Maroni - Wikipedia
Maroni - Haqqında Məlumat
Maroni (fr. Maroni, nid. Marowijne) — Cənubi Amerika çayı.
Maroni | |
---|---|
Ölkələr | |
Regionlar |
|
Mənsəbi | Atlantik okeanı |
Uzunluğu |
|
Su sərfi | 1.700 ± 0,001 m³/s |
Su sistemi | Atlantik okean |
Hövzəsinin sahəsi | 65.830 km² |
Vikianbarda əlaqəli mediafayllar |
Çay Surinam və Fransa Qvianası ərazisindən axır, çox hissəsi sərhəd bölgəsindən keçir, bundan sonra estuari yaradaraq Atlantik okeanına tökülür.
Çayın uzunluğu 520 km (digər mənbələrə görə 680 km[2] və ya 725 km[3]), su götürmə sahəsi 65830 km²-dir. Çayın sahilləri əsasən tropik cəngəlliklərlə örtülüdür, mənbəyi Braziliya sərhədi yaxınlığındakı Tumuk Umak dağlarında yerləşir. Əsas qolları Tapanahoni və Lavadır.
Çay ətrafında Sen-Loran-dü-Maroni (Fransız Qvianası) və Albina (Surinam) limanları yerləşir. Kiçik gəmilər çay estuarisindən 100 km məsafədə üzə bilərlər, daha sonraki yerlərdə çoxsaylı astanalar və şəlalələr var. Çayın orta axınında qızıl mədəni yerləşir[3].
İstinadlar
redaktə- ↑ Sandre.
- ↑ Марони // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров. — 3-е изд. — М. : Советская энциклопедия, 1969–1978.
- ↑ 1 2 "Maroni River (river, South America)". www.britannica.com. 2015-04-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-28. — Britannica Online Encyclopedia