Memar Sinan Terefinden Tikilmis Cume Mescidlerinin Siyahisi - Wikipedia
Bu siyahı, Osmanlı memarı Memar Sinan tərəfindən layihələndirilib, tikilmiş cümə məscidlərinin siyahısıdır. Siyahıdakı 77 məsciddən 39-u İstanbulda yerləşir.
Arxa plan
redaktəMemar Sinan 1539-cu ildə sədrəzəm Ayaz Mehmed Paşa tərəfindən Osmanlı imperatorluğunun baş memarı təyin edilmişdir. Sinan 1588-ci ildə ölümünə qədər vəzifəsində qaldı və üç sultanın hakimiyyəti dövründə: I Süleyman (1520-66), II Səlim (1566–74) və III Murad (1574–95) xidmət edib.[1] Sinan öz xatirələrində Teẕkiretü'l-bünyān adlı əsərində 80 cümə məscidi (böyük məscid) və 400-dən çox kiçik məscidi daxil olmaqla 698 binanı layihələndirdiyini bildirir.[2] Əslində o, imperator memarlarından ibarət qrupa rəhbərlik edirdi və tikilən binalar kollektiv iş sayılırdı.[3] Sinan özü sultan üçün aparılan böyük tikinti layihələrində iştirak edirdi. Bunlar Ədirnədəki Şahzadə külliyəsi (1543–48), Süleymaniyyə məscidi (1548–59), Qırxçeşme su işleri (1561–65), Qanuni Sultan Süleyman Körpüsü (1565–67) və Səlimiyyə məscidləri (1568–74) idi. Bu tarixdən sonra o, III Muradın dövründə böyük tikinti işləri aparmamış, yaşlandığı üçün işi başqa memarlara həvalə etmişdir.[4]
77 cümə məscidinin aşağıdakı siyahısını tarixçi Gülru Nəciboğlu tərtib edib. Siyahıya Sinan tərəfindən bərpa edilən köhnə məscidlər və keçmiş camaat məscidindən cümə məscidinə çevrilən məscidlər daxil deyil.[5] Siyahıya Sinan tərəfindən bərpa edilən köhnə məscidlər və keçmiş kiçik məscidlərdən cümə məscidinə çevrilən məscidlər daxil deyil.[6]
Cümə məscidlərinin xronoloji siyahısı
redaktəTarix | Ad | Yer | Günbəzin diametri | Əlavələri |
---|---|---|---|---|
c. 1537 | Şah Sultan məscidi | Əyyubsultan, İstanbul | dam örtüyü | dövrümüzə çatmamış dərviş otaqları |
1538/39–1540 | Hasəki Külliyəsi | Hasəki, İstanbul | 11.3 m | mədrəsə, bimarxana, ibtidai məktəb |
1538–39 | Çavuşbaşı və ya Sütlücə məscidi (geniş şəkildə yenidən qurulmuş) | Sütlücə, İstanbul | dam örtüyü | yox |
1541–42 | Tərcüman Yunus bəy məscidi (geniş şəkildə yenidən tikilmişdir) | Balat, İstanbul | dam örtüyü | mədrəsə |
1541–44 | Hədim Əli Paşa məscidi | Diyarbəkir, Türkiyə | 14.4 m | mədrəsə |
1542–47 | Çuxurcümə məscidi (tamamilə yenidən tikilib) | Topxana, İstanbul | dam örtüyü | yox |
1543 | Nişanca Mustafa Çələbi məscidi (tamamilə yenidən tikilib) | Əyyubsultan, İstanbul | dam örtüyü | günümüze ulaşmayan hamam |
1543–44 | Osmanşahın anası (mövcud deyil) | Aksaray, İstanbul | dam örtüyü | günümüzə gəlib çatmayan mədrəsə |
