Mehdiqulu Bey Cigatay - Wikipedia
Mehdiqulu bəy Cığatay (v. iyul 1618) — Xorasanda fəaliyyət göstərən Cığatay hakimi və Şah I Abbasın saray əyanı. O, əmir-e axur rütbəsi almış və Müqəddəs Roma İmperiyası ilə Rusiya imperiyasına diplomatik missiya üçün göndərilmişdir.
Mehdiqulu bəy Cığatay | |
---|---|
fars. مهدی قلی بیگ | |
| |
Doğum tarixi | Bilinmir |
Doğum yeri | Xorasan, Səfəvi imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Səfəvi imperiyası |
Vətəndaşlığı | Səfəvi imperiyası |
İxtisası | Diplomatiya |
Fəaliyyəti | diplomat |
Tanınır | Səfəvi imperiyasının Müqəddəs Roma imperiyası və Rusiya çarlığına göndərilmiş diplomatik heyətin rəhbəri. |
Vikianbarda əlaqəli mediafayllar |
Diplomatik missiyaları
redaktə1599-cu ildə Şah I Abbas Entoni Şirlinin məsləhəti ilə Osmanlı imperiyasına qarşı Avropa dövlətləri ilə ittifaq qura bilmə ümidilər Avropaya diplomatik nümayəndə heyətləri göndərdi. Elçilər Müqəddəs Roma imperatoru II Rudolfla görüşdü. O da, bu ziyarətə cavab olaraq Stefan Kakaşın rəhbərliyində İsfahana nümayəndələr göndərmişdir. Kakaş yolda ikən vəfat etmiş və rəhbərliyi onun katibi Georg Tektander fon der Yabel öz üzərinə götürmüşdür. Şah I Abbas fon der Jabeli qəbul etmiş və Mehdiqulu bəyi onunla birlikdə Rusiya çarlığına göndərmişdir. Bunun səbəbi I Abbasın rus çarı Boris Qodunovu qızılbaş ordusunun Osmanlı üzərində qələbə qazanması barədə məlumatlandırmaq istəyi idi. Çar bu xəbəri eşitməkdən məmnun oldu və 5 min nəfər döyüşçü ilə bir neçə topu ona Dərbəndi geri qaytarmağa yardım etməsi üçün göndərdi. Mehdiqulu bəy və fon der Jabel Rusiyanı Müqəddəs Roma imperiyasına getmək üçün tərk etdilər və 1605-ci ilin 8 yanvarında Praqaya çatdılar. II Rudolf Müqəddəs Roma imperiyası, Rusiya çarlığı və Səfəvi imperiyası arasında üçlü ittifaqla razılaşdığını bildirdi və söz verdi ki, Osmanlı imperiyasına qərbdən hücum edəcəkdir. Lakin bu baş tutmadı.[1][2]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Mahdavi, 2014. səh. 57
- ↑ Fisher, 1986. səh. 387
Mənbə
redaktə- Abdulreza Hushang Mahdavi. History of Iran's Foreign Politics (in Persian). Tehran. 2014.
- William Bayne Fisher. The Cambridge History of Iran. 6. Cambridge: Cambridge University Press. 1986. ISBN 978-0521200943.