Martin Hinton - Wikipedia
Martin Hinton (1883–1961) — könüllü zooloq, piltdaun artefaktlarının tapıldığı vaxt Smit Vudvordla birlikdə Britaniya muzeyində çalışmışdır. Muzeydə həmişə belə bir fərziyyə var idi ki, bu saxtakarlığı Vudmanın şəxsi işçilərindən kimsə edə bilər. Hintonun Smit Vudvordla gördüyü işə görə pul mükafatını ala bilməməsi barədə mübahisəsi vardı. Zooloqun üzərinə şübhələr tapıntıdan sonra 1978-ci ildə düşmüşdür. 1936-cı ildən 1945-ci ilə qədər Hintonun zoologiya muzeyinin qoruyucusu kimi çalışdığı müddətdə onun evinin çardağından köhnə sandıq tapılmışdır. Bu sandıqda piltdaun insanında olduğu kimi köhnəlmiş və rənglənmiş sümüklər və dişlər aşkar olunmuşdur. Bunlardan bəzilərinin üzərində həmin üsulla cızıqlar çəkilmişdir. Daha bir neçə köhnəlmiş dişlər tütün qabında tapılmışdır.[1]. Bununla əlaqədar indiki dövrdə Martin Hintona münasibətdə bir neçə versiya mövcuddur.
- iki mistifikator – ayrı-ayrılıqda çalışan Douson və Hinton olmuşdur. Hinton qalıqlaşmış fil sümüyündən hazırlanan əmək alətlərinin saxtasının müəllifi olmuşdur.
-Hinton Smit Vudvorda şübhələnərək süni yaşlaşma və sümüklərin rənglənməsini sərbəst şəkildə tədqiq etmişdir.
-Hinton bu hadisələrin iştirakçısı olmuşdur və "piltdaun" saxtakarlığının hazırlanmasında köməklik etmişdir.
Martin Hinton | |
---|---|
ing. Martin Alister Campbell Hinton | |
Doğum tarixi | 28 iyun 1883 və ya 29 iyun 1883 |
Doğum yeri | |
Vəfat tarixi | 3 oktyabr 1961 (78 yaşında) |
Elm sahələri | zoologiya, Mammologiya |
Üzvlüyü |
-"Bu həmin dövr idi ki, paleontologiya zarafat və ya şübhələrin predmetinə çevrilmişdir" Pyer Teyar de Şarden.
İstinadlar
redaktə- ↑ "Piltdown Man: Britain's Greatest Hoax" (англ.). 2013-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-01-25.