Memmed Quliyev Bestekar - Wikipedia
Məmməd Quliyev — bəstəkar, əməkdar incəsənət xadimi, pedaqoq, ictimai musiqi xadimi.
Məmməd Mehdi oğlu Quliyev | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri |
Göyçay SSRİ |
Vəfat tarixi | (65 yaşında) |
Vəfat yeri |
Bakı Azərbaycan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar |
Janrlar | opera, simfoniya |
Təhsili | |
Mükafatları | Azərbaycan SSR-in əməkdar incəsənət xadimi |
Həyatı
redaktəMəmməd Mehdi oğlu Quliyev 1936-cı il fevralın 9-da Azərbaycanın Göyçay rayonunda anadan olmuşdur. 1958-ci ildə Bakı Musiqi Texnikumunu tar sinfi üzrə (R. Məmmədbəyli) və kompozisiya sinfi üzrə (M. Əhmədov) müvəffəqiyyətlə bitirərək, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına — Qara Qarayevin sinfinə daxil olmuş və 1963-cü ildə təhsilini uğurla başa vurmuşdur. Onun diplom işi kimi təqdim etdiyi ilk iri həcmli əsəri — I simfoniyası Dövlət imtahan komissiyası tərəfindən yüksək qiymətləndirilmiş və bəstəkarın simfonik musiqi sahəsindəki gələcək nailiyyətlərini müəyyənləşdirmişdir.
60-cı illərdə yaradıcılıq yoluna qədəm qoyan bəstəkarın maraqlı, orijinal və yüksək bədiiliyi ilə seçilən əsərləri nəinki Azərbaycanda, habelə onun hüdudlarından kənarda musiqi ictimaiyyətinin diqqətini cəlb etmişdir. Sonralar Məmməd Quliyevin əsərləri Ümumittifaq müsabiqələrində, festival, qurultay və plenumlarda, həmçin ABŞ, Fransa, Almaniya, İtaliya, Avstriya, Çexiya, Slovakiya, Polşa, Finlandiya, Türkiyə, İraq, Misir, Kuveyt, Çin, Yaponiya və digər ölkələrdə uğurla səslənmiş, Azərbaycan musiqisini təmsil etmişdir.
Məmməd Quliyev çoxşaxəli yaradıcılıq fəaliyyətini müəllimlik fəaliyyəti ilə üzvü şəkildə uzlaşdıraraq, uzun illər (1960-cı ildən ömrünün sonuna qədər) Asəf Zeynallı adına Bakı Musiqi Kollecində pedaqoji fəaliyyətlə məşğul olmuş və gənc musiqiçi nəslinin yetişməsində əlindən gələni əsirgəməmişdir.
İctimai musiqi xadimi kimi Məmməd Quliyev 1966-cı ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, onun İdarə Heyətinin üzvü, habelə "Simfonik musiqi bölməsi"nin və "Kamera müsiqisi bölməsi"nin fəal üzvlərindən biri olmuşdur.[1] Dəfələrlə SSRİ Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvü seçilmişdir.
Məmməd Quliyev milli operanın janr çərçivəsini genişləndirmiş, Mirzə Fətəli Axundovun "Aldanmış kəvakib" adlı povesti əsasında yazdığı Aldanmış ulduzlar operası Azərbaycanda ilk və hələlik yeganə opera-satira nümunəsi yaratmış, Ələkbər Salahzadənin sözlərinə bəstələdiyi vokal səhnəciklərdə ilk dəfə musiqimizə qrotesk səciyyəli obrazlar gətirmiş, ilk dəfə qeyri-adi heyətlər, məsələn, qoboy və bas-klarnet, fleyta-pikkolo və kontrabas üçün sonatalar yazmış, Fikrət Qoca ilə bahəm yaratdığı 3-cü simfoniyasında isə ilk dəfə partituraya solo vokal (xalq müğənnisi) partiyası və xor daxil etmişdir.
Bəstəkarın həyat yoldaşı Cülyetta MirAslan qızı Quliyeva — filoloq, pedaqoq — Nəriman Nərimanovun həyat yoldaşı Gülsüm xanım Nərimanovanın qardaışı qızıdır.
Bəstəkarın yeganə övladı Mehdi Məmməd oğlu Quliyev — tanınmış həkim psixiatrdır.
