Mesnevi - Wikipedia
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Məsnəvi — Şərq, eləcə də klassik Azərbaycan epik şeirində ən geniş yayılmış formalardan biri. "Məsnəvi" ərəb sözüdür, mənası "ikilik" deməkdir.
Məsnəvi formasında yazılmış əsərlərin iki misrası bir beyt adlanır. Hər beytin misraları, müstəqil olaraq, tamamlanmış bir fikri ifadə edir.
Məsnəvinin misraları bir-biri ilə eyni qafiyəli olur: aa, bb, cc, çç, və s.
Məsnəvi formasında yazılmış əsərlərdə misraların iki-iki qafiyələnməsi şairə öz fikirlərini sərbəst və daha geniş şəkildə ifadə etməyə imkan verir. Amma bu da var ki, bu misralar, yəni beytlər arasında güclü fikir bağlılığı olur.
Məsnəvi formasında yazılmış əsərlər həcminə görə müxtəlif olur. Bu, mövzunun əhatəliyindən asılı olur.
Azərbaycan ədəbiyyatında ilk məsnəvi əsər yaradan XII əsrin qüdrətli sənətkarı Xaqani Şirvani olmuşdur. Onun "Töhfətül-İraqeyn" poeması məsnəvi formalı şeirin ilk və ən gözəl nümunəsidir. Nizami Gəncəvinin "Xəmsə"si, Şah İsmayıl Xətainin "Dəhnamə"si, ("On məktub"), Məhəmməd Füzulinin "Leyli və Məcnun"u, "Bəngü-Badə"si ("Tiryək və şərab") və s. məsnəvi formasında yazılmış əsərlərdir.
Mənbələri
redaktə- "brillonline.nl">Bruijn, J.T.P. de; Flemming, B.; Rahman, Munibur. "Mathnawī." Encyclopaedia of Islam, Second Edition. Edited by: P. Bearman , Th. Bianquis , C.E. Bosworth , E. van Donzel and W.P. Heinrichs. Brill, 2010. Brill Online. Augustana. 08 April 2010
- http://www.brillonline.nl/subscriber/entry?entry=islam_COM-0709[ölü keçid] pp.6-7
Xarici keçidlər
redaktə Ədəbiyyat haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |