Mercidabik Doyusu - Wikipedia
Mərcidabık döyüşü — Suriya və Misirin Osmanlıların əlinə keçməsinə səbəb olan döyüşlərdən ilki və ən önəmlisi. Döyüş Osmanlı ordusunun qələbəsi ilə başa çatmışdır.[1][2]
Mərcidabık döyüşü | |||
---|---|---|---|
| |||
Tarix | 24 avqust 1516 | ||
Yeri | Hələb, Suriya | ||
Nəticəsi | Osmanlılar qalib gəldi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Döyüş öncəsi vəziyyət
redaktəÇaldıran döyüşü ilə şərqdəki ən güclü rəqibini məğlub edən Sultan Səlimin şərqi və cənub-şərqi Anadolunu zəbt etmək istəyi, həmin bölgədəki mühüm şəhərlərə sahib olan Məmlük sultanı Kansu Qavrini narahat etməyə başlamışdı. II Bəyazid dönəmində baş tutan çatışmalar, Zülqədəroğulları məsələsi və Hicaz bölgəsinin idarəsi uğrunda gedən mübarizə iki dövlət arasındakı münasibətləri daha da gərginləşdirdi.[3][4]
Məmlük sultanı Kansu Qavri Sultan Səlimin yeritdiyi siyasəti anlamış, sərhədlərində baş verən çaxnaşmalar səbəbilə bir tərəfdən Şah İsmayılla diplomatik əlaqələr qurur, digər tərəfdən də özünün rəhbərlik etdiyi ordu ilə Dəməşq bölgəsinə gəlmişdi.[5][6][7]
Qara xan Ustaclının Diyarbəkirə gəldiyi xəbərini eşidən Sultan Səlim sədrəzəmliyə gətirdiyi Sənan Paşanı 28 aprel 1516 tarixində bölgəyə yolladı. Sənan Paşa burada ikən sərhəddəki Məmlük əmirlərinə məktub yollayaraq Fərat çayını keçmək istədiyini bildirdi. Ancaq cavab məktubu gəlmədi və Məmlük sultanı Kansu Gavrinin Şah İsmayılla ittifaq qurduğu başa düşüldü. Ardından Sənan Paşa baş verənlər haqqında Sultan Səlimə məktub yazmış, 4 iyunda İstanbuldan yola düşən Sultan Səlim isə sədrəzəmə Fərat çayı üzərində körpü tikməyi və sultan ordusunu gözləməyi əmr etdi. Məmlük sultanı,Sənan Paşanın bölgəyə gəldiyini öyrəndi və 50 min nəfərlik ordusu ilə vaxtilə üsyan edən Şahzadə Əhmədin Misirə qaçan oğlu Şahzadə Qasımla birlikdə 19 mayda Hələb istiqamətində yola düşdü. Sultan Səlimin sünni bir dövlət olan Məmlük sultanlığını şiə məzhəbli Səfəvilərlə müttəfiqlikdə günahlandırması və bu yöndə dönəmin şeyxülislamı Zənbilli Əli Əfəndidən fətva alması, əslində Misirin və Suriyanın işğal edilməsi üçün bir bəhanə idi.[8][9][10]
Sultan Səlim İstanbuldan ayrılmazdan öncə yürüşün Səfəvilər üzərinə hazırlandığını bildirmək üçün Rumeli başqazısı Molla Zeyrəkzadə Rüknəddin Əfəndi ilə Qaraca Paşanı Məmlük sultanına göndərdi. Özü isə əvvəlcə Kayseri, ardından Əlbistana gəldi və burada Sənan Paşa ilə görüşdü. Osmanlı ordusu Konyada ikən 26 iyun tarixində Səfəvilərin Qoçhisar döyüşündəki məğlubiyyət xəbəri Qara xan Ustaclının kəsik başı ilə Sultan Səlimə çatdırıldı. O isə bu "hədiyyə"ni bir məktubla Kansu Qavriyə göndərdi. Bu əsnada Kansu Qavrinin Hələb