Mükafatları
redaktə- Azərbaycan SSR əməkdar incəsənət xadimi — 01.12.1982[2]
Əsərləri
redaktə- Opera
- Vokal əsərləri
- "Dədə Qorqud diyarı — Azərbaycan" birhissəli kantata — bariton, soprano, xor və böyük simfonik orkestr üçün — Fikrət Qocanın sözlərinə
- "Şəbi-hicran" lirik poema — xor və böyük simfonik orkestr üçün — Məhəmməd Füzulinin sözlərinə
- "Rekviyem" birhissəli kantata — metso-soprano, soprano, xor və böyük simfonik orkestr üçün — Fikrət Qocanın sözlərinə
- "Poema — Rekviem" — bas, xor və böyük simfonik orkestr üçün — Ələkbər Salahzadənin sözlərinə
- "Üç portret" vokal silsiləsi — Ələkbər Salahzadənin sözlərinə — Ü. Hacıbəyova ithaf
- "Abşeron" üçhissəli kantata — qarışiq xor və böyük simfonik orkestr üçün — Yusif Həsənbəyin sözlərinə
- "Əməyin himni" ("Əməyin fəsilləri") dördhissəli kantata — soprano, xor və böyük simfonik orkestr üçün — Ələkbər Salahzadənin və Vidadi Paşayevin sözlərinə
- "Bahar bayramı" kantata — soprano, qarışıq xor və böyük simfonik orkestr üçün — Vidadi Paşayevin sözlərinə
- "Kənd kantatası" — solistlər, xor və böyük simfonik orkestr üçün
- "Nizami haqqında dastan" oratoriya — qarışiq xor üçün — a capella — Ələkbər Salahzadənin sözlərinə
- "Lirik poema" — soprano, 2 fleyta, fortepiano və simli orkestr üçün — Nizami Gəncəvinin sözlərinə
- "Bizim dağlar" oratoriya — solist, xor və böyük simfonik orkestr üçün — Hüseyn Cavidin sözlərinə
- "Dağlar" qarışıq xor üçün — a capella — Səməd Vurğunun sözlərinə
- "Ballada" səs və fortepiano üçün — A. Xaldeyevin sözlərinə
- "Iki ballada" soprano və fortepiano üçün — Hüseyn Cavidin sözlərinə
- "Qəzəl" soprano və simfonik orkestr üçün — Nizami Gəncəvinin sözlərinə
- İki Azərbaycan Mahnısı: "Ceyran", "Gəl bizə"
- 7 Azərbaycan Xalq Mahnısı
- başqa vokal əsərləri.
- Simfonik və kamera-instrumental əsərləri
- 7 simfoniya :
- I (1963),
- II (1968) — "Антивоенная",
- III (1970) — "Mən — Azərbaycanam" — Fikrət Qocanın sözlərinə,
- IV (1984) — "Muğam",
- V (1988) — Rauf Abdullayevə ithaf,
- VI (1990),
- VII (1993) — "Xəmsədən damlalar".
- "Simfoniya — rekviyem" — Xocalı hadisələrinə həsr olunmuş
- "Simphonia Domestica" — kamera orkestr üçün
- "Simfoniyetta" — 4 hissəli böyük simfonik orkestr üçün
- "Rekviyem" — 20 Yanvar şəhidlərinə həsr olunmuş — böyük simfonik orkestr üçün
- "Muğamsayağı" və "Aşıqsayağı" — kamera orkestr üçün
- "Çağırtılar" ("Позывные") — böyük simfonik orkestr üçün. https://www.youtube.com/watch?v=7AzofITb_cA
- Təntənəli KONSERT — UVERTÜRA — böyük simfonik orkestr üçün
- "Bayram marşı" — böyük simfonik orkestr üçün
- "Bayram poeması" — simli alətlər və 2 fortepiano üçün
- "Lyarqo və Skertso" — kamera orkestr üçün
- "Kədərli musiqi" — kamera orkestr üçün
- "Romantik poema" — böyük simfonik orkestr üçün
- Sonata — pikkolo və kontrabas üçün
- Sonata — qaboy və basklarnet üçün
- 2 pyes — kamera orkestri üçün — Qara Qarayevə ithaf (1975)
- "Nostalgiya" — böyük simli orkestr üçün — Qara Qarayevə ithaf (2000)
- "Cangi" — qaboy, zurna və böyük simfonik orkestr üçün
- Konsert — tar və fortepiano üçün
- "Rondo" — tar və fortepiano üçün
- Konsert — skripka və orkest üçün
- Konsert — violonçel və kamera orkestr üçün
- Hərbi Marş — nəfəsli orkestr üçün
- "Nonet" — nəfəsli və zərb alətləri üçün
- "Trio" — skripka, fortepiano və violonçel üçün
- Kvartet — iki skripka, alt və violonçel üçün
- "Variasiyalar" — simli kvartet üçün
- "Fortepiano üçün albom" — 20 fortepiano üçün pyes (Məmməd Quliyev. Fortepiano üçün albom)
- "Türk xalq mahnısı" — 2 skripka və fortepiano üçün
- başqa simfonik və kamera-instrumental əsərləri.
