Maoriler - Wikipedia
Maorilər — Polineziya kökənli Yeni Zelandiya əhalisi. 800-1300-cü illər ərzində müxtəlif vaxtlarda qayıqlarla Polineziya adalarından Yeni Zelandiyaya köç etmişlər.
Ümumi sayı | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
750,000 | ||||||||||||
Yaşadığı ərazilər | ||||||||||||
| ||||||||||||
Dili | ||||||||||||
Dini | ||||||||||||
Qohum xalqlar | ||||||||||||
Polineziya xalqları |
Etimologiyası
redaktəMaoricə māori sözü "adi", "təbii", "normal" mənasına gəlir.
Dini
redaktəMaorilərin dini yerli dinləri olan Maori dinindən başqa eyni zamanda xristianlıqdır. Xristianlıq maorilər arasında ingilis hökumətinin qurulması və ingilis köçünün artması ilə yayılmağa başlamışdır. Buna kimi isə maorilər bütünlüklə öz dinləri olan Maori dinində idilər. Maorilərin təşkilatlanmasında dini rahiblər böyük rol oynayırlar.
Sayları
redaktəMaorilər Yeni Zelandiyanın yerli sakinləri olmalarına baxmayaraq Yeni Zelandiya əhalisinin 15%-ni təşkil edirlər. 2013-cü ilin nəticələrin görə Yeni Zelandiyada maorilərin sayı 598,605 nəfərdir. Maorilərin sayının çox olduğu ikinci ölkə isə Avstraliyadır. Burada maorilərin sayı 2006-ci il göstəricilərinə görə 126,000 nəfərdir. Maorilərin digər məskunlaşdığı ölkələrin sıralaması isə belədir:
- Böyük Britaniya - 8,000
- ABŞ - 3,500
- Kanada - 1,305