Maykl Skott - Wikipedia
Maykl Skott (ing. Michael Scott) — "Ofis" teleserialının protaqonisti. Stiv Karell tərəfindən ifa edilib. Maykl "Dunder Mifflin" şirkətinin Skranton şəhərindəki filialının meneceri vəzifəsində çalışır. Hərçənd ki, müvəqqəti olaraq şirkətindən ayrılmış və həmkadları Pem Bisli və Rayan Hovardla birlikdə öz şirkətini təsis etmişdir. Altıncı mövsümün "The Meeting" və "The Manager and the Salesman" adlı epizodlarında o, Jim Halpert ilə birgə menecer vəzifəsini bölüşür. Yeddinci mövsümdə Maykl, HR nümayəndəsi Holli Flaxs-a evlilik təklif edir və daha sonra onun qocalmış valideynlərinin qeydinə qalmaq üçün Koloradoya köçür. O, "Goodbye, Michael" epizodunda menecer vəzifəsini Deangelo Vickersə təhvil verir. Serialın finalında isə Dwight Schrute-nin toyuna gələrək sürpriz edir.
Maykl Skott | |
---|---|
Ofis personajı | |
İlk görünmə | "Pilot" (2005) |
Son görünmə | "Finale" (2013) |
Yaradan |
|
Canlandıran | Stiv Kerell |
Məlumat | |
Cinsi | kişi[d] |
Ailə |
|
Həyat yoldaşı | Holly Flax |
Uşaqlar | 4 |
Bioqrafiyası
redaktəMaykl Qeri Skott 15 mart 1965-ci ildə Pensilvaniya ştatının Skranton şəhərində anadan olub. Uşaqlığının çətin olduğunu və tez-tez özünü tənha hiss etdiyini deyir. Pilot epizodunda o, qardaşı olduğunu bildirir. "Dunder Mifflin Infinity" epizodunda Maykl təhsili ilə əlaqədar bəzi çətinliklərlə üzləşdiyini və ikinci sinifdə sinifdə qaldığını dedi. O, "Diversity Day" epizodunda ingilis, irland, alman və şotland əsilli olduğunu, həmçinin "2–15% arası" yerli amerikalı olduğunu iddia etdi. Maykl Ceff adlı nifrət etdiyi ögey atası olduğunu deyir. "Nepotism" epizodunda Mayklın 15 ildir ayrı qaldığı bir ögey bacısı olduğu üzə çıxır. Bu tanışlıq sayəsində Maykl bacısı oğlu Luku ofisdə stajçı kimi işə götürür. Maykl Lukun bacarıqsız və mədəniyyətsiz olduğunu görür, ona ofisin qarşısında şillə vurur və bu Lukun göz yaşları içində işdən çıxıb getməsinə səbəb olur.
İstinadlar
redaktə- ↑ "The Office: Where Are They Now? Photo: 610066". NBC. May 29, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 19, 2019.