Video
redaktə- Məmməd Quliyevin "Muğamsayağı" və "Aşıqsayağı" əsərləri
- Məmməd Quliyev. Fortepiano üçün albom
- Məmməd Quliyevin "Muğamsayağı" və "Aşıqsayağı" əsərləri
- Məmməd Quliyev. Vokal silsiləsi. Söz. Ələkbər Salahzadə. 1-ci portret "Səs" "Üzeyir Hacıbəyova həsr olunub". İfa: Ağakərim Kərimov (vok.) və Roza Şifrin (f-no). http://uzeyir.musigi-dunya.az/audio/42/9.ogg
- Məmməd Quliyev — 80. https://www.youtube.com/watch?v=nuBPRCU2ozM
- Мамед Кулиев — 80. https://www.youtube.com/watch?v=kCy52hqxGXg
- Bəstəkar Məmməd Quliyev — 80. Mədəniyyət — 18.02.2017. https://www.youtube.com/watch?v=w3Da2lGyATE
- Мамед Кулиев. Верный рыцарь музыки (к 77-летию) https://www.youtube.com/watch?v=7AzofITb_cA
- Bəstəkar Məmməd QULİYEV. "Musiqi xəzinəsi" verilişi ("Mədəniyyət" kanalı, 15.11.2018). https://www.youtube.com/watch?v=qO3pSK0aVG0&feature=share
- Məmməd Quliyev, pikkolo fleyta və kontrabass üçün sonatadan qısa fraqment, https://www.facebook.com/javad.javadzadeh?__tn__=%2Cdl%2CP-R&eid=ARC6ETF4jYVaiZnaoB91Fg1qbpIucimYO9LnDFvPFDmk8k4FIm0Pu6kYDTf9LFiY_uinfyKfaAxHafqv
İstinadlar
- ↑ Azərbaycan Respublikası Bəstəkarlar İttifaqı — Məmməd Quliyev [ölü keçid]
- ↑ Respublikanın musiqi sənəti xadimlərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekabr 1982-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
Xarici keçidlər
- 1. Zümrüd Dadaşzadə, Musiqinin sadiq cəngavəri, "Qobustan", № 2, 2011, S.11–16 http://www.azyb.net/cgi-bin/jurn/main.cgi?id=2183 [ölü keçid]
- 2. K. Xankişiyeva — Məmməd Quliyevin simfonik yaradıcılığında ənənə və müasirliyə dair [ölü keçid]
- 3. Зумруд ДАДАШЗАДЕ, Верный рыцарь музыки, "Зеркало" — 2011–7 мая. – С. 26. http://anl.az/down/meqale/zerkalo/2011/may/av88.htm
- 4. Ю. ГАБАЙ. "ОБМАНУТЫЕ ЗВЕЗДЫ", Москва, Советская музыка, 1978, № 8, с. 55–58.
