Mahmud Eliyev Nazir - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Mahmud İsmayıl oğlu Əliyev (22 fevral 1908, Şamaxı – 24 sentyabr 1958, Bakı) — Azərbaycan-sovet həkimi və dövlət xadimi, Azərbaycan SSR xarici işlər naziri (1944–1958), Azərbaycan SSR səhiyyə naziri (1950–1953), Azərbaycan Tibb İnstitutunun (1938–1943) və Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun (1953–1958) direktoru işləmişdir.
Mahmud Əliyev | |
---|---|
28 mart 1946 – 24 sentyabr 1958 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Tahirə Tahirova |
2 sentyabr 1944 – 28 mart 1946 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | vəzifənin adı dəyişdirilib |
19 sentyabr 1950 – 1953 | |
Əvvəlki | Kübra Fərəcova |
Sonrakı | Əlihüseyn Hüseynov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 fevral 1908 |
Doğum yeri | |
Vəfat tarixi | 24 sentyabr 1958 (50 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | diplomat, siyasətçi, həkim |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMahmud Əliyev 1908‐ci ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olmuşdur. O, 1926‐cı ildə Bakıda orta məktəbi, 1931‐ci ildə isə Azərbaycan Tibb İnstitutunun müalicə fakültəsini bitirmiş, gənc həkim kimi hökumət tərəfindən əlaçılar sırasında Azərbaycan rayonlarına işə göndərilmişdir.
1931‐1936‐cı illərdə Kəlbəcər və Cəbrayıl rayonlarında poliklinika müdiri, rayon xəstəxanasının baş həkimi, rayon səhiyyə şöbəsinin müdiri və s. vəzifələrdə çalışmış və özünü bacarıqlı həkim, səhiyyə təşkilatçısı kimi göstərmişdir. Cəbrayıl rayonunda dörd il işlədiyi müddətdə Rayon İcraiyyə Komitəsi Rəyasət Heyətinin üzvü olmuşdur.
1932‐ci ildə Azərbaycan Dövlət Siyasi İdarəsi sərhəd qoşunlarının birində həkim işləmişdir. 1936‐cı ildə Xalq Səhiyyə Komissarlığının qərarı ilə elmi iş üçün rayondan çağırılmışdır.
1936‐1938‐ci illərdə Azərbaycan Tibb İnstitutunun aspiranturasında oxumuş, Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığı tibbi təhsil, elm və ali məktəb idarəsinin rəisi, Bakı səhiyyə şöbəsinin müdiri olmuşdur. 1937‐ci ildə Naxçıvan MSSR Naxçıvan rayonundan SSRİ Ali Sovetinə keçirilən ilk seçkilərdə İttifaq Sovetinə deputat seçilmişdir.
1938‐1943‐cü illərdə M. Əliyev Azərbaycan Tibb İnstitutunun direktoru işləmişdir. O, bu vəzifədə elmi‐tədqiqat, tələbələr arasında tərbiyə işinin və təhsilin keyfiyyətinin yüksəlməsi sahəsinə böyük diqqət vermişdir. M. Əliyev 1943‐1944‐cü illərdə Azərbaycan K(b)P MK‐nın ali və orta məktəblər şöbəsinə başçılıq etmiş və SSRİ xalq xarici işlər komissarının müavini vəzifəsində işləmişdir.
1944‐cü il yanvarın 28‐dən fevralın 1‐dək keçirilmiş SSRİ Ali Sovetinin X sessiyasının qəbul etdiyi qanunlara əsasən xarici dövlətlərlə bilavasitə əlaqə saxlamaq, beynəlxalq əlaqələri daha da genişləndirmək və artırmaq məqsədilə müttəfiq respublikalarda Xalq Xarici İşlər Komissarlıqları təşkil edilməyə başlandı. Bu dövrdə Azərbaycan Xalq Xarici İşlər Komissarlığı yaradılmış və onun ilk komissarı M. Əliyev təyin edilmişdir. M. Əliyev ömrünün son gününə kimi Azərbaycan SSR xarici işlər naziri vəzifəsində çalışmışdır. O, bu vəzifədə Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi kimi bir sıra ölkələrlə iqtisadi və mədəni əlaqələrin yaradılmasında, beynəlxalq toplantı və müşavirələrdə SSRİ nümayəndə heyətlərinin tərkibində iştirak etmişdir, lakin bu illərdə Xarici İşlər Nazirliyi yalnız formal olaraq fəaliyyət göstərmiş, demək olar ki, real səlahiyyətləri olmamışdır.
M. Əliyev Azərbaycan xarici işlər naziri olmaqla yanaşı 1950‐1953‐cü illərdə Azərbaycan SSR səhiyyə naziri, 1953‐1958‐ci illərdə isə Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru olmuşdur. O, Azərbaycanda səhiyyə işinin təşkili, yeni‐yeni xəstəxana, poliklinika və s. səhiyyə ocaqlarının açılması, onların bilikli və bacarıqlı kadrlarla təmin edilməsi və gənc həkimlərin bilik və təcrübəsinin artırılması sahəsində xeyli iş görmüşdür.
M. Əliyev xidmətlərinə görə "Qırmızı əmək bayrağı" ordeni, iki dəfə "Şərəf nişanı" ordeni və müxtəlif medallarla təltif edilmişdir. Ona eyni zamanda Fövqəladə və Səlahiyyətli səfir dərəcəsi və "Azərbaycan SSR əməkdar həkimi" fəxri adı verilmişdir.[1]
M. Əliyev SSRİ Ali Sovetinin, Azərbaycan SSR Ali Sovetinin deputatı, plenum, konfrans, qurultay və sessiyaların nümayəndəsi olmuşdur. M. Əliyev 1958‐ci il sentyabrın 24‐də Bakı şəhərində vəfat etmiş və Fəxri xiyabanda dəfn edilmişdir.
İstinadlar
redaktə- ↑ Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IV ҹилд: Елдәҝәз—Итабира. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1980. С. 175.
Xarici keçidlər
redaktə- Mahmud Əliyev Arxivləşdirilib 2008-10-13 at the Wayback Machine