Memmed Bey Abasidze - Wikipedia
Məmməd bəy İbrahim bəy oğlu Abaşidze (gürc. მემედ იბრაჰიმის ძე აბაშიძე; 18 yanvar 1873, Batomi, Trabzon vilayəti, Osmanlı imperiyası – 1937) — gürcü ictimai xadimi, yazıçı, publisist. Stalin repressiyalarının qurbanı.
Məmməd bəy Abaşidze | |
---|---|
gürc. მემედ აბაშიძე | |
Doğum tarixi | 18 yanvar 1873 |
Doğum yeri | |
Vəfat tarixi | 1937 |
Fəaliyyəti | yazıçı, ictimai xadim, publisist |
Vikianbarda əlaqəli mediafayllar |
Sancaq bəy Abaşidze nəslindəndir. Orta təhsilini gürcülər arasında Savadlılığın Təbliği Cəmiyətinin Batumi filiyalında almışdır. Atasının rəhbərliyi altında ərəb, fars və türk dilərini mənimsəmişdir. 20-ci əsrin əvvəllərində ortaya çıxan Gürcüstan mətbuatında sistemli şəkildə publisistik məqalələr və məktubları dərc etdirdi. Müsəlman gürcülərin milli mənlik şüurunun yüksəldilməsi və Gürcüstanın birliyi üçün fəal şəkildə mübarizə apardı, bir neçə dəfə həbs olundu və sürgün edildi. 1917-ci ildə Batumiyə qayıtdı. Gürcüstan Müsəlman Xeyriyyə Cəmiyyətinə rəhbərlik etmişdir. 1918-ci ildə etiraz olaraq Acarıstana girən türklərlə qarşı çıxdı, buna görə həbs olundu və Trabzon həbsxanasına salındı. Həbsxanadan qaçıb Tbilisiyə gəldi və Müsəlman Gürcüstanın Azadlıq Komitəsi nə rəhbərlik etdi. 1919‒1921-ci illərdə "Müsəlman Gürcüstanı" qəzetinin redaktoru olub. Acarıstanda Sovet hakimiyyətinin qurulması uğurunda mübarizədə iştirak etmişdir. Acarıstan İnqilab Komitəsinin üzvü idi və müxtəlif məsul vəzifələr tuturdu. Ömər Xəyyam və Namiq Kamalın əsərlərini gürcü dilinə tərcümə edib. Bir neçə hekeyənin müəllifidir. Tbilisidə onun adını daşıyan küçə var.
Ədəbiyyat
redaktə- გერსამია ს., მემედ აბაშიძე. ბიოგრაფიული ნარკვევი, ბათ., 1960
- Gürcüstan Sovet Ensiklopediyası, I cild, səh. 20-21, Tbilisi, 1975