- 5. Ханкишиева, Кенуль Гумбат гызы, Особенности симфонического мышления Мамеда Кулиева : автореферат дис. … дра философии по искусствоведению, Баку — 2013. http://elibrary.az/cgi/irbis64r/cgiirbis_64.exe?LNG=&P21DBN=AREF&I21DBN=AREF_PRINT&S21FMT=infow_wh_print&C21COM=F&Z21MFN=5912 Arxivləşdirilib 2018-01-08 at the Wayback Machine
- 6. Везирова, Гюляра Хасай кызы. Мугам как фактор национального своеобразия азербайджанской оперы: автореферат диссертации по искусствоведению, специальность ВАК РФ 17.00.02. Баку, 1996. [2]http://cheloveknauka.com/mugam-kak-faktor-natsionalnogo-svoeobraziya-azerbaydzhanskoy-opery#ixzz57CfHeRQe
- 7. Azad Kərimli (Azad Ozan Kərimli). Məmməd Quliyev haqqında. http://www.musigi-dunya.az/new/read_magazine.asp?id=29&page=1
- 8. Азад КƏРИМЛИ (Azad Ozan Kərimli), Təkrarsız Məmməd Quliyev. "Qobustan", № 1–2, 1998
- 9. Кенюль Гумбатова, О некоторых особенностях творческого почерка Мамеда Кулиева, http://harmony.musigi-dunya.az/RUS/archivereader.asp?s=1&txtid=230
- 10. М. Г. Кулиев, Л. Б. Абдуллаева. Музыкальный язык и особенности исполнительской интерпретации "Альбома" для фортепиано Мамеда Кулиева. Баку — 2014. 97 с.
- 11. Adılə Yusifova, Azərbaycan bəstəkarların işləmələri, Məmməd Quliyev. Yeddi Azərbaycan xalq mahnılarının səs və simfonik orkestr üçün işləməsi, Bakı, Adiloğlu, 2009, ss 56–94
- 12. Xuraman İsmayılova, Əsri qabaqlayan bəstəkar, "Qobustan", № 3, 2003, s. 25–27
- 13. Lalə Hüseynova, "ÇAĞIRTALARA" HAY VERƏK, Şərqi, s. 24–25, Baki, 2011
- 14. Güllü İsmayılova, Milli musiqi mədəniyyətimizim görkəmli nümayəndisini xatırlarkan… Məmməd Quliyev — 75. 525 qəzet, 2011, may 12, s. 6 http://anl.az/down/meqale/525/2011/may/cm27.htm
- 15. Savalan Fərəcov, Tar sevgisi onu bəstəkara çevirdi, Mədəniyyət, 12-10-2016-28 http://medeniyyet.az/page/news/16206/-Tar-sevgisi-onu-bestekara-cevirdi.html?lang=ru
- 16. Məhəbbət HACIYEVA, Firəngiz AĞALAR, "Mən musiqiçiyəm, sözdən çox, səs adamıyam" (Məşhurların xanımları). 525 qəzet, 19.05.14 https://525.az/site/?name=xeber&news_id=18757#gsc.tab=0
- 17. Рая Аббасова. Жизнь и вечность композитоpa. К 75-летию со дня рождения Мамеда Кулиева. Зеркало. – 2011. −5 февраля.- С. 26. http://www.anl.az/down/meqale/zerkalo/2011/fevral/155155.htm
- 18. Рая АББАСОВА, Вдохновение длиною в жизнь. К 80-летию композитора Мамеда Гулиева. Каспiй, N37 (708), 28 февраля 2017, с. 10–11 http://kaspiy.az/news.php?id=56093#.WLV4RVWLTIU
- 19. Elmira Abbasova, Məmməd Quliyevin beşinci simfoniyası, "Qobustan", № 4, 1990, s. 12–14 http://ek.anl.az/lib/item?id=chamo:170853&theme=e-kataloq
- 20. Х. А. Садыхзаде, Особенности становления оперного жанра в Азербайджане (1908–2007), https://cyberleninka.ru/article/n/osobennosti-stanovleniya-opernogo-zhanra-v-azerbaydzhane-1908-2007.pdf
- 21. Большая биографическая энциклопедия, Кулиев, Мамед Мехти-оглы. http://dic.academic.ru/dic.nsf/enc_biography/66015/%D0%9A%D1%83%D0%BB%D0%B8%D0%B5%D0%B2
- 22. Quliyev Məmməd Mehdi oğlu — Mugam Ensiklopediyasi. http://mugam.musigi-dunya.az/q/quliyev_memmed.html
- 23. Мамед Мехти оглы Кулиев. ОБМАНУТЫЕ ЗВЕЗДЫ. Опера в двух действиях, четырех картинах с прологом и эпилогом. Советские Оперы, Москва, Советский Композитор, 1982, с. 409–411.