1543/44–1548 | Mehrimah Sultan məscidi | Üsküdar, İstanbul | 11.4m | mədrəsə, günümüzə çatmayan darülcəza |
1543–1548 | Şahzadə külliyəsi | Şəhzadəbaşı, İstanbul | 19 m | türbə, mədrəsə, darülcəza, ibtidai məktəb, karvansara |
1546–47 | Hüsreviyyə məscidi | Hələb, Suriya | təqribən 18 m | mədrəsə |
1547–48 | Qara məscid, indiki Yeddi Əzizlər kilsəsi (XX əsrin əvvəllərində kilsəyə çevrilmişdir) | Sofiya, Bolqarıstan | 183 m | yox |
1548–59 | Süleymaniyyə məscidi | Süleymaniyyə,İstanbul | 26.5 m | dörd mədrəsə, darülhədis, tibb məktəbi, darülkurra, bimarxana, darülacəza, karvansara, hamam, ibtidai məktəbi |
1550–1552/53 | Rüstəm Paşa külliyəsi | Təkirdağ, Türkiyə | 13.3 m | darülacəza, mədrəsə, karvansaraı qalmayıb |
1550–57 | Təkiyyə əl-Hasəki Sultan məscidi (bir hissəsi mövcuddur) | Qüds | darülacəza, günümüzə gəlib çatmayan karvansara | |
1551 | Hədim İbrahim Paşa məscidi | Silivriqapı, İstanbul | 12 m | günümüzə gəlib çatmayan türbə və hamam |
1551–65 | Çərkəz İsgəndər Paşa məscidi | Diyarbəkir, Türkiyə | təxminən 15 m | yox |
1552–57 | Rüstəm Paşa məscidi (tamamilə yenidən qurulub) | Sapanca, Türkiyə | dam örtüyü | darülacəza, hamam, günümüzə gəlib çatmayan karvansara |
1552 | Mərkəz Əfəndi məscidi (tamamilə yenidən tikilib) | Yeniqapı, İstanbul | dam örtüyü | hamam |
c. 1552 | Xan məscidi və ya Cümə məscidi | Evpatoriya, Ukrayna | 6.0 m | günümüzə gəlib çatmayan türbə |
1553–54 | Qapıağası Mahmud Ağa məscidi (əsasən yenidən tikilmişdir) | Ahırqapı, İstanbul | dam örtüyü | günümüzə gəlib çatmayan türbə ve mədrəsə |
1553–54 | Əbülfəzl məscidi (mövcud deyil) | Topxana, İstanbul | dam örtüyü | günümüzə gəlib çatmayan türbə |
1554–58/59 | Süleymaniyyə təkyəsi | Şam, Suriya | 10 m | darülacəza, mədrəsə |
1554–55 | Əbdürrəhman Çələbi məscidi (mövcud deyil) | Çapa, İstanbul | dam örtüyü | günümüzə gəlib çatmayan türbə |
1554–55/56 | Sinan Paşa məscidi | Beşiktaş, İstanbul | 12.6 m | mədrəsə, günümüzə gəlib çatmayan hamam |
1565–71/72 | Qara Əhməd Paşa külliyəsi | Topkapı, İstanbul | 12 m | mədrəsə, türbə |
1556–65/66 | Əl-Adiliyyə məscidi | Hələb, Suriya | bilinmir | yox |
1557–60 | Rüstəm Paşa mədrəsəsi (Samanlı) (mövcud deyil) | Yalova | dam örtüyü | günümüzə gəlib çatmayan karvansara |
1557–60 | [Rüstəm Paşa məscidi (mövcud deyil) | Bolu, Türkiyə | dam örtüyü | günümüzə gəlib çatmayan iki karvansara |
1558 | Səlimiyyə məscidi (Konya) | Konya | 12 m | |
1557–58 | Qaragöz bəy məscidi | Mostar, Bosniya və Herseqovina | 10.7 m | yox |