şəhərinə çatdığı xəbəri gəldi (25 iyul). Həqiqətən də, Kansu Qavri 11 iyul tarixində Hələb şəhərinə daxil olmuş, burada Osmanlı elçilərini qəbul etmişdir. Osmanlı elçiləri 9 avqustda ordugaha geri dönəndə 5 gün əvvəl elan edilmiş Misir səfəri xəbərini eşitdilər. Artıq yürüşün Misirə olduğu elan edilmiş, Məmlük sultanlığı Səfəvilərin dəstəkçisi kimi cəzalandırılmalı idilər. Müxtəlif bölgələrdən gələn əyalət dəstələri və Krım xanı Məngli Gərayın oğlu ilə birlikdə göndərdiyi Krım qüvvələri də burada Osmanlı ordusuna qatıldı. Bu əsnada Malatya-Antep istiqamətində padşaha sui-qəsd tərtibləyən 4 süvari əsgər ələ keçirildi. Bu sui-qəsdçilərin Kansu Qavri tərəfindən yollanması səbəbilə Sultan Səlim Misir sultanına sərt bir məktub yazmış, bundan sonra göndərilən elçi heyətləri də qəbul edilməmişdir. 18 avqustda Antep qalası Sultan Səlim ordusuna tabe olmuş, iki gün sonra burada toplanan divanda döyüş planlanmışdır. Bu əsnada Məmlük ordusu da Hələbdən irəliləyərək Mərcidabık çölünə gəlmişdi.[11][12][13]
Döyüşün gedişi
redaktə24 avqust 1516 bazar günü səhər saatlarında iki ordu qarşı-qarşıya gəldi. Ordular say baxımından bir-birinə bərabər idi. Osmanlı ordusunu 12.000 tüfəngçi, 30.000 piyada, 20.000 Anadolu və 20.000 Rumeli əyaləti qüvvəsindən ibarət idi. Osmanlı ordusunun mərkəzində padşahla Sədrəzəm Sənan Paşa və piyada dəstələri yer almışdı. Tüfəngçilərin önünə 300 top arabası zəncirlənmiş şəkildə düzülmüşdü. Sağ cinahda Anadolu bəylərbəyi Zeynal Paşa, Qaraman bəylərbəyi Hüsrəv Paşa, Zülqədəroğullarından Şahsüvaroğlu Əli bəy və Ramazanoğullarından Mahmud bəy; sol cinahda isə Rumeli bəylərbəyi Kiçik Sənan Paşa, Diyarbəkir bəylərbəyi Mehmed Paşa və Səadət Gərayın rəhbərlik etdiyi Krım qüvvələri yer almışdı. Məmlük ordusunda isə sağ cinahda Dəməşq naibi Sibay bəy, sol cinahda isə Hələb naibi Xeyir bəyin qüvvələri yer almışdı.[14][15]
İlk hücum Məmlüklər tərəfindən oldu. Top və tüfəng atəşi ilə sarsılan Osmanlı qüvvələri qısa zamanda bu hücumu dayandırdı. Ordunun Rumeli qüvvələrinə hücum edən Dəməşq naibi Sibay bəy atından salınaraq öldürüldü. Bunu öyrənən Hələb naibi Xeyir bəy geri çəkildi və Osmanlı qüvvələri Məmlük sultanının şəxsi qüvvələrinə hücum etdi. Günorta saatlarına qədər davam edən döyüşdə Osmanlılar qalib gəldi. Bir çox adlı-sanlı Məmlük əmiri ya əsir alındı, ya da döyüş meydanında öldürüldü. Vəzir Yunus Paşanın səyləri ilə döyüş meydanından qaçan Canbərdi Qəzai və Xeyir bəy ələ keçirildi.[16][17][18]
Döyüşün nəticəsi
