,
Qucağına girənə göstərərmiş təmənnalı nəvaziş;
Şəhvətini arxası üstə onun kişilər söndürərmiş;
Salıb hamını yola bağlarmış yuvasını
Əldən düşmüş, lakin kişi nəvazişindən doymamış, bu qızğın,
Lupanar üfunətini o yenə qatarmış hökumdar yastığına".
Qədim Roma şairi Yuvenal, (muxtəsər tərcümə )
Digər bir əhvalata görə Messalina dövrünün məşhur fahişəsi sayılan Sçilla ilə bir gecədə kimin çox kişi ilə yata biləcəyi yarışmasına girərək 50 kişi qəbul edərək rəqibini sayca iki dəfə geridə qoymuşdur.
- lat. Lassata viris necdum satiata recessit — "Əldən düşmüş, lakin kişi nəvazişindən doymamış"
Gənc yaşında imperator Kaliqulaun sarayında böyük təsir dairəsinə malik olmuşdur. Dayısı (əmisi) Qney Domisiy Ahenobarb imperatorun bacısına Yuli Aqripinə evlənmişdir. Bu münasibətlə Kaliqulaun təşkil etdiyi kef məclislərində onun əxlaqsız xarakteri formalaşmağa başlamışdır. 38 ci ildə Kaliqula onu Klavdi və Domisiy Aqenobar sülalələri arasında qohumluq əlaqəsi yaratmaq məqsədilə əmisi Klavdiyə ərə verir.
"Hökmranlığı" və ölümü
redaktəYeni imperator Klavdiyə tam təsri gücünə malik olduğuna görə senat onu tam hüquqlu imperatriça kimi tanıyırdı. Onun şəninə oyunlar keçirilmiş və heykəllər qoyulmuşdur. Ona Avqust titulu vermək istərkən Klavdi senata bunu qadağan etmişdir.
Klavdinin yaşlı olmasından istifadə edərək oğlu Britaniki ondan sonra hakimiyyətə gətirmək üçün özünü həmişə imperatordan sonra ikinci söz sahibi olan bir şəxs kimi qələmə verməyə çalışmışdır. Belə ki Klavdinin zəfər yürüşündə ondan sonra ikinci yerdə Messalinanın [[Döyüş arabası |arabası]] sonra sərkərdələr yürümüşdür. Bu vəziyyət ona Klavdidən sonra oğlu həddi-buluğ yaşına çatana qədər mütləq hakim – imperatriça olmaq hüququ verirdi.
Hakimiyyətə iddialı Yulilər-Klavdilər sülaləsi onun düşmənləri sirasında idilər.
47 ci ildə Tarentin oyunlarında Aqrippina və Neronla müqayisədə ona və Britanikə az maraq göstərildiyinə cox qısqanclıqla yanaşan, get-gedə hörmətdən düşdüyünü bilən Messalina hakimiyyəti oz əlinə keçirmək üçün sevgilisi senator Qay Siliyə arvadından boşanaraq imperator etmək məqsədilə Klavdidən gizlin ona evlənməyə məcbur edir. Evladı olmayan Qay Sili Britaniki oğulluğa götürməyə razıliq verir. Klavdiyə qarşı hazırladığı sui-qəsd planının üstü açılır və Messalina həbs eilir. Ona özünü öldürməyi təklif edirlər. Buna cürəti çatmadığına görə leqat xəncəri ona soxaraq öldürür. Messalininin cəsədi anasına qaytarılir. Şam yeməyi zamanı Klavdi arvadının edam xəbərini soyuqqanlıqla qarşılayır və bir qədər artıq şərab süzməyi xayiş edir. Ölümündən bir neçə gün sonra senat Messalinaya Xatirənin lənətlənməsi qərarını çixarır.
Mənbə
redaktə- Anthony A. Barrett, Agrippina: Sex, Power and Politics in the Early Roman Empire (Agrippina:Roma İmpariyasının başlangıcında seks, güç ve siyasət), Yale University Press, New Haven, 1996
- E. Klebs, H. Dessau ve P. Von Rohden, Prosopographia Imperii Romani, Berlin, 1897-1898
- Barbara Levick, Claudius, Yale University Press, New Haven, 1990
İstinadlar
redaktə- ↑ 1 2 3 Любкер Ф. Valerii (rus.). // Реальный словарь классических древностей по Любкеру / под ред. Ф. Ф. Зелинский, А. И. Георгиевский, М. С. Куторга, Ф. Гельбке, П. В. Никитин, В. А. Канский, пер. А. Д. Вейсман, Ф. Гельбке, Л. А. Георгиевский, А. И. Давиденков, В. А. Канский, П. В. Никитин, И. А. Смирнов, Э. А. Верт, О. Ю. Клеменчич, Н. В. Рубинский СПб: Общество классической филологии и педагогики, 1885. С. 1436–1439.
- ↑ Prosopographia Imperii Romani V 161
- ↑ Prosopographia Imperii Romani V 88
- ↑ ""Сатиры" Ювенала (rus dilində)". 2004-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-01-05.
- ↑ * D. IVNI IVVENALIS SATVRA VI (latın dilində) Arxivləşdirilib 2021-02-11 at the Wayback Machine