1559–60 | Hasəki Sultan məscidi (mövcud deyil) | Svilenqrad, Bolqarıstan | dam örtüyü | günümüzə gəlib çatmayan darülcəza |
1559–60 | Cihangir məscidi (tamamilə yenidən qurulub) | Cihangir, İstanbul | dam örtüyü | yox |
1559–60 | İsgəndər Paşa məscidi (geniş şəkildə yenidən qurulmuşdur) | Qanlıca, Beykoz, İstanbul | dam örtüyü | türbə, günümüzə gəlib çatmayan mədrəsə ve hamam |
1559–60 | Fərhat Paşa məscidi (yenidən qurulub) | Kastamonu, Türkiyə | dam örtüyü | yox |
1560/61–1562/63 | Hürrəm Çavuş məscidi | Karagümrük, İstanbul | darma örtüyü | yox |
1560–63/64 | Sultaniyyə məscidi | Karapınar, Türkiyə | 14.8 m | darülacəza, hamam, karvansara |
1661–65 | Semiz Əli Paşa məscidi | Mərmərə Əreylisi | dam örtüyü | yok |
1561 | Rüstəm Paşa məscidi (Bolvadin) (geniş təmir olunub) | Bolvadin, Türkiyə | 13.9 m | yox |
1561–63 | Rüstəm Paşa məscidi | Taxtaqala, İstanbul | 15.2 m | yox |
1563–70 | Mehrimah Sultan Külliyəsi | Ədirnəqapı, İstanbul | 20.3 m | mədrəsə, hamam |
1562–63 | Fərrux Kətxuda məscidi | Balat, İstanbul | dam örtüyü | yox |
1562–63 | Odabaşı Bəhruz Ağa məscidi (yenidən tikilib) | Şehremini, İstanbul | dam örtüyü | günümüzə gəlib çatmayan hamam |
1562–63 | Binəemini Sinan Ağa məscidi | Yenibaxca, İstanbul | dam örtüyü | yox |
1562–63 | Lala Mustafa Paşa məscidi (Ərzurum) | Ərzurum, Türkiyə | 10.6 m | yox |
1565–69/70 | Sokollu Mehmet Paşa məscidi (Lüləburqaz) | Lüləburqaz, Türkiye | 12.5 m | mədrəsə, günümüzə gəlib çatmayan darülacəza, karvansara |
c. 1565–73 | Piyalə Paşa məscidi | Kasımpaşa, İstanbul | 6 × 8.9 m | yox |
1565–66 | Cənabi Əhməd Paşa məscidi | Ankara, Türkiyə | 14.4 m | yox |
1565–69/70 | Firdevs bəy məscidi | İsparta, Türkiye | 12.4 m | yox |
1564/65–1572/73 | Bəhram Paşa məscidi | Diyarbəkir, Türkiyə | 15.9 m | yox |
1566–70 | Lala Hüseyin Paşa məscidi | Kütahya, Türkiyə | 12.5 m | yox |
1566–78 | Sokollu Mustafa Paşa məscidi (mövcud deyil) | Budapeşt, Macarıstan | bilinmir | günümüzə gəlib çatmayan |
c. 1566/67–70 | Osman Şah məscidi | Tirhala, Yunanıstan | 18 m | yox |
1567–68 | Kösə Hüsrəv Paşa məscidi | Van, Türkiyə | 14.8 m | günümüzə gəlib çatmayan mədrəsə |
1567–68 | Mövlanə Əfəndi mədrəsəsi (tamamilə yenidən qurulub) | Üsküdar, İstanbul | dam örtüyü | yox |
1567/68–1571/72 | Sokollu Mehmed Paşa Külliyəsi (Kadırqa) | Kadırqalimanı, İstanbul | 13 m | medrəsə, dərviş otaqları |
1567–74 | Sokollu Mehmed Paşa Külliyəsi | Payas, Türkiyə | təxminən 8 m | darülacəza, karvansara |
1568–74 | Səlimiyyə məscidi | Ədirnə, Türkiyə | 31.2 m | mədrəsə, darülhədis, darülkurra |
c. 1569–74 | Dəftərdar Mustafa Çələbi məscidi (qübbəsi yenidən qurulub) | Ədirnə, Türkiyə | 12 m | yox |
1569–75 (1585–86 eyvan və həyət) | Semiz Əli Paşa məscidi | Babaeski, Türkiyə | 14 m | günümüzə gəlib çatmayan mədrəsə |
1571–83 ( 1584–85/86-cı illərdə genişləndirilmişdir) | Atik Validə məscidi | Üsküdar, İstanbul | 12.7 m | mədrəsə, darülkurra, bimarxana, dərviş otaqları, karvansara, hamam |
1570–84 | Molla Çələbi məscidi | Bəyoğlu, İstanbul | 11.8 m | günümüzə gəlib çatmayan hamam |
1570–71 | Murad Paşa məscidi (əsaslı təmirli) | Bağdad, İraq | yox | |
1572–79/80 | Pertev Paşa məscidi | İzmit, Türkiyə | 16.4 m | yox |
1573–77 | Sokollu Qasım bəy məscidi | Havsa, Türkiyə | 13 m-ə yaxın | darülacəza, hamam, günümüzə gəlib çatmayan karvansara |
1573–77/78 | Sokollu Mehmed Paşa məscidi | Azapqapı, İstanbul | 11.8 m | hamam |
1575–88 | Fərhad Paşa Camii məscidi | Çatalca, İstanbul | 9.2 m | yox |
1576–85/86 | Hacı Əhməd Paşa məscidi | Kayseri, Türkiye | 12.3 m | yox |
1577–90 | Zal Mahmud paşa məscidi | Eyüb, İstanbul | 12.4 m | türbə, qoşa mədrəsə |
1578–80/81 | Qılıc Əli Paşa məscidi | Topxana, İstanbul | 12.7 m | türbə, hamam |
1580–81 | Şəmsi Paşa məscidi | Üsküdar, İstanbul | 8.2 m | türbə, mədrəsə, günümüzə gəlib çatmayan dərviş otaqları |
1583–86/87 | Muradiyə məscidi | Manisa, Türkiye | 10.6 m | darülcəza |
1584–85 | Mehmed Ağa məscidi | Çərşənbə, İstanbul | 11.8 m | türbə |
1584–85/86 | Məsih Mehmed Paşa məscidi | Hırka-i Şərif, İstanbul | 12.8 m | türbə |
1584/85–88/89 | Nişancı Mehmed Paşa məscidi | Qaragümrük, İstanbul | 14.2 m | türbə |
1585 | Hacı Evhadəddin məscidi | Yeddiqüllə, İstanbul | dam örtüyü | yox |
1585–86 | Ramazan Əfəndi məscidi | Kocamustafapaşa, İstanbul | dam örtüyü | yox |
1587–91 | Mələk Əhməd Paşa məscidi | Diyarbəkir, Türkiyə | 11.5 m | yox |
İstinadlar
redaktə- ↑ Necipoğlu, 2005. səh. 27
- ↑ Necipoğlu, 2005. səh. 135-136
- ↑ Necipoğlu, 2005. səh. 135
- ↑ Necipoğlu, 2005. səh. 181
- ↑ Necipoğlu, 2005. səh. 558-561
- ↑ Necipoğlu, 2005. səh. 47
Mənbə
redaktə- The Age of Sinan: Architectural Culture in the Ottoman Empire. London: Reaktion Books. ISBN 978-1-86189-253-9.
- The Age of Sinan: Architectural Culture in the Ottoman Empire. London: Reaktion Books. ISBN 978-1-86189-253-9.
- The Age of Sinan: Architectural Culture in the Ottoman Empire. London: Reaktion Books. ISBN 978-1-86189-253-9.
Xarici keçidlər
redaktə- Sinan's Autobiographies: Five Sixteenth-century Texts. Leiden: Brill. ISBN 978-90-04-14168-1.