- 24. İ. Məhərrəmova, Məmməd Quliyevin "Aldanmış ulduzlar" operasında janr sintezi və ifadə vasitələri axtarışları, AMEA-nın Naxçıvan bölməsinin xəbərləri:İctimai və humanitar elmlər seriyası, .-2014.- C.10.- № 1.- S.269–281. http://ek.anl.az/lib/item?id=chamo:374700&theme=e-kataloq
- 25. Кулиев Мамед Мехти оглы в энциклопедии музыки http://www.musenc.ru/html/k/kuliev.html
- 26. BMA. Bəstəkarlıq kafedrasının görkəmli xadimləri. Quliyev Məmməd Mehdi oğlu. http://musicacademy.edu.az/bestekar-gorkemli/378-mamed-quliyev.html
- 27. Azərbaycan. Bəstəkarlar. Məmməd Quliyev. http://www.azerbaijans.com/content_285_az.html
- 28. Göyçay rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi, Göyçay rayonun görkəmli şəxsləri — Məmməd Quliyev. http://goychay.cls.az/more/text/42223[ölü keçid]
- 29. Savalan Fərəcov, Bəstəkar-pedaqoq Məmməd Quliyevin xatirə gecəsi, Mədəniyyət, 22–02-2017. http://medeniyyet.az/page/news/37902/Bestekarpedaqoq-Memmed-Quliyevin-xatire-gecesi.html
- 30. Quliyev Məmməd Mehdi oğlu (1936–2001). AZƏRBAYCAN BƏSTƏKARLARI. http://mk.musigi-dunya.az/composer_m_quliyev.html
- 31. Галина Микеладзе, Вечер памяти выдающегося композитора Мамеда Кулиева, 1news.az, 12 Мая, 2007. http://www.1news.az/news/vecher-pamyati-vydayuschegosya-kompozitora-mameda-kulieva
Nəşrlər
1. МАМЕД КУЛИЕВ, КВАРТЕТ для двух скрипок, альта и виолончели. Партитура, Баку, Азəpнəщр, 1972.
2. Кулиев, Мамед Мехти оглы, Альбом для фортепиано: Для учащихся муз. уч-щ и консерваторий / Ред. и авт. предисл. Рауф Абдуллаев. — Баку : Ишыг, 1980. — 65 с. : http://search.rsl.ru/ru/record/01001938851
3. Гулиjeв Məммəд, Консерт. Виолончел вə симфоник оркестр yчyн. Клавир. Бакы. Ишыг. 1987.
4. КАТАЛОГ СОВЕТСКИХ ПЛАСТИНОК / М. КУЛИЕВ (1936): "Обманутые звезды", Фрагменты оперы (на азербайджанском яз.) / С10–12281-2 / 1979 http://records.su/album/18892
5. МАМЕД КУЛИЕВ, ДВЕ ПЬЕСЫ для камерного оркестра, партитура, Москва : МУЗЫКА, 1974. — 31 с
6. МƏММƏД ГУЛИJЕВ, Лjaрго вə Скертсо, Камера оркестр учун. Партитура. Бакы, Азəpнəшр, 1974.
7. Хоры советских композиторов, без сопровождения и в сопровождении фортепиано, М. КУЛИЕВ. ПЕСНЬ О НИЗАМИ. Слова А. Салахзаде (перевод с азербайджанского М. Павловой), Москва, "Музыка", 1985. с. 14–33.
8. КАТАЛОГ СОВЕТСКИХ ПЛАСТИНОК / ГОС. СТРУННЫЙ КВАРТЕТ АЗЕРБАЙДЖАНА / М . КУЛИЕВ, В СТИЛЕ "МУГАМ" / С10–17695 004 / 1982 http://records.su/album/21010
9. КАТАЛОГ СОВЕТСКИХ ПЛАСТИНОК / АДЫГЕЗАЛОВ Рауф… Джейран (М. Кулиев — ашуг Алескер); Гел биае (нар. песня, обр. М. Кулиева) / С60–09525-6 / 1977 http://records.su/album/18056