redaktəDöyüşün sonunda aralarında əsir düşdükdən sonra tabe olmayan bəzi əmirlərin də olduğu 2000 Məmlük əsgəri edam olundu. Bu əmirlərin bir qismi isə sərbəst buraxıldı. Kansu Qavri isə qaçarkən anidən atından düşmüş və burada ölmüşdü. Ardından Sultan Səlim Hələb şəhərinə daxil oldu. Şəhərdə iqamət edən Abbasi xəlifəsi III Mütəvəkkili ziyarət edib onun da İstanbula aparılacağı xəbərini şəxsən bildirdi. Şəhərdə Sultan Səlimin adına xütbə oxundu, Ardından Hələb, Dəməşq, Həma və Homs şəhərləri ələ keçirildi və bu şəhərlərin hər birinə sancaqbəyləri təyin edildi. Beləliklə, bütün Suriya zəbt olundu.[19][20]
Mərcidabık döyüşü Osmanlılara Suriya, Livan və Fələstin torpaqlarını ələ keçirərək Misirə gedən yolu açmış, şərqi və cənub-şərqi Anadolu torpaqlarındakı Osmanlı hakimiyyətini gücləndirmiş və Məmlük sultanlığının süqutunu sürətləndirmişdir.[21][22][23]
Mənbə
redaktə- ↑ Çerkezler Kâtibi Yûsuf, Târîh-i Mısr, Süleymaniye Ktp., Esad Efendi, nr. 2146, vr. 25b-35b
- ↑ “Mısır Seferi Rûznâmesi” (Feridun Bey, Münşeat içinde), I, 450-451
- ↑ Hoca Sâdeddin, Tâcü’t-tevârîh, İstanbul 1280, II, 324-336
- ↑ Hammer (Atâ Bey), IV, 193-195
- ↑ Selâhattin Tansel, Yavuz Sultan Selim, Ankara 1969, s. 118-146
- ↑ a.mlf., “Silahşor’un Fetihnâme-i Diyâr-ı Arab Adlı Eseri”, TV, I/2 [17] (1958), s. 295-311
- ↑ İbn İyâs, BedâǿiǾu’z-zühûr, V, 35-65
- ↑ “Haydar Çelebi Rûznâmesi” (a.e. içinde), I, 478-480
- ↑ Hasan-ı Rûmlû, Aĥsenü’t-tevârîħ: A Chronicle of the Early Safawis (nşr. ve trc. C. N. Seddon), Baroda 1931, I, 159-161
- ↑ Belâzürî, Fütûh (Fayda), s. 245, 247
- ↑ Muhammed Harb Abdülhamid, I. Selim’in Suriye ve Mısır Seferi Hakkında İbn İyâs’da Mevcut Haberlerin Selimnamelerle Mukayesesi: XVI. Asır Osmanlı-Memluklu Kaynakları Hakkında Bir Tetkik (doktora tezi, 1980), İÜ Ed. Fak., s. 105-120
- ↑ Lutfî Paşa, Târih (nşr. Kayhan Atik), Ankara 2001, s. 222-230
- ↑ Hadîdî, Tevârîh-i Âl-i Osmân (nşr. Necdet Öztürk), İstanbul 1991, s. 398-408
- ↑ Halil Edhem, “Mısır Fethi Mukaddematına Âid Mühim Bir Vesika”, TTEM, XVII/19 [96] (1928), s. 30-36
- ↑ Enver Çakar, XVI. Yüzyılda Halep Sancağı (1516-1566), Elazığ 2003, s. 349, 381
- ↑ R. Hartmann, “Dâbık”, İA, III, 446
- ↑ İbn Tolun, İǾlâmü’l-verâ (nşr. M. Ahmed Dehmân), Dımaşk 1984, s. 229-230
- ↑ Şükrî-i Bitlisî, Selimnâme (nşr. Mustafa Argunşah), Kayseri 1997, s. 242-259
- ↑ E. Honigmann, “Merc Dâbık”, a.e., VII, 751-752
- ↑ İbn Zünbül, VâķıǾatü’s-Sulŧân el-Ġavrî maǾa Selîm el-ǾOŝmânî (nşr. Abdülmün‘im Âmir), [baskı yeri yok] 1997 (Edebü’l-harb), s. 13-47
- ↑ M. Cavid Baysun, “Merc Dâbık Muhârebesi”, a.e., VII, 752-754
- ↑ Celâlzâde Mustafa Çelebi, Selimnâme (nşr. Ahmet Uğur - Mustafa Çuhadar), Ankara 1990, s. 173-189
- ↑ Keşfî Mehmed Çelebi, Selimnâme (haz. Abdurrahman Sağırlı, yüksek lisans tezi, 1993), İÜ Sosyal Bilimler Enstitüsü, s. 75-90